Məhkəmə qərarları › İş №e-2-2(117)-563/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-563/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-563/2024 18.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh X1 qarşı “cavabdehdən 7276 manat məbləğində borcun, müvafiq dövrlər üzrə ödənilməmiş pul vəsaitlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixinə müəyyən edilən 8 faiz uçot dərəcəsinə əsasən hesablanaraq tutulması və iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “cavabdehdən 7276 manat məbləğində borcun, müvafiq dövrlər üzrə ödənilməmiş pul vəsaitlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixinə müəyyən edilən 8 faiz uçot dərəcəsinə əsasən hesablanaraq tutulması və iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehə qarşı yönələn tələb dedikdə dəqiq və aydın ifadə edilmiş tələb nəzərdə tutulur ki, iddaçı tələbində nə qədər faizin tutulmasını arzu etdiyini göstərilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə qarşı tələbin yönəldilməsi hüququ iddiaçıya məxsusdur və məhkəmə tərəflər arasında yaranmış cavabdehə qarşı yönəlmiş qəti tələbə baxaraq yekun nəticə verir. Bu baxımdan iddiaçı tələbi dəqiqləşdirməli və cavabdehə qarşı yönəltmək istədiyi dəqiq və aydın ifadə edilmiş tələbi irəli sürməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi zaman yuxarıda qeyd edilənlərə diqqət yetirilməsi zəruridir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı “cavabdehdən 7276 manat məbləğində borcun, müvafiq dövrlər üzrə ödənilməmiş pul vəsaitlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixinə müəyyən edilən 8 faiz uçot dərəcəsinə əsasən hesablanaraq tutulması və iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar