Məhkəmə qərarları › İş №e-2-2(117)-658/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-658/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-658/2024 13.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “10000 manat ödənilmiş pulun və 120 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “10000 manat ödənilmiş pulun və 120 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Yevlax Rayon Məhkəməsi mülki işi baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh2 MMC-nin qeydiyyat ünvanı Bərdə rayonu, Qaradağlı kəndi, digər cavabdeh olan Cavabdeh1 qeydiyyat ünvanı isə Ağcabədi rayonu, Sarıcalı kəndidir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4№-li qərarına əsasən Bərdə və Ağcabədi rayonları Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, həmin rayonlar müvafiq olaraq Şirvan və Gəncə kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, hazırki iş məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalı olsa da, ərazi aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından müəyyən edilir ki, işin göndərildiyi məhkəmə ya işi icraatına qəbul etməli, əks təqdirdə müvafiq fikir ayrılığını həll edilməsi üçün işi yalnız apelyasiya instansiyasına göndərilməlidir. Yevlax Rayon Məhkəməsinin hazırkı işə kommersiya məhkəmələrində baxılması ilə bağlı mövqeydi qanunvericiliyin tələbinə uyğun görünsə də, işə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olması barədə mövqeyi qanunua uyğun deyilidr. Bu səbəbdən də, işin göndərildiyi məhkəmə qərardadın bir hissəsi ilə razılaşmırsa, bu məsləyə apelyasiya instansiyası tərəfindən baxılmalı olması qənaətindədir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “10000 manat ödənilmiş pulun və 120 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar