Məhkəmə qərarları › İş №e-2-2(117)-637/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-637/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-637/2024 08.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və X2 qarşı “xx.xx.2019-cu il tarixli, KTA-KTT-19/0035 nömrəli müqavilənin əhəmiyyətsiz hesab edilməsi və həmin müqavilənin Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış hesab edilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və X2 qarşı “xx.xx.2019-cu il tarixli, KTA-KTT- 19/0035 nömrəli müqavilənin əhəmiyyətsiz hesab edilməsi və həmin müqavilənin Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış hesab edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı 6120 manat pul tələbi və New Holland TC 4.90 markalı zavod nömrəsi 55987042 nömrəli, mühərrik nömrəsi001680192 olan 2019-cu ilin buraxılışı 1 ədəd Kombayın taxılyığan və Mschio Gaspardo SP-540 markalı şassi nömrəsiKC 9610386, 1 ədəd İtaliya istehsalı olan toxumsəpənin saz vəziyyətdə qaytarılması -hazırkı iddianın əsasını təşkil edən əqddən əmlə gələn tələb üzrə Balakən Rayon Məhkəməsinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixli e-2(019)-264/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyd edilən texnikaların saz vəziyyətdə İddiaçı alınaraq X1 qaytarılması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən “Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır”. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, məhkəmıə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi iddiaçı Balakən Rayon Məhkəməsi tərəfindən baxılan tələb üzrə əqdi mübahisələndirmiş, məhkəmə texnikaları iddiaçıya qaytarmaqla müqavilə münasibətinin müvafiq tərəflər arasında bağlanması məsələsinə aydınlıq gətirmiş və həmin qərarı qəbul etmişdir. Qeyd edilən müqavilənin dəyişdirilməsi ilə bağlı lizinq götürən şəxslərlə lizinqə verən şəxs arasında həll edilməlidir. Həmçinin qeyd edilən şəxslər arasında mübahisənin mövcud olmasını da müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və X2 qarşı “xx.xx.2019-cu il tarixli, KTA-KTT- 19/0035 nömrəli müqavilənin əhəmiyyətsiz hesab edilməsi və həmin müqavilənin Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, lizinq verənlə arasında bağlanmış müqavilə üzrə öhdəliyin cavabdeh fiziki şəxsə ötürülməsi ilə bağlı Cavabdeh1 ASC-yə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar