Məhkəmə qərarları › İş №e-2-2(117)-651/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-651/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-651/2025 25.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “14600 ABŞ dolları xidmət haqqı, 894,63 ABŞ dolları əldən çıxmış fayda, 32470,25 ABŞ dolları cərimə, cəmi 47964,88 ABŞ dolları pulun, 2000 manat məbləğində hüquqi yardım xərcinin və 341 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdehndən “14600 ABŞ dolları xidmət haqqı, 894,63 ABŞ dolları əldən çıxmış fayda, 32470,25 ABŞ dolları cərimə, cəmi 47964,88 ABŞ dolları pulun, 2000 manat məbləğində hüquqi yardım xərcinin və 341 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək tələb edilən məbləğ cavabdeh tərəfindən ödənildiyindən iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş iclas məhkəmə hazırlıq iclası olduğundan, hazırkı əsas üzrə baxılmamış saxlanma əsası məhkəmə baxışı mərhələsində qanunla mümkün olduğundan hazırkı mərhələdə müvafiq olaraq Mülki Prosessual Məcəllənin 170ci maddəsinin tələbləri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********91 nömrəli qəbzlə ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “14600 ABŞ dolları xidmət haqqı, 894,63 ABŞ dolları əldən çıxmış fayda, 32470,25 ABŞ dolları cərimə, cəmi 47964,88 ABŞ dolları pulun, 2000 manat məbləğində hüquqi yardım xərcinin və 341 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********91 nömrəli qəbzlə ödənilmiş 341 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar