Məhkəmə qərarları › İş №e-2-2(117)-629/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-629/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-629/2024 29.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 2369.6 manat maddi ziyanın və 43.7 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “1 ədəd Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 2369.6 manat maddi ziyanın və 43.7 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli texnikanın istifadəyə verilməsi ilə əlaqədar operativ lizinq müqaviləsi imzalanmışdır. xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilənin: 1-ci bəndinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən ** AB *** dövlət qeydiyyat nömrəli, kənd təsərrüfatı texnikası olan 1 ədəd Belarus-1221 markalı traktoru mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş xx.xx.2024cü ildən xx.xx.2024-cü il tarixədək 280 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, saz vəziyyətdə texnikanı qaytarmalı olduğu halda nasaz vəziyyətdə saxlanca vermişdir. Həmin traktora baxış keçirilmiş və 2369.6 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli texnikanın vəziyyəti və təhvili barədə akta əsasən 1 ədəd Belarus-1221 markalı traktor saz vəziyyətdə "xxxx" ASC-nin nümayəndəsi Rzayev Nadir tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli aktdan görünür ki, 1 ədəd Belarus-1221 markalı traktor nasaz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" ASC-nin nümayəndəsi Rzayev Nadirə geri qaytarılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd olunmuşdur ki, Belarus-1221 markalı traktorun mühərriki yağ yeyir, qabaq dartqı sistemi işləmir, yağ paylayıcı nasos işləmir, arxa 2 ədəd disklər yararsız vəziyyətdədir. Tərtib olunmuş qüsur aktını Cavabdeh imzalayaraq təstiq etmişdir. xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli müqavilə əsasənda 005021 şassi nömrəli Belarus-1221 markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, gilz porşen 6 ədəd (792 manat), gilzin rezin həlqələri 12 ədəd (39.6 manat), Mühərrikin araqatı dəsti (32 manat), friksionun saxlayıcı üzüyü (36 manat), barabanın kipləşdirici üzüyü 2 ədəd (122 manat), baraban üzüyü (38 manat), arxa təkər diski 2 ədəd (714 manat), sükan mexanizminin nasos dozatoru (286 manat) dəyişdirilməli, 300 manat işçilik haqqı ödənilməlidir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə, arayış, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.6. Lizinq obyektinə təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Tərəflər arasında xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli texnikanın icarəyə verilməsi ilə əlaqədar operativ lizinq müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən ** AB *** dövlət qeydiyyat nömrəli, kənd təsərrüfatı texnikası olan 1 ədəd Belarus-1221 markalı traktoru mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 280 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, saz vəziyyətdə texnikanı qaytarmalı olduğu halda nasaz vəziyyətdə saxlanca vermişdir. Həmin traktora baxış keçirilmiş və 2369.6 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli texnikanın vəziyyəti və təhvili barədə akta əsasən 1 ədəd Belarus-1221 markalı traktor saz vəziyyətdə "xxxx" ASC-nin nümayəndəsi Rzayev Nadir tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli aktdan görünür ki, 1 ədəd Belarus-1221 markalı traktor nasaz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" ASC-nin nümayəndəsi Rzayev Nadirə geri qaytarılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd olunmuşdur ki, Belarus-1221 markalı traktorun mühərriki yağ yeyir, qabaq dartqı sistemi işləmir, yağ paylayıcı nasos işləmir, arxa 2 ədəd disklər yararsız vəziyyətdədir. Tərtib olunmuş qüsur aktını Cavabdeh imzalayaraq təstiq etmişdir. xx.xx.2024-cü il tarixli 02/03233 nömrəli müqavilə əsasənda 005021 şassi nömrəli Belarus-1221 markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, gilz porşen 6 ədəd (792 manat), gilzin rezin həlqələri 12 ədəd (39.6 manat), Mühərrikin araqatı dəsti (32 manat), friksionun saxlayıcı üzüyü (36 manat), barabanın kipləşdirici üzüyü 2 ədəd (122 manat), baraban üzüyü (38 manat), arxa təkər diski 2 ədəd (714 manat), sükan mexanizminin nasos dozatoru (286 manat) dəyişdirilməli, 300 manat işçilik haqqı ödənilməlidir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, saz vəziyyətdə texnikanı qaytarmalı olduğu halda nasaz vəziyyətdə saxlanca vermişdir. Həmin traktora baxış keçirilmiş və cəmi 2369.6 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğundan iddia təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 43.7 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “1 ədəd Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 2369.6 manat maddi ziyan və 43.7 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar