Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-593/2025 08.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xammal məhsullarının alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, GP S F-010/2023 saylı Müqavilə üzrə 33297,21 manat, yem və yem əlavələrinin istehsalı və alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli Müqaviləüzrə isə 3790,05 manat olmaqla, hər iki müqavilə üzrə cəmi 37087,26 manat borcun və ödənilmiş 202 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığını bildirmiş və həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və tərəflər arasında bağlanan barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim edilmiş, iddiaçı və cavabdeh sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər Məhkəmə xx.xx.2025-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddn şikayət verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən və tərəflərin buna səlahiyyəti olduğundan, habelə qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: Maddə 2.2 Cavabdeh tərəflər arasında bağlanmış Alqı-satqı müqaviləsinə əsasən yaranmış borca görə 37087,26 manat və iddianın verilməsi ilə bağlı ödənilmiş 202 manat dövlət rüsumu olmaqla, cəmi 37289,26 borc məbləğinin bir hissəsini, ona məxsus, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 250434/1 DT №-li qiymətləndirmə hesabatına əsasən 30000 manata qiymətləndirilmiş “X1 PE-550” markalı avadanlığı iddiaçının mülkiyyətinə verməklə, borcun müəyyən qismini əvəzləşdirmə yolu ilə, adı kəçilən əmlak iddiaçının balansına keçdikdən və 30000 manat borc silindikdən sonra isə 7289,26 manat qalıq borcu aşağıdakı qrafik üzrə ödənişlər etməklə cari ilin sonunadək borcun bağlanmasını öhdəsinə götürür. xx.xx.2025-ci il tarixədək-2429,76 manat, xx.xx.2025-ci il tarixədək- 2429,76 manat, xx.xx.2025-ci il tarixədək-2429,76 manat. Maddə 2.3 Cavabdehə məxsus “X1 PE-550” markalı avadanlığın daşınması və iddiaçıya məxsus istehsalat sahəsində təhvil verilməsi ilə bağlı xərcləri iddiaçı tərəfindən qarşılanacaq. Maddə 2.4 Bu sazişin 2.2-ci bəndində qeyd olunanlara əsasən, İddiaçı iddia tələbindən imtina edir, hazırki saziş məhkəmə qərardadı ilə təsdiqləndikdən sonra cavabdehin bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsi təmin edir. Maddə 2.5 Cavabdeh bu sazişdə ödənişlə bağlı üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirmədiyi halda, borc məbləğindən əlavə olaraq 1000 manat dəbbə pulu ödəyəcəyini öhdəsinə götürür. Maddə 3.1 Tərəflər bu sazişin 2.2 və 2.3-cü bəndlərində göstərilmiş öhdəliklərin müvafiq olaraq qarşılıqlı və vaxtında icra edilməməsinə görə məsuliyyət daşıyırlar. İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-593/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-593/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver