Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-56/2025 10.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X2rşı “təbii qazdan istifadəyə görə yaranmış abunə borcunun ödənilməsi” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Şəki Rayon X4 Hüquqi Şəxsindən təbii qazdan istifadəyə görə yaranmış 9979,25 manat məbləğində əsas borcun, 119,80 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 10099,05 manat borcun məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10nın inzibati binası (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********00054 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. X10nın inzibati binası uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00054 saylı saylı qaz hesabında 9979.25 manat (doqquz min doqquz yüz yetmiş doqquz manat 25 qəpik) həcmində olmuşdur. Belə ki, **********00054 saylı saylı qaz hesabı üzrə göstərilən borc sayğacsız qazdan istifadə müddəti ərzində tərəflər arasında razılaşdırılmış, lakin ödəniş edilməməsi səbəbindən yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-əborcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Qeyd edim ki, tələb olunan borc xx.xx.2024- cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaranmışdır. Bundan əlavə cavabdeh Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ -ə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İİ.Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. İİİ. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
6. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması: 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 22-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 5.1-ci bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
9. «Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti su istehlakçılarını ağıllı sayğaclarla təchiz edir. 21-ci maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
V. Məhkəmənin mövqeyi:
10. İş materiallarından görünür ki, İddiaçı ilə Şəki Rayon X4 Hüquqi Şəxsi arasında xx.xx.2020-ci il tarixli AMX-2988/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında ona əlavə bağlanmış olaraq xx.xx.2020-ci il tarixli protokola əsasən, Şəki Rayon X4 Hüquqi Şəxsinin nəznində olan qeyri-yaşayış sahəsi X3 verilməsi barədə tərəflər razılığa gəlmişlər. X10 müvafiq qaydada qazlaşdırılmaqla **********00054 nömrəli abonent kodu verilmişdir
11. İddiaçı tərəfindən verilmiş **********00054 nömrəli abonentin saldosundan görünür ki, Şəki Rayon X4 Hüquqi Şəxsinin nəznində olan ünvan 1 ünvanında yerləşən X8 təbii qazdan istifadəyə görə 2024-cü ilin aprel ayına qədər 9979,25 manat borc yaranmışdır.
12. İddiaçı ilə Şəki Rayon X4 Hüquqi Şəxsi arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlar Şəki Rayon X4 Hüquqi Şəxsinin nəznində olan X7 hesablanmış qaz borcu ilə bağlı tərtib edilmişdir. Aktlar iddiaçı və cavabdeh tərəfin möhürləri ilə təsdiqlənmişdir.
13. İddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdeh Şəki Rayon X4 Hüquqi Şəxsinə müraciət edərək onu təbii qazdan istifadəyə görə yaranmış 9979,25 manat əsas borcun ödənilməsi barədə xəbərdar etmişdir.
14. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Şəki rayonunda yerləşən Şəki Rayon X4 Hüquqi Şəxsinin nəzdində olan X3 verilməsi üçün qaz paylayıcısı ilə istehlakçı arasında xx.xx.2020-ci il tarixli AMX-2988/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmış və X7 müvafiq qaydada qazlaşdırılmaqla **********00054 nömrəli abonent kodu verilmişdir.
16. Tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və həmin aktlarda qeyd olunan qaz sərfiyyatı üzrə abonentin saldosunda əks olunan 2024-cü ilin aprel ayı tarixinə qalıq borc 9979,25 manat təşkil etmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə iddiaçıya 9979,25 manat debitor borcu yaranmış və müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə, ondan 9979,25 manat borc iddiaçının xeyrinə tutulmalıdır.
18. Həminin iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 122,85 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 122,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Vİ. Nəticə:
19. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Şəki Rayon X4 Hüquqi Şəxsindən təbii qazdan istifadəyə görə yaranmış 9979,25 manat məbləğində əsas borc və 122,85 manat dövlət rüsumu tutularaq İddiaçı İBnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Elnarə Hüseynova