Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-55/2021 02.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, Cavabdeh ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2018-xx.xx.2020-ci il dövrü ərzində yaranmış icarə haqqı borcu üzrə 18875 manat borcun cavabdehdən tutularaq Azərbaycan Respublikası Mərkəzi X1 AZ53 NABZ ******************** nömrəli hesabına (kod ******************************* VÖEN **********, SWİFT bik ******************) ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: X2 Dövlət Komitəsi ilə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 45/3539 nömrəli özəlləşdirilən müəssisə və obyektlərinin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İsmayıllı şəhəri Nizami küçəsi 22 ünvanında əmlak kompleksinin yerləşdiyi 47945,6 m2 torpaq sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin aylıq icarə haqqı 572,61 manat müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2018-ci il tarixədək olan dövr üçün yaranmış 4455 manat məbləğində icarə haqqı borcunun ondan tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(84)-230/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İcarəçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə 2017-ci ildə torpaq icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda cavabdehin 18875 manat borcu vardır. xx xxxxxx 2021-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən 6000 manat borc ödənilmişdir. Müqavilə üzrə iddianın təmin edilməsinin məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzini məhkəməyə təqdim edərək izahatında bildirdi ki, icarə müqaviləsi bağlamışlar, torpaq hal-hazırda onların istifadəsindədir. Pandemiya ilə əlaqədar ödənişlərdə gecikmə olmuş, xx xxxxxx 2021-ci il tarixdə 6000 manat ödəniş edilmişdir. Qalan borcu da hissə-hissə bağlayacaqlar. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(84)-230/2018 nömrəli qətnaməsinin surəti, Şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, X2 Dövlət Komitəsi ilə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 45/3539 nömrəli özəlləşdirilən müəssisə və obyektlərinin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İsmayıllı şəhəri Nizami küçəsi 22 ünvanında əmlak kompleksinin yerləşdiyi 47945,6 m2 torpaq sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin aylıq icarə haqqı 572,61 manat müəyyən edilmişdir. Tərəflər bağlanmış müqavilənin qüvvədə olma müddəti və onun uzadırlması ilə bağlı razılığa gəlmişlər və müqavilə hazırda qüvvədədir (icarə müqaviləsi bənd İV) Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2018-ci il tarixədək olan dövr üçün yaranmış 4455 manat məbləğində icarə haqqı borcunun ondan tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(84)-230/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 45/3539 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək olan dövr üçün icarə haqqı borcu ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2020-ci il tarixədək olan dövr, yəni 29 ay üçün icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə torpaq sahəsinin aylıq icarə haqqı 572,61 manat müəyyən edildiyindən cavabdehin 29 ay üçün ödənilməmiş 16605,69 manat (29 x 572,61) icarə haqqı borcu vardır. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 6000 manat borc ödənilmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2018-ci ilin may ayı üzrə icarə haqqı borcu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq mövcud olduğundan, icarə müqaviləsindən aylıq icarə haqqı 572,61 manat müəyyən edildiyindən və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 6000 manat ödəniş edildiyindən iddia tələbi qismən təmin edilməli, 10605,59 manat (29 x 572,61 = 16605,69 – 6000 = 10605,69) manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 10605,69 manat icarə haqqı borcu tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Mərkəzi X1 AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004 ******************************* VÖEN **********, SWİFT bik **************) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-55/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-55/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver