Məhkəmə qərarları › İş №e-2-2(117)-554/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-554/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-554/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli **-AT-*** saylı alqısatqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları ilə cavabdehə təhvil verilmiş ümumi çəkisi 33000 kq olan ərzaqlıq buğda ununun dəyərini təşkil edən 23440 manat pulun və 160.32 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **-AT-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş buğda ununu alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə üzrə satılan mallara dair mülkiyyət hüququ həmin malların tam dəyəri alıcı tərəfindən satıcıya ödənildiyi andan alıcıya keçir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən mallların təhvil tarixi satıcının malları alıcıya müvafiq sənədlə təqdim etdiyi gün hesab edilir. Mallar təhvil verildiyi andan malların məsuliyyət öhdəliyi alıcıya keçir. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı təhvil aldığı malların dəyərini müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş vaxt və qaydada ödəmədikdə, ödənilməyən məbləğin 0.1%-i miqdarında cərimə ödəyir. Alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli şəxslərinin imza və möhürləri ilə təsdiqləndikdən sonra qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokolunun 3-cü bəndində göstərilmişdir ki, cədvəldə qeyd olunan malların qiyməti satıcının göndərdiyi hesab fakturaya/qaiməyə əsasən müəyyən edilir və alıcı təhvil alınan mallar üçün ən gec 5 iş günü ərzində ödəniş həyata keçirməlidir. İş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli malların təhviltəslim aktından görünür ki, 17 ton müxtəlif göstəricilərə malik buğda unu Cavabdeh təhvil verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, 16 ton müxtəlif göstəricilərə malik buğda unu Cavabdeh təhvil verilmişdir. Hər iki təhvil-təslim aktı cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan başqa iş materialları kimi əlavə edilmiş malların, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalara əsasən müvafiq olaraq 12200 manat və 11240 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edilmiş, iddia ərizəsində “xahiş edir” hissəsinin 2-ci bəndində qeyd edilən hissəni alqı-satqı müqaviləsi üzrə ödənişin gecikdirildiyi hər gün üçün 0,1 faiz məbləğində cərimə məbləğinin qətnamənin icra edildiyi günədək hesablanması” ərizəsindən xaric etmiş, həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, iddia ərizəsində yanlışlıqla qeyd olunmuş 30500 kq sözü, 33000 kq sözü ilə əvəz olunmalıdır. İddiaçı öhdəliklərini yerinə yetirərək 33000 kq malları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş borcu yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **-AT-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ümumi dəyəri 23440 manat məbləğində mal satılmışdır. Malların qəbul edilməsinə baxmayaraq cavabdeh tərəfindən bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin ünvanına rəsmi qaydada pretenziya göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında un məhsulunun satışı ilə bağlı müqavilə imzalanmışdır, müqaviləyə əsasən cavabdehə 33000 kq mal verilmişdir, onlar öhdəliklərini tam icra etsələr də cavabdeh öz öhdəliklərini icra etməmişdir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **-AT-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş buğda ununu alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə üzrə satılan mallara dair mülkiyyət hüququ həmin malların tam dəyəri alıcı tərəfindən satıcıya ödənildiyi andan alıcıya keçir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən mallların təhvil tarixi satıcının malları alıcıya müvafiq sənədlə təqdim etdiyi gün hesab edilir. Mallar təhvil verildiyi andan malların məsuliyyət öhdəliyi alıcıya keçir. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı təhvil aldığı malların dəyərini müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş vaxt və qaydada ödəmədikdə, ödənilməyən məbləğin 0.1%-i miqdarında cərimə ödəyir. Alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli şəxslərinin imza və möhürləri ilə təsdiqləndikdən sonra qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokolunun 3-cü bəndində göstərilmişdir ki, cədvəldə qeyd olunan malların qiyməti satıcının göndərdiyi hesab fakturaya/qaiməyə əsasən müəyyən edilir və alıcı təhvil alınan mallar üçün ən gec 5 iş günü ərzində ödəniş həyata keçirməlidir. İş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, 17 ton müxtəlif göstəricilərə malik buğda unu Cavabdeh təhvil verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, 16 ton müxtəlif göstəricilərə malik buğda unu Cavabdeh təhvil verilmişdir. Hər iki təhvil-təslim aktı cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan başqa iş materialları kimi əlavə edilmiş malların, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalara əsasən müvafiq olaraq 12200 manat və 11240 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək 33000 kq malları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş borcu yaranmışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edilmiş və iddiaçı ərizəsində bildirmişdir ki, iddia ərizəsində yanlışlıqla qeyd olunmuş 30500 kq sözü, 33000 kq sözü ilə əvəz olunmalıdır. Məhkəmə dəqiqləşdirmə ilə bağlı ərizəyə münasibətdə hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi hüququ iddiaçıya məxsus olduğundan, eyni zamanda iddiaçı tərəfindən iddia məbləğin deyil, yalnız təhvil verilmiş malların miqdarının artırılması qeyd olduğundan və həmin miqdar təhvil-təslim aktları ilə təsdiq olunduğundan ərizə məhkəmənin icraatına götürlməli və iddia tələbindəki miqdar 33000 kq ilə əvəz olunmalıdır. Məhkəmə qeyd edilən təhvil-təslim aktlarına və elektron qaimələrə münasibətdə də qeyd edir ki, həmin təhvil-təslim aktlarında hər iki tərəfin imzası öz əksini tapmışdır. Həmçinin təqdim edilmiş elektron qaimələrə aid etiraz cavabdeh 10 gün ərzində bildirilməmişdir, bununla da cavabdeh elektron qaimələri təsdiq etmiş hesab olunmuşdur. Bu səbəbdən həmin elektron qaimələr birbaşa sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir və orada adı qeyd edilən malların cavabdehə təqdim edilməsi təsdiq olunur. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərddar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasının təxirə salınması ilə bağlı xahişi nəzərə alınaraq məhkəmə iclası növbəti tarixə təyin edilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasına imkansız etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən və məhkəməyə təqdim olunmuş elektron qaimələrdəki 23440 manat borcun olması təsdiq olunduğundan həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 160.32 manat olmalıdır. İddiaçı tərəfindən 160.32 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən 160.32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə təhvil verilmiş 33000 kq ərzaqlıq buğda ununun dəyəri olan 23440 manat pul və 160.32 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar