Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-566/2023 06.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 59168,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 243,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,93 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fonduna olan 1,66 manat, dövlət büdcəsinə olan 4468,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA 2276523, FİN nömrəsi 141PCGV) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Maraqlı şəxs Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, xüsusi icraat qaydasında baxılan işlərdə tələb maraqlı şəxsin şəxsiyyəti ilə sıx bağlı olduğundan və hüquqi varisliyə yol verilməsi mümkün olmadığından şəxsin ölümü iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 59168,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 243,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,93 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA –*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-566/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-566/2023
06.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver