Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-594/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən iddiaçının xeyrinə 10175 manat əsas borc, gecikdirilmiş faizlərə görə 164 və 126 manat dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı hazırki müqaviləyə əlavə olunan hesabfakturada göstərilən həcmdə, müddətdə və qiymətdə malları alıcının mülkiyyətinə verməyi və xidmətləri göstərməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq malı və göstərilən xidməti qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən satıcı malı alıcıya hesab-fakturakı məbləğ tam ödənildikdən sonra təhvil verir. 5.1-ci bəndinə əsasən tərəflər hazırki müqavilədə göstərilən öhdəliklərini icra etmədiklərinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyi hallarda hər gecikdirilən günə müqavilənin ümumi qiymətinin 0,1 % faizi məbləğində, lakin müqavilənin ümumi dəyərinin 10 %-dən çox olmamaq şərti ilə xərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixə olan alğı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılma protokolu və xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, 1 ədədinin qiyməti 0,50 manatla hesablandıqda 32910 ədəd mövsümi çiçəklərin ümumi dəyəri 16455 manat təşkil etmişdir. Eyni zamanda hesab fakturada həmçinin 2000 manat ödəniş edildiyi və yekun məbləğin 14455 manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən mallar iddiaçıya təhvil verilmiş və buna dair hesab-faktura iddiaçıya təqdim edilmişdir. İş materiallaında olan ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə alınmış malların dəyəri olaraq 2000 manat və 14455 manat avans olaraq ödənilmişdir. Buna baxmayaraq verilmiş 16455 manat dəyərində çiçəklərin bir qismi, yəni 20350 ədədi yarasız vəziyyətdə iddiaçıya verilmişdir ki, bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində də öz əksini tapmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1262-9/7102 nömrəli aparılmış məhkəmə bioloji ekspertizanın nəticəsinə uyğun verilmiş ekspert rəyinə əsasən Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli GYZ seriyalı 004701 nömrəli malların qaytarılması xx.xx.2023-cü il tarixli malların uyğunsuzluğu barədə akta və xx.xx.2021-ci il tarixli məktuba əsasən 01 ədədinin qiyməti 0,50 manat olmaqla ümumilikdə 10175 manat məbləğində 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədinin yararsız olduğu müəyyən edilmişdir. İddiaçı ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC olaraq uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. 2021-ci ilin sonlarında X1 abadlaşdırılması məqsədilə həmin əraziyə gül-çiçəklərin verilməsi üçün yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış qaydada razılığa əsasən həmin Xiyabana mövsümi çiçəklər gətirilməsi qərarına gəlmişdilər. Həmin məqsədin realizəsi üçün xx.xx.2021-ci il tarixində bizimlə "xxxx" MMC arasında mövsümi çiçəklərin alınmasına dair Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi miqdarı 32910 və ümumi məbləği 16455 manat olan mövsümi çiçəklər təhvil-təslim aktı əsasında onlara verilməli idi. xx.xx.2021-ci il tarixdə “166 Yükdaşıma” xidməti vasitəsilə həmin güllər Mingəçevir şəhəri ərazisində onlara çatdırıldı. Güllər maşından boşaldılan anda onlara məlum oldu ki, həmin çiçəklərin əksəriyyəti tamamilə yararsız vəziyyətdədir. Elə həmin anda onlar qarşı tərəfin rəhbərinə bilavasitə məlumat verdilər. Həmin vaxt problemin həll ediləəcəyi bildirildi. Onlar bir-neçə gün gözləmiş və sonra "xxxx" MMC-yə rəsmi şəkildə bağlanmış Müqavilənin 2.6-cı bəndini xatırlatmış və konkret bildirmişdilər ki, aralarında təhvil-təslim aktı olmamışdır, o da öz məsuliyyətindən yayınır və nəticədə iddiaçıya maddi ziyan vurur. Bundan sonra Mingəçevir şəhər İcra hakimiyyəti nəzdində Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən bizə rəsmi məktub daxil oldu və həmin məktubda göstərilirdi ki, 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədi yararsızdır. Sonra isə həmin çiçəklərin uyğunsuzluğu barədə akt tərtib olundu və xx.xx.2022-ci il tarixli Malların qaytarılması Aktı əsasında həmin istifadəyə yararsız mövsümi çiçəklər onlara qaytarılmışdır. Nəticədə iddiaçıya ümumi dəyəri 10175 manat maddi ziyan vuruldu. Bundan sonra xx.xx.2022-ci il tarixdə onlar "xxxx" MMC-yə rəsmi şəkildə bildiriş göndərmiş və xəbərdar etmişlər ki, aralarında bağlanmış müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etmədiklərinə görə bizə 10175 manat maddi ziyan vurmuşlar və həmin məbləği ödəməlidirlər. Artıq qarşı tərəfin heç bir hərəkət etmədiyini görəndən sonra onlar məsələni hüquq müstəvisində həll etmək qərarına gəldilər. İlk növbədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etdilər. Polis Şöbəsində araşdırma aparılan zaman məhkəmə-bioloji ekspertizası təyin edildi və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli Ekspert Rəyində də göstərilmişdir ki, 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədi yararsızdır və həmin çiçəklərin hər birinin qiyməti 0.50 manat olmaqla ümumilikdə 10175 manat təşkil edir. Bundan əlavə onlar qarşı tərəfə dəfələrlə bildirmişdilər ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı Müqaviləsinin 5.1-ci maddəsinin tələblərinə görə gecikdirilmiş müddət üçün 1645 manat da tələb olunacaq. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş (pretenziya) göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onlar tender udmuşdur. Şəhidlər Xiyabanını gül-çiçəklə abadlaşdırmalı idilər. Cavabdeh tərəflə müqavilə bağlayıb gül almışdılar. 16000 manata yaxın cavabdeh tərəfə pul ödəmişdilər. 166 taksi xidməti ilə gülləri göndəcəklərini dedilər. Güllər gəlmişdi. Gələn güllərin içərisində dipçəklər var idi. Mallar balaca olduğundan yaşıllaşdırma idərəsi onları geri qaytarmışdı. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırılma protokolu, xx.xx.2021-ci il tarixli hesab faktura, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600-cı maddəsinin 1-ci və 3-cü bəndləri). İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi hüquqi iradələrini əks etdirmişdir. Bundan başqa tərəflərin hər ikisi hüquqi şəxs olmaqla onlar arasındakı münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər olduğundan işə hazırki məhkəmə tərəfindən hüquqi qiymət verilir. Məhkəmə tələbin 10175 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı hazırki müqaviləyə əlavə olunan hesab-fakturada göstərilən həcmdə, müddətdə və qiymətdə malları alıcının mülkiyyətinə verməyi və xidmətləri göstərməyi, alıcı isə müqavilə şərtlərinə uyğun olaraq malı və göstərilən xidməti qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən satıcı malı alıcıya hesab-fakturakı məbləğ tam ödənildikdən sonra təhvil verir. 5.1-ci bəndinə əsasən tərəflər hazırki müqavilədə göstərilən öhdəliklərini icra etmədiklərinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyi hallarda hər gecikdirilən günə müqavilənin ümumi qiymətinin 0,1 % faizi məbləğində, lakin müqavilənin ümumi dəyərinin 10 %-dən çox olmamaq şərti ilə xərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixə olan alğı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılma protokolundan göründüyü kimi 1 ədədinin qiyməti 0,50 manatla hesablandıqda 32910 ədəd mövsümi çiçəklərin ümumi dəyəri 16455 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarından göründüyü kimi iddiaçı tərəfindən təhvil verilməli malların dəyəri tam şəkildə cavabdehə ödənilmiş, lakin buna baxmayaraq cavabdehin təhvil verdiyi malların bir qismi yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən iddiaçı ona yararsız vəziyyətdə verilmiş mallara görə ödənilməli məbləğ olaraq 10175 manatın tutulmasını iddia edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 7/1262-9/7102 nömrəli aparılmış məhkəmə bioloji ekspertizanın nəticəsinə uyğun verilmiş ekspert rəyinə əsasən Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli GYZ seriyalı 004701 nömrəli malların qaytarılması xx.xx.2023-cü il tarixli malların uyğunsuzluğu barədə akta və xx.xx.2021-ci il tarixli məktuba əsasən 01 ədədinin qiyməti 0,50 manat olmaqla ümumilikdə 10175 manat məbləğində 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədinin yararsız olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ekspert rəyindən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya verilmiş 32910 ədəd mövsümi çiçəklərdən 20350 ədədinin yararsız olduğu müəyyən edilmişdir ki, qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin qiyməti 0,50 manat olduqda (20350 x 0,50 = 10175 manat) yararsız vəziyyətdə təhvil verilmiş malların dəyəri 10175 manat təşkil edir. Həmçinin cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, eləcə də, iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək 10175 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddə - 581.1, 581.2, 587.2, 587.2.1, 587.2.2). Göründüyü kimi, cavabdeh lazımı keyfiyyətə malik olmayan əşyanı iddiaçıya təqdim etmiş, tərəflər arasında mübahisə yaranmış və ekspert rəyi ilə də müəyyən edilmişdir ki, satılan malların 10175 manat dəyərində oan hissəsi yararsız olmuşdur. Bu baxımdan iddiaçı öz seçiminə uyğun yararsız əşyalara görə ödədiyi pulu cavabdehdən tələb etməkdə haqlıdır. Tələbin gecikdirilmiş faizlərə görə 1645 manatın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İddiaçı ərizəsində xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 5.1-ci bəndinə, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinadən 164 manat pul ödənilməsini iddia edir ki, bunda da haqlı deyildir. İddiaçı iddia ərizəsinin məzmununda 1645 manat faizdən bəhs etsədə iddia tələbindən 164 manat faiz tələb etmiş və bu baxımdan məhkəmə 164 manatın tutulmasına hüquqi qiymət verir. Məhkəmə iddiaçının faiz ödənilməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı hazırki vəziyyətdə cavabdehdən aldığı malların yarasız olmasına görə ona istifadəyə yararsız vəziyyətdə verilmiş mallara görə dəymiş ziyan olaraq 10175 manatı mübahisələndirir ki, həmin pulun ödənilməsinin gecikdirilməsi Mülki Məcəllənin 449.1-ci maddəsi ilə uzlaşmır. Belə ki, iddiaçının tələbi aşkar tələb olmamaqla ona ziyanın vurulub-vurulmadığını məhkəmə müəyyən edir ki, bu da Mülki Məcəllənin 449.1-ci maddəsinin, xüsusilə də həmin maddənin “öhdəliyin digər formada gecikdirilməsi” hissəsinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci bəndinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir... Göründüyü kimi iddiaçı mal almış və bunun müqabilində cavabdehə pul ödəmişdir ki, cavabdeh yararsız vəziyyətdə olsa belə iddiaçının sifarişinə uyğun olaraq ona mal satmış və qarşılığında ödənilməli məbləği almışdır. Bu hal heç də 449.1-ci maddədə sadalanan bəndləri əhatə etmir və bu əsasla iddiaçı cavabdehdən faiz tələb etməkdə haqlı olmamışdır. Bundan başqa iddiaçı onunla cavabdeh arasında müqavilənin 5.1-ci bəndinə istinad edir ki, həmin bəndin məzmunundan da göründüyü kimi iddiaçı faiz deyil, cərimə borcunun ödənilməsini tələb edir ki, iddiaçının tələbi “164 manat faizə münasibətdə pul ödənilməsi”ndən ibarətdir. Göründüyü kimi iddiaçının bu hissədə iddiası əsassız olduğundan məhkəmə hesab edir ki, tələb bu hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 10175 manat pul vəsaitinin cavabdehdən tutlması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 121,02 manat olmalıdır. İddia tələbi qismən edilsə də. əsas borc məbləği əsasən dəyişmədiyindən 121,02 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun 121,02 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 4,98 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 10175 manat əsas borc, 121,02 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 4,98 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-594/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-594/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver