Məhkəmə qərarları › İş №e-2-2(117)-630/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-630/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-630/2024 24.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “966 manat əsas borcun, 21 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “966 manat əsas borcun, 21 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış 000141 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən mal alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı texniki avadanlıqları cavabdehə sataraq onu təhvil verməyi, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış formada və vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcı öz öhdəliklərini yerinə yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 000141 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilmiş texniki avadanlıqları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək 1 saylı əlavədə göstərilmiş formada malın müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, malın ƏDV daxil dəyəri 3230 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı alınan malın dəyərini tərəflər arasındakı razılaşmaya uyğun olaraq tam və hissə-hissə olmaqla ödəniş edə bilər. Alıcı malın ümumi dəyərinin razılaşdırılmış məbləğini 1300 manat həcmində ilkin ödənişini dərhal, qalıq məbləğini isə Əlavə №1 ilə razılaşdırılmış müddətdə satıcıya ödəyir. Alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini göstərilən müddətdə və formada tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% faizi həcmində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş qiymətlərin razılaşdırılma protokolunda qeyd olunmuş ödəniş cədvəlindən (əlavə №1) görünür ki, cavabdeh 1300 manat ilkin ödəniş etdikdən sonra qalan 1930 manat borcu 6 ay ərzində, hər ay 321.67 manat, sonuncu ay isə 321.65 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından (Əlavə №2) görünür ki, dəyəri 3230 manat olan AVTOKLAV YS-18L-E avadanlığı Cavabdeh təhvil verilmiş və hər iki tərəf təhvil-təslim aktını öz imzaları ilə təsdiq etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh ümumi dəyəri 3230 manat təşkil edən avadanlığın məbləğindən 1300 manat ilkin ödəniş etmiş və 1930 manat borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən qalıq məbləğ 6 ay ərzində hissə-hissə ödənilməli idi. Cavabdeh həmin məbləğdən 964 manat ödəniş etmiş və hazırki tarixə onun 966 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 966 manat əsas borcu və 21 manat cərimə borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi cavabdehə rəsmi qaydada təqdim edilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 000141 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilmiş texniki avadanlıqları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək 1 saylı əlavədə göstərilmiş formada malın müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, malın ƏDV daxil dəyəri 3230 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı alınan malın dəyərini tərəflər arasındakı razılaşmaya uyğun olaraq tam və hissə-hissə olmaqla ödəniş edə bilər. Alıcı malın ümumi dəyərinin razılaşdırılmış məbləğini 1300 manat həcmində ilkin ödənişini dərhal, qalıq məbləğini isə Əlavə №1 ilə razılaşdırılmış müddətdə satıcıya ödəyir. Alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini göstərilən müddətdə və formada tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% faizi həcmində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş qiymətlərin razılaşdırılma protokolunda qeyd olunmuş ödəniş cədvəlindən (əlavə №1) görünür ki, cavabdeh 1300 manat ilkin ödəniş etdikdən sonra qalan 1930 manat borcu 6 ay ərzində, hər ay 321.67 manat, sonuncu ay isə 321.65 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından (Əlavə №2) görünür ki, dəyəri 3230 manat olan AVTOKLAV YS-18L-E avadanlığı Cavabdeh təhvil verilmiş və hər iki tərəf təhvil-təslim aktını öz imzaları ilə təsdiq etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh ümumi dəyəri 3230 manat təşkil edən avadanlığın məbləğindən 1300 manat ilkin ödəniş etmiş və 1930 manat borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən qalıq məbləğ 6 ay ərzində hissə-hissə ödənilməli idi. Cavabdeh həmin məbləğdən 964 manat ödəniş etmiş və hazırki tarixə onun 966 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə tərəfindən cavabdehə bildiriş göndərilmiş və cavabdeh iddia tələbinin əksini təsdiq edən hər hansı sənədi və ya iddia tələbinə etirazını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin borcunun 966 manat olmasını qəbul edir. Məhkəmə iddia tələbinin “21 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini göstərilən müddətdə və formada tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% faizi həcmində cərimə ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin əmlak mənafelərini, iddiaçının daha tez məhkəməyə müraciət etməməklə borcun artmasına şərait yaratmasını və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, xx.xx.2023-cü il tarixli 000141 nömrəli alqı-satqı müqaviləsi üzrə 21 manat məbləğində cərimənin saxlanması tərəflərin hüquqlarına və qanuni mənafelərinə uyğundur. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edilənləri əsas tutularaq hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 966 manat əsas borc, 21 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar