Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-538/2021 20.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh oğluna qarşı “iddiaçının xeyrinə 1510,40 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “iddiaçının xeyrinə 1510,40 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC (Alıcı) ilə, Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli 84 nömrəli müqaviləyə əsasən İstehsalçı mülkiyyət hüququ üzrə özünə məxsus olan /icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən 13,4 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, İstehsalçı hər hektara ən azı 20 sentner yüksək keyfiyyətli pambıq istehsal edir, yetişdirdiyi pambığı 30.11.2018-ci il tarixindən gec olmayaraq son məhsuladək yığıb yalnız “X1” MMC-yə təhvil verir. “X1” MMC tərəfindən ona borc kimi verilən vəsaitlərdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir və MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəyir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, xam-pambığın 1 tonunun satın alma qiyməti: birinci növ 600 manat, ikinci növ 580 manat, üçüncü növ 540 manat, dördüncü növ 500 manatdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, “X2” MMC-nin (VÖEN **********) digər hüquqi şəxslərlə qoşulması nəticəsində İddiaçıMMC yaranmış VÖEN **********və dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən sənədlərə əsasən hazırkı iddiaçının iddia qaldırmaq hüququ mövcuddur. Odur ki, iddiaçı mövcud müqavilə üzrə yaranmış 1510,40 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, 26.07.2021-ci il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, pretenziya, maliyyə arayışı, ödəniş sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" MMC (Alıcı) ilə, Cavabdeh (“Təsərrüfat”) arasında bağlanmış 11.01.2018-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən İstehsalçı mülkiyyət hüququ üzrə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən 13,4 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə sübut olunur ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə müqavilə üzrə 5887,70 manat avans vermiş, lakin cavabdeh öhdəliklərini tam icra etməmiş, cəmiyyətə 1510,40 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında müqavilənin şərtlərindən müəyyən edilir ki, iddiaçı pambığın əkilməsindən, yığılıb təhvil verilməsinədək bütün xərcləri yəni, nəqliyyat, səpin, kultivasiya, suvarılma, aqrotexniki işlərin aparılması, dərmanlama, yığım və digər xərcləri öz üzərinə götürmüş, iddiaçı tərəf bütün xidmətləri təşkil etmiş və ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində iddiaçının vəzifələri müəyyən edilmişdir. Cavabdeh isə ümumilikdə 4377,30 manat məbləğində xam pambığı təhvil vermiş, lakin qeyd edilən borcu qalmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 1510,40 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: İddia tam təmin edilsin. Cavabdeh oğlundan 1510,40 (bir min beş yüz on manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat tutularaq ləğv prosesində olan İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-538/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-538/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver