Məhkəmə qərarları › İş №e-2-2(117)-597/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-597/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-597/2023 12.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı “Cavabdeh firmasından 1028552,53 manat əsas borcun, 138377,10 manat faiz məbləğinin, 210724,38 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 8025,74 manat əldən çıxmış faydanın, ümumilikdə 1385679,75 manat məbləğin, 400 manat mediasiya xərcinin, 1082,84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh firması arasında xx.xx.2019-cu il tarixli 004/161/S nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən icraçı hazırki müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilmiş malları sifarişçiyə satmağı, sifarişçi isə alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında müqavilə əsasında xx.xx.2019-cu il tarixli 1 nömrəli, xx.xx.2019-cu il tarixli 2 nömrəli, xx.xx.2019-cu il tarixli 3 nömrəli, xx.xx.2019-cu il tarixli 4 nömrəli, xx.xx.2019-cu il tarixli 5 nömrəli, 6 nömrəli və 7 nömrəli qiymətlərin razılaşdırma protokolları təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 1 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən dəyəri 768,5 manat olan 1 metr uzunluğunda boyalı spiral tikişli polad borunun, xx.xx.2019-cu il tarixli 2 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən dəyəri 712,9 manat olan 1 metr uzunluğunda çöl izolyasiyalı SPB-nin, xx.xx.2019-cu il tarixli 3 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 991487,55 manat olan müxtəlif çeşid də malların, xx.xx.2019-cu il tarixli 4 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 2853065,07 manat olan müxtəlif çeşiddə malların, xx.xx.2019-cu il tarixli 5 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 584500,37 manat olan müxtəlif çeşid də malların, xx.xx.2019-cu il tarixli 6 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri ******* manat olan müxtəlif çeşid də malların, xx.xx.2019-cu il tarixli 7 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 93656,6 manat olan müxtəlif çeşid də malların dəyərləri ilə bağlı tərəflər razılaşmışlar. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri ******* manat, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri 22933,3 manat, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri 575339,09 manat, 19.10. 2020-ci il tarixli elektron qaimə ilə dəyəri 1085 manat, 27.10. 2020-ci il tarixli elektron qaimə ilə dəyəri 22378,46 manat və xx.xx.2020-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 272904,38 manat olan malları alıcıya satmış, alıcı isə qarşılığında 1518088,30 manat pul vəsaiti ödəmiş, bununla müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək qalan 1028552,53 manat məbləği ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr və tərəflər arasında tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş borcun üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və , ümumilikdə 1385679,75 manat məbləğin, 400 manat mediasiya xərcinin, 1082,84 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsasız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddianın əsasını təşkil edən müqavilə üzrə qaimələr həqiqəti əks etdirməməklə aralarında bağlanmış müqavilə şərtlərini də əhatə etmir. Belə ki, iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı qiymət protokollarında göstərilən malları sifarişçiyə satır və sifarişçi də həmin malların əvəzini ödəməyi öhdəsinə götürür. İddia ərizəsi və əlavə edilən arayışda göstərilən xx.xx.2020 və xx.xx.2020-ci il tarixli elektron qaimədə və ümumi dəyəri 23.464,06 (1.085,6+22.378,46) manat olan mallar qiymət razılaşma protokolu üzrə nə sifariş edilmiş, nə də qəbul edilmişdir. İddia və arayışda göstərilən xx.xx.2020-ci il tarixli qaimə üzrə mallar 12-14 həftəyə təqdim edilməli idi. Lakin həmin faktura üzrə qiymət razılaşma protokolu xx.xx.2019-cu il tarixində imzalansa da, malların təqribən 43 həftə (300) gün sonra AzərSu ASC-yə təhvil verildiyi görünür. İddia və arayışda göstərilən xx.xx.2020-ci il tarixli qaimə üzrə mallar 12-14 həftəyə təqdim edilməli idi. Lakin həmin faktura üzrə qiymət razılaşma protokolu xx.xx.2019-cu il tarixində imzalansa da, malların təqribət 53 həftə (369) gün sonra AzərSu ASC-yə təhvil verildiyi görünür. İddia və arayışda göstərilən xx.xx.2020-ci il tarixli qaimə üzrə mallar 31 həftəyə təqdim edilməli idi. Lakin həmin faktura üzrə qiymət razılaşma protokolu xx.xx.2019-cu il tarixində imzalansa da, malların təqribət 35 həftə (345) gün sonra AzərSu ASC-yə təhvil verildiyi görünür. İddia və arayışda göstərilən xx.xx.2020-ci il tarixli qaimə üzrə mallar 3 həftəyə təqdim edilməli idi. Lakin həmin faktura üzrə qiymət razılaşma protokolu xx.xx.2019-cu il tarixində imzalansa da, malların təqribət 23 həftə (161) gün sonra AzərSu ASC-yə təhvil verildiyi görünür. Bundan başqa, yuxarıda sadalanan qiymət razılaşma protokollarından da göründüyü kimi həmin mallar Xırdalan şəhərində inşa edilən "xxxx" ASC-nin 1 və 26 saylı nasosxanalara şamil edilmişdir. İddiaçı tərəfindən yol verilmiş bu gecikmələr isə malın ilkin sifarişçi olan Azərsu ASC tərəfindən işin qəbul edilməməsinə səbəb olmuşdur. Həmin mallar da hal hazırda Xırdalan şəhəri 1 və 26 saylı nasosxanaların ərazisində yerləşir. Bütün bu hallar iddiaçının səhvi və məsuliyyətsizliyi səbəbindən "xxxx" firmasının lazımsız və aidiyyəti olmayan mallara görə cavadeh qarşısında maliyyə məsuliyyətinə səbəb olmuşdur. Eyni əsaslarla da iddiaçı onlara borcun ödəniməsi ilə bağlı müraciət etdikdə həmin malların AsərSu ASC-yə təhvil verdikləri yerdə olduğu bildirilmişdir. Satıcı malı zamanında təqdim etmədiyindən alıcı olaraq Cavabdeh firması malı qəbul etməmiş və satıcı malı "xxxx" ASC-nin ərazisində həmin təşkilatın əməkdaşına təhvil vermişdir. İddia ərizəsi üzrə əsas kimi göstərilən elektron qaimələrlə Cavabdeh Firmasının "xxxx" MMC qarşısında borcu olmadığından, yəni gətirilən mallar Cavabdeh Firması tərəfindən qəbul edilmədiyindən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh firması arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində Cavabdeh firmasının sifarişi əsasında tərəflər arasında 22 avqust 2019-cu il tarixli 004/161/S nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə görə icraçı sifarişçinin sifarişinə əsasən qiymətlərin razılaşdırılması protokollarında göstərilmiş malları sifarişçiyə satmağı və sifarişçi də öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 2546640.83 (iki milyon beş yüz qırx altı min altı yüz qırx manat səksən üç qəpik) manat məbləğində mallar satılmış, cavabdeh tərəfindən qarşılığında 1518088.30 (bir milyon beş yüz on səkkiz min səksən səkkiz manat otuz qəpik) manat pul vəsaiti ödənilmişdir. Bunun nəticəsində cavabdehin iddiaçıya 1028552.53 (bir milyon iyirmi səkkiz min beş yüz əlli iki manat əlli üç qəpik) manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında həmin borcu təsdiq edən xx.xx.2021-ci il tarixli üzləşmə aktı tərtib edilmiş və cavabdeh tərəf həmin üzləşmə aktını təsdiq etməklə borcun olmasını etiraf etmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf həmin borcu ödəməmişdir. Tərəflərindən məhkəməyə hesab-faktura və qaimə-fakturalar təqdim edilmişdir. Cavabdehdən əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcun gecikdirilməsinə görə faizlər, əldən çıxmış fayda və bank uçot dərəcəsinə uyğun olaraq əlavə faizlər tutulmalıdır. Belə hesab edirlər ki, illik gecikmə üzrə 138377.10 manat faiz borcu Mülki Məcəllənin 445.7-ci maddəsi, 210724.38 manat bank uçot faiz dərəcəsi Mülki Məcəllənin 449-cu maddəsi, 8025.74 manat əldən çıxmış fayda Mülki Məcəllənin 21-ci maddəsinə əsasən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh borcunu onlara ödəməsə də onlar 8025 manat mənfəət vergisi ödəmişlər və onlara ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hesab-faktura və qaimə-faktura dedikdə elektron qaimələri nəzərdə tutur. İstinad etdiyi xx.xx.2021-ci il tarixli aktın əsli mövcud olmadığından həmin aktın əslini məhkəməyə təqdim edə bilməmişdir. Sonuncu aktın əslini isə məhkəməyə təqdim etmişdir. Tərəflər arasında şifahi razılaşma olmuşdur. O razılaşmaya əsasən ödəniş etməli idilər. Təmsil etdiyi şirkətin maddi vəziyyəti yaxşı olduğundan gözləmişlər. Lakin sonradan şirkətin maddi vəziyyəti ağırlaşdığından borcu tələb etməyə başlamışlar. 8025 manat mənfəət vergisini ödəməli idilər və ödəmişlər. Hesab edirlər ki, bu da qarşı tərəfdən onlara vurulan ziyandır. Pulun gecikdirilməsinə görə onlarda müəyyən çətinliklər yaranmışdır. Onlıarın başqa banklar qarşısında müəyyən öhdəlikləri vardır. O səbəbdən də qarşı tərəfdən qanunvericiliklə bu pulun tələb edilməsini hesab edirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, qiymətlərin razılaşdırma protokolları, elektron qaimələr, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, iddiaçının tələbi 4 hissədən – 1028552,53 manat əsas borcun tutulmasından (birinci hissə), Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 138377,1 manat faiz məbləğinin tutulmasından (ikinci hissə), Mülki Məcəllənin 449-cu maddəsinə əsasən 210724,38 manat bank uçot dərəcəsinə uyğun faizlərin tutulmasından (üçüncü hissə) və Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən 8025,74 manat əldən çıxmış faydanın tutulmasından (dördüncü hissə) ibarətdir. İddia tələbinin birinci hissəsinə (1028552,53 manat əsas borcun tutulması) münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). İşin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004/161/S nömrəli alqısatqı müqaviləsinə əsasən icraçı hazırki müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilmiş malları sifarişçiyə satmağı, sifarişçi isə alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında müqavilə əsasında xx.xx.2019-cu il tarixli 1 nömrəli, xx.xx.2019-cu il tarixli 2 nömrəli, xx.xx.2019-cu il tarixli 3 nömrəli, xx.xx.2019-cu il tarixli 4 nömrəli, xx.xx.2019-cu il tarixli 5 nömrəli, 6 nömrəli və 7 nömrəli qiymətlərin razılaşdırma protokolları təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 1 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən dəyəri 768,5 manat olan 1 metr uzunluğunda boyalı spiral tikişli polad borunun, xx.xx.2019-cu il tarixli 2 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən dəyəri 712,9 manat olan 1 metr uzunluğunda çöl izolyasiyalı SPB-nin, xx.xx.2019-cu il tarixli 3 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 991487,55 manat olan müxtəlif çeşiddə malların, xx.xx.2019-cu il tarixli 4 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 2853065,07 manat olan müxtəlif çeşiddə malların, xx.xx.2019-cu il tarixli 5 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 584500,37 manat olan müxtəlif çeşiddə malların, xx.xx.2019-cu il tarixli 6 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri ******* manat olan müxtəlif çeşiddə malların, xx.xx.2019-cu il tarixli 7 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ümumi dəyəri 93656,6 manat olan müxtəlif çeşiddə malların dəyərləri ilə bağlı tərəflər razılaşmışlar. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri ******* manat, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri 22933,3 manat, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri 575339,09 manat, 19.10. 2020-ci il tarixli elektron qaimə ilə dəyəri 1085, manat, 27.10. 2020-ci il tarixli elektron qaimə ilə dəyəri 22378,46 manat və xx.xx.2020-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 272904,38 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə qarşılığında 1518088,30 manat pul vəsaiti ödəmiş, bunula müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək qalan 1028552,53 manat məbləği ödəməmişdir. Eyni zamanda tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdehin xx.xx.2022-ci il tarixə 1028552,52 manat borcun olması qeyd edilmişdir ki, cavabdeh tərəf də həmçinin bu üzləşmə aktını imzalamaqla qeyd edilən məbləğdə borcunun olmasını etiraf etmiş, üzləşmə aktı məhkəməyə təqdim edilmiş və cavabdeh tərəf həmin aktı mübahisələndirməmişdir. Göründüyü kimi əsas borc məbləği həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və tərəflər bununla bağlı üzləşmə aktı tərtib edərək imza və möhürlə təsdiq etmişlər. Cavabdehin iddia tələbinə etirazına münasibətdə məhkəmə qeyd edir ki, istər tərəflər arasında bağlanmış müqavilədə, istərsə də qiymət razılaşması protokollarında satın alınmış malların nə zaman təhvil verilməli olmasına dair müddəa mövcud deyildir ki, cavabdehin malların gec təhvil verildiyinə dair dəlilləri əsassızdır. Eyni zamanda cavabdeh malların gec təhvil verildiyini iddia edərək təsdiq edir ki, satın alınmış mallar cavabdehə təhvil verilmişdir. Malların Azərsu ASC-yə təhvil verilməsi və sair bu kimi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin Azərsu ASC-nin sifarişi ilə hər hansı işlərin yerinə yetirilməsi və səbəbdən də satın alınmış malların ASCnin nəzarətində olan sahədə olması satın alınmış malların təhvil verilmədiyini və onların dəyərinin ödənilməli olmaması kimi qəbul edilə bilməz. Bundan başqa cavabdeh malların gec təhvil verildiyini iddia etsə də iddiaçı tərəfindən verilmiş elektron qaimələr 2020-ci ilin 7, 8, 10 və 11-ci aylarına təsadüf edir və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə sonuncu ödənişi daxil olmaqla ümumilikdə 1518088,30 manat iddiaçıya pul ödəməsi cavabdehin etiraz dəlillərinin əsassız olduğuna dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləği cavabdehdən tutulmalıdır. Bundan başqa xx.xx.2021-ci il - xx.xx.2021-ci il tarixləri arasında yaranmış qarşılıqlı hesablaşmalara dair tərtib edilmiş üzləşmə aktına münasibətdə məhkəmə həmin üzləşmə aktını sübut kimi qəbul etmir və qiymətləndirmir. Belə ki, həmin üzləşmə aktının əsli məhkəməyə təqdim olunmamış və iddaçının vəkili həmin aktın əslinin mövcud olmadığını bildirmişdir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir (MPM maddə - 89.3). Bu səbəbdən məhkəmə digər, yəni xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixdəki hesablaşmalara dair üzləşmə aktına istinad etmiş və onu sübut qismində digər sənədlərlə birgə qiymətləndirmişdir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı və cavabdehin etirazında malların gec təhvil verildiyi iddiası ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddia tələbinin ikinci hissəsinə (138377,1 manat faiz məbləğinin tutulması) hüquqi qiymət verərkən məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı iddiasını bu hissə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı faiz borcunu hesablayarakən 1028552,53 manat əsas borc məbləğinin hansı tarixdən ödənilməsinin gecikdirildiyini əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində təhvil alınmış malların dəyərinin hansı müddətdə ödənilməli olmasına dair müddəa mövcud deyildir. İddiaçının vəkili məhkəmə iclasında məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında şifahi razılaşma olmuşdur. O razılaşmaya əsasən ödəniş etməli idilər. Təmsil etdiyi şirkətin maddi vəziyyəti yaxşı olduğundan gözləmişlər. Lakin sonradan şirkətin maddi vəziyyəti ağırlaşdığından borcu tələb etməyə başlamışlar. Göründüyü kimi, iddiaçı tərəf malların dəyərinin nə zaman ödənilməli olmasına dair məhkəməyə sübut təqdim edə bilməmiş və iddiasını tərəflər arasında şifahi razılaşma olması ilə əsaslandırmışdır ki, bu şifahi razılaşmanın nədən ibarət olması və mövcudluğu hər hansı sübutla təsdiq olunmur. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən faiz tutulmalı və bu tutulmanı müddətinin başlanğıcı iddiaçının cavabdehdən borcun tələb edilməsi ilə bağlı ilk müraciətinin tarixindən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Bu səbəbdən də məhkəmə hesab edir ki, faiz borcu iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi tələbini irəli sürdüyü və bununla bağlı ona məktub ünvanladığı xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixədək hesablanmlıdır. Belə ki, iş materiallarında xx.xx.2023-cü il tarixdən öncəyə aid cavabdehə müraciəti təsdiq edən sübut mövcud deyildir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət 3 ay 15 gün təşkil edir ki, həmin müddətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə cavabdehdə tutulmalı olan məbləğ 14964,54 manat (1028552,53 x 5% = 51427,62 manat illik, 51427,62 manat / 12 aya = 4285,63 manat bir aylıq müddət üçün, 4285,63 manat x 3 ay = 12856,89 manat, 4285,63 manat / 30,5 günə = 140,51 1 günə münasibətdə hesablanan faiz məbləği, 140,51 manat x 15 gün = 2107,65 manat, 12856,89 (3 aylıq) + 2107,65 (15 günlük) = 14964,54 ) təşkil edir. İddiaçı isə illik 5% olaraq 138377,1 manat faiz borcunun ödənilməsini tələb etmişdir ki, bunda da haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək məhkəmənin adi hesablama əsasında müəyyən etdiyi 14964,54 manat faiz məbləği gecikdirilmiş borc üçün illik 5 % olaraq cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə onuda qeyd edir ki, bu hesablamanın aparılması adi riyazi hesablama olduğundan məhkəmənin xüsusi biliyindən kənara çıxmır. Bu səbəbdən də hesablamanın aparılması üçün müvafiq ekspertiza təyin edilməmişdir. İddia tələbinin üçüncü hissəsinə (210724,38 manat bank uçot dərəcəsinə uyğun faizlərin tutulması) və dördüncü hissəsinə (8025,74 manat əldən çıxmış faydanın tutulması) münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissələrdə rədd edilməlidir. İddiaçı tələbin bu hussələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1ci və 21.2-ci maddələri ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarının 3-cü bəndində qeyd edilmişdir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, 449.1-ci maddəsinin tələbinə əsasən məsuliyyətin yaranması özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutulur ki, faydalanma nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehdən faizin tələb edilməsinin əsasları mövcud deyildir. Bundan başqa Azərbacan Rerspublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı 8025,74 manat əldən çıxmış faydaya yönəlik tələbini Mülki məcəllənin 21.2-ci maddəsinin tələbləri baxımından əsaslandırsa da vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavadeh borcunu onlara ödəməsə də onlar 8025 manat mənfəət vergisi ödəmişlər və onlara ziyan dəymişdir. 8025 manat mənfəət vergisini ödəməli idilər və ödəmişlər. Hesab edirlər ki, bu da qarşı tərəfdən onlara vuralan ziyandır. Göründüyü kimi, iddiaçı tərəf ödədiyi 8025 manat mənfəət vergisini ziyan kimi tələb edir və tələbini borcun vaxtında ödənilməməsi ilə əlaqələndirir. Yuxarıda qeyd olunduğu kimi, tərəflərin razılaşmasında alınan malların ödənilməsi dövriliyi ilə bağlı tərəflərin razılaşma mövcud deyil və iddiaçı bu dövriliyi sübut edə bilmədiyindən satılan malların dəyərinin vaxtında ödənilmədiyinə istinad edə bilməz. Bundan başqa Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa) Dövlət vergilərinə aiddir. 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 13.2.19-cu maddəsinə əsasən, xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. Göründüyü kimi, mənfəət vergisi dövlət tərəfindən tətbiq edilən vergi növüdür ki, bu vergi sahibkar subyektlərindən onların xalis gəlirindən tutulur. Belə olan halda iddiaçının öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən mənfəət vergisini ödəməsi ona ziyanın dəyməsinə dəlalət etmir və bu vergi növü məhz iddiaçı tərəfindən ödənilməlidir. Göründüyü kimi, mənfəət vergisi ödədiyi üçün iddiaçıya Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə əsasən hər hansı ziyan dəyməmişdir. İddiaçı qeyd olunan normanın tələblərinə əsasən ona ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM maddə - 77.1). Şərh olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 449.1 və 21-ci maddələrində göstərilən hallarla bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən iddia tələbi qiymət verilən üçüncü və dördüncü hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 1482,84 manat olmalıdır ki, iddiaçı mediasiya prosesinin keçiriməsi ilə bağlı 400 manat mediasiya xərci ödədiyindən 400 manat məbləğində rüsumu ödəmədən 1084 manat rüsum ödəməklə məhkəməyə müraciət etmək imkanını əldə etmişdir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı onun tərəfindən ödənilmiş 1082,84 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş 1082,84 manat dövlət rüsumunun 815,46 manatı cavabdehdən tutularaq iddiaçıya, 267,38 manat hissəsi iddiaçının özünə aid edilməli, ödənilməmiş 400 manat dövlət rüsumu isə cavabdehdə dövlətin nəfinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh firmasından 1028552,53 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 14964,54 manat pul, 400 manat mediasiya xərci və 815,46 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilmiş 267,38 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Ödənilməmiş 400 manat dövlət rüsumu Cavabdeh firmasından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar