Məhkəmə qərarları › İş №e-2-2(117)-596/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-596/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-596/2022 16.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli, 001 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən 56.000 (əlli altı min) manat əsas borc, 400 (dörd yüz) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla cəmi 56.800 (əlli altı min səkkiz yüz) manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli 001 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 92000 manat olan 30 ton Ammafos gübrəsi və 130 ton Notroammafoska (NPK) gübrəsi satılmış və müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh malın dəyərinin 100 faiz hissəsini xx.xx.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli qaimə-faktura ilə malları təhvil aldıqdan sonra 36000 manat ödəniş etmiş və 56000 manat borcu qalmışdır. Cavabdehin 56000 manat borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü bitkiçilik sahəsində xidmət göstərilməsindən ibarətdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli 001 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 92000 manat olan 30 ton Ammafos gübrəsi və 130 ton Notroammafoska (NPK) gübrəsi satılmışdır. Göstərilən mallar 11 yanvar 2021-ci il tarixdə tərtib olunmuş qaimə-katura əsasında cavabdehə tam şəkildə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, malın dəyərinin 100% hissəsi alıcı tərəfindən xx.xx.2021-ci il tarixinə qədər satıcıya tam şəkildə ödənilməlidir. Cavabdeh malları təhvil aldıqdan sonra cəmi 36000 manat ödəniş aparmış, bununla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Lakin, bundan sonra cavabdeh götürdüyü malların qalıq dəyəri olan 56000 manat ödənişi həyata keçirməmiş və beləliklə də müqavilə üzrə öhdəliklərini pozmuşdur. Beləliklə, Cavabdeh 21 aprel 2022-ci il tarixədək İddiaçınə borcu 56000 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qaimə-faktura, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli 001 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 92000 manat olan 30 ton Ammafos gübrəsi və 130 ton Notroammafoska (NPK) gübrəsi satılmış və və müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh malın dəyərinin 100 faiz hissəsini xx.xx.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetirərək xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qaimə-faktura əsasında malları cavabdehə təhvil verilmişdir. Cavabdeh 92000 manat borcundan 36000 manat ödəniş etmiş, nəticədə 56000 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin 56000 manat borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmiş üzləşmə xx.xx.2021-ci il tarixli aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 56000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh müqvilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və onun tələb olunan məbləğdə borcu qalmışdır. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etiraz etməmiş və iddianın əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq ödənilməsi ilə bağlı iddiaçının müraciətinə münasibətdə qeyd edir ki, tələb olunan məbləğ iddia tələbinə aid olmamaqla işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər şə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə, iddiaçının vəkilinin məhkəmə iclasında iştirak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 400 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 300 manat isə cavabdehdən tutulmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (56000 manat) ödənilməli dövlət rüsumu 258 manat olmalıdır ki, iddia təmin edildiyindən cavabdehdən 258 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 56.000 (əlli altı min) manat borc, 100 (yüz) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla cəmi 56.500 (əlli altı min beş yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 258 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar