Məhkəmə qərarları › İş №e-2-2(117)-624/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-624/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-624/2024 29.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış 5194 manat əsas borcun və ödənilmiş 163 manat dövlət rüsumunun cavabdehdən tutulması, həmçinin müqavilə üzrə verilmiş “Sunlight 10 GLD- 01” avadanlığının İddiaçı MMC-yə qaytarılması” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4703 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) 1 ədəd “Sunlight 10 GLD-01” markalı diod lazer avadanlığını Cavabdeh satmağı, sonuncu isə avadanlığın dəyərinin bir hissəsini ilkin, qalan hissəsini isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satış obyektinin qiyməti 19000 manat təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilmiş cədvələ əsasən cavabdeh avadanlığın qiymətindən ilkin olaraq 5000 manat ödəniş etməyi, qalan borcu isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək hər ay 584 manat, sonuncu ay isə 568 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən satış qiyməti alıcı tərəfindən tam ödənilmədiyi müddətə satış obyekti icraçının əmlakıdır və qeyri-şərtsiz icraçıya məxsusdur. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə alıcı tərəfindən 10 gün gecikdirildiyi və ya ödənilməməsi halında icraçının əmlakı sayılan satış obyektini alıcıdan qeyri-şərtsiz yarımçıq ödəmələri alıcıya qaytarılmadan geri götürmə hüququna sahibdir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə alıcı tərəfindən 10 gün gecikdirildiyi və ya ödənilməməsi halında alıcı yarımçıq ödəmələri geri tələb etmə hüququ olmadan icraçının əmlakı sayılan satış obyektini icraçıya qeyri-şərtsiz qaytarmaq vəzifəsi olduğunu qəbul edir. xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 4150 manat ödəniş etmişdir. Eyni zamanda iş materialları kimi əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 19000 manat alqı-satqı dəyərindən cəmi 9150 manat ödəniş etmiş və onun 5194 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, arayış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir…390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4703 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) 1 ədəd “Sunlight 10 GLD-01” markalı diod lazer avadanlığını Cavabdeh satmağı, sonuncu isə avadanlığın dəyərinin bir hissəsini ilkin, qalan hissəsini isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satış obyektinin qiyməti 19000 manat təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilmiş cədvələ əsasən cavabdeh avadanlığın qiymətindən ilkin olaraq 5000 manat ödəniş etməyi, qalan borcu isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 584 manat, sonuncu ay isə 568 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən satış qiyməti alıcı tərəfindən tam ödənilmədiyi müddətə satış obyekti icraçının əmlakıdır və qeyri-şərtsiz icraçıya məxsusdur. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə alıcı tərəfindən 10 gün gecikdirildiyi və ya ödənilməməsi halında icraçının əmlakı sayılan satış obyektini alıcıdan qeyri-şərtsiz yarımçıq ödəmələri alıcıya qaytarılmadan geri götürmə hüququna sahibdir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə alıcı tərəfindən 10 gün gecikdirildiyi və ya ödənilməməsi halında alıcı yarımçıq ödəmələri geri tələb etmə hüququ olmadan icraçının əmlakı sayılan satış obyektini icraçıya qeyri-şərtsiz qaytarmaq vəzifəsi olduğunu qəbul edir. xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 4150 manat ödəniş etmişdir. Eyni zamanda iş materialları kimi əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 19000 manat alqı-satqı dəyərindən cəmi 9150 manat ödəniş etmiş və onun 5194 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, 5194 manat pulun tutulması tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh 19000 manat pulun 5000 manat məbləğini ilkin ödəniş şəklində ödəmişdir. Bundan sonra qalan 14000 manat borcu isə 24 ay müddətinə hissəhissə olmaq şərti ilə hər ay 584 manat, sonuncu ay isə 568 manat ödəməyi razılaşdırmışlar. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd edilən iddia tələbinə hər hansı bir münasibət və ya etiraz bildirməmiş, bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparmamış, tələb edilən borc məbləğinin mövcud olmaması ilə bağlı arqumentlər ortada olmadığından iddiaçının təqdim etdiyi sübutları əşyanın dəyərinin qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə verilmiş “Sunlight 10 GLD-01” avadanlığının İddiaçı MMC-yə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4703 nömrəli alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən satış qiyməti alıcı tərəfindən tam ödənilmədiyi müddətə satış obyekti icraçının əmlakıdır və qeyri-şərtsiz icraçıya məxsusdur. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə alıcı tərəfindən 10 gün gecikdirildiyi və ya ödənilməməsi halında icraçının əmlakı sayılan satış obyektini alıcıdan qeyri-şərtsiz yarımçıq ödəmələri alıcıya qaytarılmadan geri götürmə hüququna sahibdir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə alıcı tərəfindən 10 gün gecikdirildiyi və ya ödənilməməsi halında alıcı yarımçıq ödəmələri geri tələb etmə hüququ olmadan icraçının əmlakı sayılan satış obyektini icraçıya qeyri-şərtsiz qaytarmaq vəzifəsi olduğunu qəbul edir. Məhkəmə qeyd edir ki, bu müqavilə bəndləri qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, tərəflər arasında yaranmış münahisəbətlər lizinq və ya icarə müqaviləsindən əmələ gələn münasibətləri deyil, alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bunun əksini təsdiq edən sübutlar iş materillarında mövcud deyildir. Kosmetika avadanlığının alğı-satqı müqaviləsindən başqa, hansı əsasla cavabdehin istifadəsinə verilməsini təsdiq edən sübut mövcud deyildir. Müqavilənin şərtlərinə əsasən lizinq predmetinin qaytarılması və ödənilmiş vəsaitini iddiaçıda qalmasına dair müddəa mövcud olsa da, hazırkı hüquq münasibəti alqı-satqı müqaviləsi üzrə yarandığından bu halda belə mövqe nümayiş etdirmə iddiaçının əsassız varlanmasına, cavabdehin isə həmin texnikanın əldən çıxmasına və ödədiyi vəsaitin itirilməsinə gətirib çıxarar. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən normadan da göründüyü kimi, iddiaçı ya əşyanın dəyərinin ödənilməsini və ya onun geri qaytarılmasını tələb edə bilər. Hazırkı münasibətin yaranma əsası olan alqı-satqı müqaviləsində əşyanın dəyərinin ödənilməsi ilə bərabər, əşyanın qaytarılması müəddəasının da nəzərdə tutulması ilə bağlı qeyd edilməlidr ki, MM-in 390.1-ci maddəsinin tələblərinə əsaən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlamaqla bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, bu şərtlə ki, həmin müqavilələr Mülki Məcəlləyə zidd olmasın. Tərəflər müqavilə şərtlərini sərbəst müəyyənləşdirsələr də, eyni zamanda həmin şərtlər Mülkii Məcəllədə müəyyən edilən normalara zidd olmamlıdır. Mülki Məcəllədə nəzərdə tutulan norma isə 600.4-cü maddədir ki, tərəflər alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliyin icra etmədiyi təqdirdə borcludan ya əşyanın dəyərinin ödənilməsini ya da əşyanın özünün qaytarılmasını tələb edə bilər, hər iki eyni anda irəli sürülə bilməz. Bu səbəbdən də məhkəmə tərəflərin alqı-satqı müqaviləsində olan iradə ifadələrini və onlarının yaratmaq istədikləri həqiqi hüquqi nəticələri nəzərə alaraq hesab edir ki, qanunverciliyin yuxarıda qeyd edilən normasının tələbini əsas tutuaraq iddia tələbinin əşyanın ödənilməyən dəyərinin tutulması hissəsində təmin edilməli, əşyanın qaytarılması hissəsində isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf məhkəməyə müraciət edən zaman dövlət rüsumu olaraq 163 manat ödəsə də, hazırki iddia üzrə dövlət rüsumunun məbləği 171.94 manat təşkil edir. İddia qismən, yəni pulun tutulması hissəsində təmin edildiyindən 63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, eyni zamanda 8 manat 94 qəpik tutularaq dövlət büdcəsinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5194 manat borc və 63 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehdən 9,94 manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar