Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-616/2024 31.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “ödənilməmiş sığorta haqqı borcuna görə 1363.31 manat pulun və iddianın verilməsinə görə ödənilmiş 33.64 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sığortalı (Cavabdeh MMC) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və xidmətin həyatat keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməis hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı qeyd edilən qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişini ödəməyi öhdəsinə götürmüşdür. 5.1-ci bəndinə əsasən qeyd edilən qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə göstərildiyi kimi razılaşdırılır. 5.2-ci bəndinə əsasən müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir. 5.3-cü bəndinə əsasən bu müqavilədə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç, və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir. 7.3.1-ci bəndinə əsasən müqavilə ilin sonuna azı 30 gün qalmış müqaviləyə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında müqaviləyə xitam verilir. 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumaların zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və ya əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri, habelə xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Müqaviləyə QH********** nömrəli qoşmadan görünür ki, cavabdeh MMC-nin sığorta olunan işçiləri üçün cəmi ödənilməli sığorta haqqı 4505.42 manat təşkil edir. İddiaçının iddiasına görə cavabdeh tərəfindən borcun ödənilməməsi səbəbindən edilən xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə yaranmış qalan sığorta haqqının ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən hazırki müqaviləyə vaxtından əvvəl xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu səbəbdən sığorta haqqı üzrə ödənilməli borc məbləğində azalma olmuş və yekun ödənilməli sığorta borcu 1363.31 manat təşkil etmişdir. Eyni zamanda iş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixində 1130 manat, xx.xx.2023-cü il tarixində 1126 manat olmaqla ümumilikdə 2256 manat ödəniş etmişdir. İddiaçı pretenziya ilə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədlər xx.xx.2024-cü il tarixdə çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış sığorta müqaviləsi, müqaviləyə əlavə, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). MM-in: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 921.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun) 1-ci maddəsində sığorta hüququnun bir sıra əsas məfhumların anlayışı təsbit edilmişdir. Həmin Qanunun 1.1.3, 1.1.4 və 1.1.5-ci maddələrində sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan isə sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.1.14-cü maddəsinə əsasən isə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sığortalı (Cavabdeh MMC) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və xidmətin həyatat keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı qeyd edilən qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişini ödəməyi öhdəsinə götürmüşdür. 5.1-ci bəndinə əsasən qeyd edilən qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə göstərildiyi kimi razılaşdırılır. 5.2-ci bəndinə əsasən müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir. 5.3-cü bəndinə əsasən bu müqavilədə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç, və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir. 7.3.1-ci bəndinə əsasən müqavilə ilin sonuna azı 30 gün qalmış müqaviləyə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında müqaviləyə xitam verilir. 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumaların zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və ya əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri, habelə xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Müqaviləyə QH********** nömrəli qoşmadan görünür ki, cavabdeh MMC-nin sığorta olunan işçiləri üçün cəmi ödənilməli sığorta haqqı 4505.42 manat təşkil edir. İddiaçının iddiasına görə cavabdeh tərəfindən borcun ödənilməməsi səbəbindən edilən xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə yaranmış qalan sığorta haqqının ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən hazırki müqaviləyə vaxtından əvvəl xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu səbəbdən sığorta haqqı üzrə ödənilməli borc məbləğində azalma olmuş və yekun ödənilməli sığorta borcu 1363.31 manat təşkil etmişdir. Eyni zamanda iş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixində 1130 manat, xx.xx.2023-cü il tarixində 1126 manat olmaqla ümumilikdə 2256 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, müqaviləyə qoşmadan göründüyü kimi sığortalı Cavabdeh MMC-nin 98 nəfər işçisi üçün cəmi ödənilməli sığorta haqqı 4505.42 manat təşkil etmişdir ki, cavabdeh müqavilə öhdəliyini tam icra etməyərək sığorta haqqını ödəməmişdir. Buna baxmayaraq sonuncu müqavilə üzrə öhdəliyini pozduğundan iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqaviləyə vaxtından əvvəl xitam verildiyindən 1363.31 manat sığorta haqqının ödənilməsi tələbi irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, 1363.31 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh müqavilə ilə ödəməli olduğu ilk iki hissənin ödənişləri olan 1130 manat və 1126 manat ödəniş etmişdir. Lakin qalıq olaraq qalan iki hissənin ödənişi olunmadığından onun cəmi 2249.42 manat (1125 + 1124.42 = 2249.42) ödənilməmiş borcu qalmışdır. Müqaviləyə vaxtından əvvəl xx.xx.2024-cü il tarixində xitam verildiyindən cavabdehə xitam haqqı olaraq qaytarılmalı olan məbləğ 886.11 manat təşkil etmişdir. Cavabdehin ödəməli olduğu qalıq borc məbləğindən, xitam haqqı olaraq qaytarılmalı olan məbləğ çıxıldıqdan sonra ödənilməli olan ümumi borc məbləği 1363.31 manat təşkil edir. 2249.42 - 886.11 = 1363.31. Cavabdeh tərəf qeyd edilən iddia tələbinə hər hansı bir etiraz bildirməmiş, qeyd edilən məbləği mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparılmamışdır. Belə ki, “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığortalının vəzifəsidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. Göründüyü kimi iddiaçının vəzifəsi cavabdehin müqaviləyə 1 nömrəli əlavədə adları qeyd edilən işçiləri üçün müəyyən olunmuş qaydada sığorta etməkdən, cavabdehin vəzifəsi isə bunun müqabilində sığorta haqqını ödəməkdən ibarətdir. Lakin cavabdeh tərəfindən sığorta haqqı lazımınca ödənilmədiyindən ödənilməmiş borcu qalmışdır ki, cavabdeh borcun olub-olmamasına münasibət bildirməmiş, iddia tələbinə etiraz etməmiş və iddianın əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 77.1, 81). Göründüyü kimi mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlərini müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 1363.31 manat sığorta borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 33.64 manat olmalıdır ki, iddia təmin edildiyindən cavabdehdən 33.64 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 1363.31 manat sığorta borcu və 33.64 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-616/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-616/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver