Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-591/2023 20.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 17750,20 manat borcun və 200 manat rüsum xərclərinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Zaqatala rayonunda yerləşən və cavabdehə məxsus qeyri-yaşayış sahəsinə (istixana) təbii qazın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə AMX-5909/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 17750,20 manat debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması həm abonentin saldosu, həm də tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 17750,20 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin istifadəsində olan istixana müvafiq qaydada qazlaşdırılmaqla **********00080 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə AMX-5909/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh sahibliyindəki istixanada uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00080 saylı saylı qaz hesabında 17750,20 manat həcmində borc olmuşdur. Belə ki, göstərilən borc Elster Elster G-160 RVG EK-220 markalı 75140436 nömrəli sayğacın 796499 m mexaniki və 907154 m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan debitor borc ödənilmədiyindən cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Tələb olunan 17750,20 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, sonuncu tərəfindən borc tam ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zaqatala rayonunda 0,81 ha torpaq sahəsində istixana yaratmış və həmin istixanaya dəyəri 5000 manat olan qaz sayğacı almışdır. Sayğacı 6000 manat ödəniş edərək laboratoriyadan keçirdikdən sonra istixanaya quraşdırılmış və bu zaman iddiaçı qazpaylayıcı müəssisə ona bildirmişdir ki, sayğac 3 ildən bir yoxlamaya göndəriləcəkdir. Sayğac quraşdırıldıqdan sonra 1-ci sezon yəni 4 ayda 6700 manat dəyərində qaz sərfiyyatı olmuş və dəyərini ödəmişdir. 1 ildən sonra sayğac yoxlamaya göndərilmiş və qaytarıldıqdan sonra növbəti sezon, yəni 4 ayda təqribən 14000 manat sərfiyyat qeydə alımışdır. Növbəti dəfə sayğac laboratoriyaya göndərildikdən sonra qaytarılmış və bu dəfə də təqribən 37000 manat sərfiyyat qeydə almışdır. Bundan başqa ona 32000 manat da cərimə hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən sayğac laboratoriyada yoxlanılarkən ona müdaxilə edilmişdir və sayğac sərfiyyatı artıq hesablayır. Bu səbəbdən borcu qəbul etmədiyini bildirərək iddianınn rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, qarşılıqlı üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında Zaqatala rayonunda yerləşən və cavabdehə məxsus qeyri-yaşayış sahəsinə (istixana) təbii qazın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə AMX-5909/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 17750,20 manat debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması həm abonentin saldosu, həm də tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır ki, cavabdeh üzləşmə aktını mübahisələndirmir. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə cavabdehin məhkəmə iclasında izahatında bildirdiyi etiraz dəəlillərinə münasibətdə onu qeyd edir ki, əvvəla hazırki mübahisə predmeti olan borc akt əsasında hesablanmış borc deyil, istehlak edilmiş təbii qazın dəyəridir. Bundan başqa cavabdehin 17750,20 manat borcunun olması özünün imzası ilə təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır ki, cavabdeh həmin üzləşmə aktını mübahisələndirmir. Bundan əlavə cavabdeh istixanaya quraşdırılmış sayğaca sərfiyyatı çox hesablaması ilə müdaxilə edildiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 143,25 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 143,25 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 17750,20 manat borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı İB-nə ödənilsin. Ödənilməmiş 143,25 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-591/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-591/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver