Məhkəmə qərarları › İş №e-2-2(117)-641/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-641/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-641/2021 23.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “1400 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə açıq məhkmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ““1400 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin 12.08.2021-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Həmin məhkəmə əmrindən verilmiş etiraz təmin edilərək Şəki Kommersiya 19.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhəmmədiyə oğlu arasında 22.05.2020-ci il tarixli 07/00153 nömrəli müqavilə bağlanaraq taxılyığan kombaynı biçin mövsümü müddətində Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bunun müqabilində 4500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdehin 1400 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 08.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 4500 manat borcdan 3100 manat ödəniş etmiş, onun müqavilə üzrə 1400 manat borcu vardır. İddiaçının nümayəndəsi Murad Camalov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında qeyd edilən texnika lizinqə onun tərəfindən götürülərək müqaviləni imzalasa da, texnikanı əslində başqa şəxslər götürmüş və o, sürücü olmuşdur. Borcu da həmin şəxslər ödəməlidir. Lakin, qeyd edilən şəxslərlə bağlı hər hansı bir yazılı sənəd imzalanmamışdır. Həmin texnikanı qəbul etmiş, müddətin sonunda isə təhvil vermişdir. İddianın rədd edilməsini xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara 22.05.2020-ci il tarixli 07/00153 nömrəli müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında 22.05.2020-ci il tarixli 07/00153 nömrəli müqavilə bağlanaraq taxılyığan kombayn biçin mövsümü müddətində Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bunun müqabilində 4500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, taxılsəpən gübrəsəpənlə SR- 2045 (buraxılış ili 2014, 56 T 340 dövlət qeydiyyat nişanlı) taxılyığan kombayını 01.06.2020-ci il tarixdən 31.07.2020-ci il tarixədək müddətə lizinq alanın müvəqqəti istifadəsinə verməyi,1.2-ci bəndinə əsasən lizinq alan texnikadan istfadəyə görə lizinq verənə bu Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş məbləğdə (4500 manat) ödənişlərin həyata keçirilməsini öhdəsinə götürür. Lakin cavabdeh tərəfindən qeyd edilən ödənişi tam həyata keçirilməmiş və 1400 manat ödənilməmiş borcu qalmışdır. Bu 08.05.2021-ci il tarixli maliyyə arayışı ilə də təsdiq olunur. Cavabdehin “əslində müqavilənin başqa şəxslərlə bağlanması ilə bağlı” rli sürdüyü arqumenti hər hansı bir sübut təqdim edilmədiyindən və əsaslandırlmadığından əsassız hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 20 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb edilən məbləğ 500 manatdan çox olduğundan çatışmayan 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə dənilməlidir. Nəticəvi hissə İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq "Aqroservis” ASC-yə ödənilsin. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar