Məhkəmə qərarları › İş №e-2-2(117)-631/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-631/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-631/2024 20.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli tütün becərmə üzrə borc müqaviləsindəki öhdəliklərin yerinə yetirilməməsinə görə 19776.55 manat borcun, hüquqi yardımla bağlı ödənilmiş 200 manat pulun və 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli tütün becərmə üzrə borc müqaviləsindəki öhdəliklərin yerinə yetirilməməsinə görə 19776.55 manat borcun, hüquqi yardımla bağlı ödənilmiş 200 manat pulun və 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 20 hektar ərazi üçün cavabdehə 36000 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə vəd edilmiş tütün cavabdeh tərəfindən əkilir, yığılır və iddiaçıya satılmış tütün yarpaqlarının alış qiymətinin 50%-i tutularaq geri ödəmə üçün istifadə olunur. Həmin müqavilənin 3-cü maddəsinə əsasən 2021-ci il mövsümü üzrə yaşıl tütün alqısatqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən alıcı tərəf dekabr 2021-ci il tarixindən gecikdirilmiş borcun illik 15%-faizi həcmində dəbbə pulu ödəyir. Eyni zamanda tərəflər arasında 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən fermer, müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tütün əkimi üçün müraciət edən fermerin torpaq sahəsini mütəxəssislərin iştirakı ilə baxış keçirir və baxış aktı əsasında tərtib olunmuş sənədlərin əsasında müqavilə bağlayır. Müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən fermer tütünü xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin şərtlərinə uyğun şəkildə şifarişçiyə təhvil verir və qəbul sənədi əsasənda rəsmiləşdirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 55798.92 manat vəsait köçürülmüşdür. İş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 17 ədəd elektron qaimə tərtib edilmişdir. Həmin elektron qaimələrdən göründüyü kimi fermer tərəfindən ümumi dəyəri 36022.37 manat olan yaşıl tütün iddiaçıya təhvil verilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfə 2020-ci il üzrə 12000 manat, 2021-ci il üzrə 43798.92 manat olmaqla ümumilikdə 55798.92 manat avans verilmişdir. Cavabdeh tərəf müqavilə üzrə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmədiyindən hal-hazırda 19776.55 manat borcu qalmışdır. Cavabdehin borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimələrdən və bank çxarışlarından təsdiq olunur. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş avans məbləğini almışdır. Müqavilə imzalanarkən şirkət rəhbərliyi başqa olmuşdur. Müqavilədə nəzərdə tutulduğundan da artıq tütün becərmişdir, lakin yeni rəhbərlik tütünü qəbul etməmişdir. Quraqlıq olduğuna görə istənilən həcmdə məhsul əldə edə bilməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən verilmiş toxum keyfiyyətsiz olmuşdur, iqlim şəraitinə uyğun olmadığından yaxşı məhsul əldə etmək mümükün olmamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: müqavilələr, elektron qaimələr, məktublar, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 20 hektar ərazi üçün cavabdehə 36000 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə vəd edilmiş tütün cavabdeh tərəfindən əkilir, yığılır və iddiaçıya satılmış tütün yarpaqlarının alış qiymətinin 50%-i tutularaq geri ödəmə üçün istifadə olunur. Həmin müqavilənin 3-cü maddəsinə əsasən 2021-ci il mövsümü üzrə yaşıl tütün alqı-satqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən alıcı tərəf dekabr 2021-ci il tarixindən gecikdirilmiş borcun illik 15%-faizi həcmində dəbbə pulu ödəyir. Eyni zamanda tərəflər arasında 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən fermer, müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tütün əkimi üçün müraciət edən fermerin torpaq sahəsini mütəxəssislərin iştirakı ilə baxış keçirir və baxış aktı əsasında tərtib olunmuş sənədlərin əsasında müqavilə bağlayır. Müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən fermer tütünü xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin şərtlərinə uyğun şəkildə şifarişçiyə təhvil verir və qəbul sənədi əsasənda rəsmiləşdirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 55798.92 manat vəsait köçürülmüşdür. İş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 17 ədəd elektron qaimə tərtib edilmişdir. Həmin elektron qaimələrdən göründüyü kimi fermer tərəfindən ümumi dəyəri 36022.37 manat olan yaşıl tütün iddiaçıya təhvil verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 19776.55 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, bank çıxarışından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına 55798.92 manat məbləğində avans köçürülmüşdür. Cavabdeh həmin avans məbləğini yaşıl tütün təhvil verərək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin elektron qaimələrdən də göründüyü kimi fermer tərəfindən iddiaçıya ümumilikdə 36022.37 manat məbləğində yaşıl tütün təhvil verilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən oan verilmiş 55798.92 manat məbləğində avansı aldığını, toxumun keyfiyyətsiz olması və ilin quraq keçməsi səbəbindən məhsuldarlığın aşağı olmasını etiraf etmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhsulun sığorta olunmasının iddiaçının vəzifəsi olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhsulun sığortalanmasının iddiaçı şirkətin vəzifəsi olduğu bildirilsə də, müqavilədə bununla bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Cavabdehin ilin quraq keçməsi ilə bağlı etirazlarına münasibətdə qeyd edilməlidir ki, qeyd edilən hal təbii fəlakət hesab edilə bilməz. Çünki yay fəslində havaların quraq keçməsi mümkündür. Əsas məsələ cavabdeh tütün sahəsinin suvarılması ilə bağlı halı əvvəldən götür-qoy etdikdən sonra müqaviləni bağlamış və bu vəzifənin yerinə yetirilməsi cavabdeh tərəfindən təmin edilməsi şübhəsizdir. Tərəflər arasında bağlanmış Müqavilənin 10-cu bəndinə əsasən Fors major hallarda tərəflər müqavilə şərtlərinin tam və ya qismən yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar və göstərilən hallar aradan qalxanadək müqavilənin icrası dayandırılır. Havaların quraq keçməsi halını təbii fəlakət və ya qarşısıalınmaz qüvvədən (forsmajor hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, havaların quraq keçməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Ona görə də məhkəmə cavabdehin bildirdiyi halla bağlı qeyd edr ki, havaların quraq keçməsinə görə tütün məhsulunun istənilən həcmdə əldə edilməməsi vəziyyəti fors major hal olmamaqla cavabdehin iradəsindən kənarda baş verən hal olsa da həmin halı aradan qaldırmaq və əvvəlcədən görmək mümkün olduğundan cavabdehi məsuliyyətdən azad etmək mümkün deyildir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdehdən 19776.55 manat (55798.92 - 36022.37 = 19776.55) borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Eyni zamanda məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən hər hansı bir sübutun olmaması və iddiaçı tərəfin buna etiraz etməməsi səbəbindən hesab edir ki, hüquqi yardımla bağlı 200 manat pulun tutulması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə 19776.55 manat borc və 150 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar