Məhkəmə qərarları › İş №e-2-2(117)-58/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-58/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-58/2021 22.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 Xidmətinin Cavabdeh qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi və 1745,4 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyriyaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Xidməti Cavabdeh qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi və 1745,4 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyriyaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi Nümayəndə tərəfindən elektron qaydada imzalansa da, sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyətinin olması barədə sübutlar, habelə onun nümayəndə olmasını təsdiq edən X3 Xidməti tərəfindən verilmiş etibarnamə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Hazırkı işin araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli iddia ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının X3 Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X2 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələrinin təsdiq edilənədək onların öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirmələri müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə X3 Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2034 nömrəli sərəncamı ilə Nümayəndə xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, X3 Xidmətinin Əsasnaməsi təsdiq edilən xx.xx.2020-ci il tarixədək Xidmət öz fəaliyyətini X3 Komitəsinin Əsasnaməsi və həmin Komitə tərəfindən xidmət sahəsini əhatə edən sənədlər (əmr, və s.) əsasında həyata keçirmişdir ki, Xidmətin Əsasnaməsinin təsdiq edildiyi xx.xx.2020-ci il tarixdən sonra X3 Komitəsinin fəaliyyətini tənzimləyən sənədlər əsasında hər hansı hərəkətlərin həyata keçirilməsi qanuni deyil və həmin sənədlərin hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, hazırkı iş üzrə iddia ərizəsini imzalamış Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sübut qismində X3 Komitəsinin xx.xx.2018-ci il tarixli 42 nömrəli əmrini məhkəməyə təqdim etmişdir ki, həmin əmrlə ona X3 Xidmətinin deyil X3 Komitəsinin adından iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. Şərh olunduğu kimi isə hazırda X3 Komitəsi mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlər X3 Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi xx.xx.2020-ci il tarixdə qüvvəsini itirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi xx.xx.2020 tarixdən sonra xx.xx.2020-ci il tarixdə Nümayəndə tərəfindən imzalandığından və xx.xx.2020-ci il tarixdə X3 Komitəsinin xx.xx.2018-ci il tarixli 42 nömrəli əmrinə əsasən X3 Xidmətinin adından Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti olmadığından və bununla da iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunan nöqsanlar iddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən nümayəndənin (nümayəndəyə səlahiyyət həmin şəxs tərəfindən verilib, lakin buna səlahiyyətinin olmasına dair sübut mövcud deyildir) nəzərinə çatdırılmış, xx.xx.2021-ci il tarixli məhkəmə bilririşində qeyd olunanlar iddiaçının nəzərinə çatdırılaraq tələb olunan sənədlərin məhkəmə iclasınadək məhkəməyə təqdim edilməyəcəyi təqdirdə iddianın baxılmamış saxlanılacağı barədə sonuncuya xəbərdarləq edilmişdir. Lakin iddia ərizəsini imzalamış nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən X3 Xidməti tərəfindən verilmiş müvafiq sübutlar hazırki vaxtadək məhkəməyə təqdim edilməmişdir ki, bu hal iddianın baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. İddiaçının diqqətinə çatdırılır ki, qanunvericiliyin tələblərinə riayət etməklə yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 Xidmətinin Cavabdeh qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi və 1745,4 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyriyaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar