Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-66/2022 19.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə üzrə 22631,20 manat gecikdirilmiş əsas borc və hesablanmış 32820,01 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 55801,01 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X3 qarşı “18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə üzrə 22631,20 manat gecikdirilmiş əsas borc və hesablanmış 32820,01 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 55801,01 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış 18.03.2011-ci il tarixli 307-L nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə şərtlərinə görə Göyçay rayon Aqroservis filialının istifadəsində olmuş dəyəri 12840 manat olan ot, küləş presləyən (AGSB-185), dəyəri 14000 manat olan ot, küləş presləyən (OKP-185), Göyçay rayon Aqroservis filialının X1 istifadəsində olan dəyəri 23730 manat olan 1 ədəd traktor (FT- 1254), dəyəri 22060 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 23351 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 1150 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1100 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1350 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 2939 manat olan taxıl səpən (ONHBM-24), dəyəri 29320 manat olan kombayn (SK-5ME-1), dəyəri 1700 manat olan diskli mala (ONACD-1), dəyəri 27750 manat olan özüyeriyən otbiçən (LZ-32W), dəyəri 12536 manat olan ot, küləş presləyən (OKP-185), dəyəri 1975 manat olan rotorlu otbiçən (RM2-165) olmaqla, ümumilikdə 174 281 manat məbləğində kənd təsərrüfatı texnikasını lizinqə vermiş, lizinq verilərkən ilkin olaraq 8715 manat hissəsini ödəmək şərtilə, qalan məbləği isə həmin müqavilənin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Müqavilənin müddəti 2011-ci ilin İ rübündən 2018-ci ilin İV rübü də daxil olmaqla həmin müddətədək müəyyən edilmişdir. "xxxx" ASC-nin 18.03.2011-ci il tarixli 378/ü nömrəli əmrinə əsasən, qeyd edilən texnikaların 18.03.2011-ci il tarixli 307-L nömrəli lizinq müqaviləsinə əsasən X3ə verilməsi əmr edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə 18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə üzrə 22631,20 manat əsas borcu yaranmış və həmin borca 32820,01 manat cərimə hesablanmışdır. 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə üzrə X3i 75505 manat ödəniş etmiş, 67429,80 manat hissəsi güzəşt komissiyasının qərarı ilə güzəşt edilmiş, 22631,20 manat gecikdirilmiş borcu qalmışdır. Həmin borca 32820,01 manat cərimə hesablanmışdır. "xxxx" ASC-nə məxsus texnikaların təhvil qəbulu barədə 16.05.2009-cu il tarixli aktdan görünür ki, şassi nömrəsi 91062 olan AGSB-185 markalı ot, küləş presləyən texnika Göyşay rayon Aqroservis filialının müdiri X6 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, "xxxx" ASC və "xxxx" ASC vasitiəsi ilə Aqroservis ASC-nin müvafiq hesabına cavabdeh tərəfindən ayrı-ayrılıqda ödəniş aparmaqla ümumilikdə 76 720 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC-nin X12 15.03.2022-ci il tarixli 03 nömrəli arayışından görünür ki, 04.04.2018-ci il tarixli aktla 1 ədəd AGSB-185 (şassi nömrəsi 81086) və 1 ədəd OKP-185 ot, küləş presləyənlər X13 geri qaytarılmışdır və sonuncunun saxlanc anbarındadır. Qeyd edilən arayışın əsası olan 07.03.2018-ci il tarixli "xxxx" ASC-nin Yevlax PN Göyçay rayon bölməsində bağlanmış və X3 və Yevlax PN Göyçay rayon bölməsinin əməkdaşları X11, X12, X13, X14, X15, X13 iştirakı ilə bağlanmış və imzaları ilə təsdiqlənmiş və möhürlənmiş aktdan görünür ki, 1 ədəd AGSB-185 (şassi nömrəsi 81086) və 1 ədəd OKP-185 ot, küləş presləyənlərin Şəkili kənd sakini H.Şamilin həyətinə baxış keçirilmiş və nasaz vəziyyətdə qeyd edilən texnikalar həmin şəxsə məxsus həyətdə aşkar edilmişdir. Eyni zamanda, Göyçay rayon Şəkili kənd sakini X8 07.03.2018-ci il tarixli izahatı ilə müəyyən edilir ki, həyətində olan 1 ədəd AGSB-185 (şassi nömrəsi 81086) və 1 ədəd OKP-185 ot, küləş presləyən texnikaları Göyçay Aqroservisin sabiq müdiri X10 tərəfindən servisin yeri olmadığı üçün 2 ildir ki, onun həyətinə qoymuşdur.Tenikaların istifadəsi haqqında heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirdi ki, onunla "xxxx" ASC arasında 18.03.2011-ci il tarixli 307-L nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə bağlanmış, həmin müqavilə ilə Göyçay rayon Aqroservis filialının X1 istifadəsində olan 3 ədəd traktor, 3 ədəd kotan, bir ədəd taxıl səpən (ONHBM-24), bir ədəd kombayn (SK-5ME-1), 1 ədəd diskli mala (ONACD-1), bir ədəd özüyeriyən otbiçən (LZ-32W), bir ədəd ot, küləş presləyən (OKP-185), bir ədəd rotorlu otbiçən (RM2-165) olmaqla, ümumilikdə 174 281 manat məbləğində 12 ədəd kənd təsərrüfatı texnikası 8 il müddətinə ona lizinqə vermiş, ilkin ödəniş 8715 manat, ümumilikdə 84220 manat ödəniş etmiş, dövlət tərəfindən edilən güzəşt məbləği 67429,80 manat olmuşdur. İddiaçı bildirir ki, 22631,20 borcu vardır. O bu borcu qəbul etmiş. Belə ki, qeyd edilən borc müqavilə bağlanan vaxtdan ona təhvil verilməyən 2 texnikaya görə yaranmışdır. Belə ki, bağlanmış lizinq müqaviləsinə görə Göyçay rayon Aqroservis filialının istifadəsində olmuş dəyəri 12840 manat olan ot, küləş presləyən (AGSB-185), dəyəri 14000 manat olan ot, küləş presləyən (OKP-185) ona təhvil verilməmiş, hətta istifadəsində olan texnikalar üçün ümumi ödəniş etdiyindən, ödənişi texnikalar üzrə bölgüsünü aparan həmin vaxt Aqrolizinq ASC tərəfindən aparıldığından həmin texnikaların onun öhdəliyində olmasını bilməmiş, 2018-ci ildə yerli Aqroservisin nümayəndəsi tərəfindən ona qeyd edilən 2 texnikanın da onun istifadəsində olmasını bildirmişdir. Ondan sonra araşdırmaya başlamış və həmin 2 texnikanı Göyçay rayon Şəkili kənd sakini X13 həyətində aşkar edilmiş, bu aktlaşdırılmış, həmin texniklar Ucra Aqroservis filialına təhvil verilmişdir. Həmin texnikaların dəyəri isə ümulikdə 26840 manat təşkil etmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və ərizə göndərərək iştirakları olmadan iddialarına baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə və müqavilənin ödəniş qrafikləri, ödəniş qəbzləri, 09.07.2021-ci il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi; maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 747.2, 747.3, 748-1.1.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında 18.03.2011-ci il tarixli 307-L nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə bağlanmış, Göyçay rayon Aqroservis filialının istifadəsində olmuş dəyəri 12840 manat olan ot, küləş presləyən (AGSB-185), dəyəri 14000 manat olan ot, küləş presləyən (OKP-185), Göyçay rayon Aqroservis filialının X1 istifadəsində olan dəyəri 23730 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 22060 manat olan 1 ədəd traktor (FT- 1254), dəyəri 23351 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 1150 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1100 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1350 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 2939 manat olan taxıl səpən (ONHBM-24), dəyəri 29320 manat olan kombayn (SK-5ME-1), dəyəri 1700 manat olan diskli mala (ONACD-1), dəyəri 27750 manat olan özüyeriyən otbiçən (LZ-32W), dəyəri 12536 manat olan ot, küləş presləyən (OKP-185), dəyəri 1975 manat olan rotorlu otbiçən (RM2-165) olmaqla, ümumilikdə 174 281 manat məbləğində kənd təsərrüfatı texnikasını lizinqə vermiş, lizinq verilərkən ilkin olaraq 8715 manat hissəsini ödəmək şərtilə, qalan məbləği isə həmin müqavilənin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq alanın sifarişi, ödəniş qrafiki və Texnikaların verilməsi haqqında təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin müqavilənin 2.1.1-ci bəndində bu müqavilə üztə göstərilən Texnikaların Lizinq alana verilməsini Lizinqə verən təmin edir. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə uyğun olaraq ödəniş qrafiki hazırlanmış və həmin qrafik üzrə 18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə üzrə X3i 75505 manat ödəniş etmiş, 67429,80 manat hissəsi güzəşt komissiyasının qərarı ilə güzəşt edilmiş, 22631,20 manat gecikdirilmiş borcu qalmışdır. Həmin borca 32820,01 manat cərimə hesablanmışdır (09.07.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur). İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, "xxxx" ASC və "xxxx" ASC vasitəsi ilə Aqroservis ASC-nin müvafiq hesabına cavabdeh tərəfindən ayrı-ayrılıqda ödəniş aparmaqla ümumilikdə 76 720 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X12 15.03.2022-ci il tarixli 03 nömrəli arayışından görünür ki, 04.04.2018-ci il tarixli aktla 1 ədəd AGSB-185 (şassi nömrəsi 81086) və 1 ədəd OKP-185 ot, küləş presləyənlər X13 geri qaytarılmışdır və sonuncunun saxlanc anbarındadır. İş materiallarına əlavə edilmiş və surət olsa da yuxarıda qeyd edilən sübutla təsdiq edildiyindən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilən 07.03.2018-ci il tarixli "xxxx" ASC-nin Yevlax PN Göyçay rayon bölməsində bağlanmış və X3 və Yevlax PN Göyçay rayon bölməsinin əməkdaşları X11, X12, X13, X14, X15, Yasəf Həmidovun iştirakı ilə bağlanmış və imzaları ilə təsdiqlənmiş və möhürlənmiş aktdan görünür ki, 1 ədəd AGSB- 185 (şassi nömrəsi 81086) və 1 ədəd OKP-185 ot, küləş presləyənlərin Şəkili kənd sakini X13 həyətinə baxış keçirilmiş və nasaz vəziyyətdə qeyd edilən texnikalar həmin şəxsə məxsus həyətdə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və surət olsa da yuxarıda qeyd edilən sübutla təsdiq edildiyindən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilən Göyçay rayon Şəkili kənd sakini X8 07.03.2018-ci il tarixli izahatı ilə müəyyən edilir ki, həyətində olan 1 ədəd AGSB- 185 (şassi nömrəsi 81086) və 1 ədəd OKP-185 ot, küləş presləyən texnikaları Göyçay Aqroservisin sabiq müdiri X10 tərəfindən servisin yeri olmadığı üçün 2 ildir ki, onun həyətinə qoymuşdur. Texnikaların istifadəsi haqqında heç bir məlumatı yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, iddiaçı tərəfindən 18.03.2011-ci il tarixli 307-L nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqaviləsi üzrə Göyçay rayon Aqroservis filialının istifadəsində olmuş Göyçay rayon Aqroservis filialının X1 istifadəsində olan dəyəri 23730 manat olan 1 ədəd traktor (FT- 1254), dəyəri 22060 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 23351 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 1150 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1100 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1350 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 2939 manat olan taxıl səpən (ONHBM-24), dəyəri 29320 manat olan kombayn (SK-5ME-1), dəyəri 1700 manat olan diskli mala (ONACD-1), dəyəri 27750 manat olan özüyeriyən otbiçən (LZ-32W), dəyəri 12536 manat olan ot, küləş presləyən (OKP-185), dəyəri 1975 manat olan rotorlu otbiçən (RM2-165) olmaqla, ümumilikdə 174 281 manat məbləğində olan 12 kənd təsərrüfatı texnikasını lizinqə vermiş, həmin texnikaların lizinq alana təhvil verilməsi sübut olunur. Qeyd edilən müqavilə üzrə "xxxx" ASC və "xxxx" ASC vasitəsi ilə Aqroservis ASC-nin müvafiq hesabına cavabdeh tərəfindən ayrı-ayrılıqda ödəniş aparmaqla ümumilikdə 76 720 manat məbləğində ödəniş edilmişdir və bu iş materialları ilə sübut olunur. Lakin dəyəri 12840 manat olan ot, küləş presləyən (AGSB-185) (şassi nömrəsi 81086), dəyəri 14000 manat olan ot, küləş presləyən (OKP-1851) təhvil verilməsi faktı iş materialları ilə sübut olunmur. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 07.03.2018-ci il tarixdə qeyd edilən texnikalar Şəkili kənd sakini X13 həyətinə baxış keçirilən zaman aşkar olunmuş, həmin şəxs qeyd edilən texnikaların onun həyətində 2 il əvvəldən qoyulduğunu bildirmiş və X13 təhvil verilmişdir. Bundan əlavə, iddiçı tərəfindən təqdim edilən 26.04.2008-ci il tarixli Akt əsasında 1 ədəd OPK-185 markalı ot, küləş presləyən texnikanın iş üzrə cavabdehə təhvil verilməsini təsdiq etməsini arqumentinə münasibətdə cavabdeh özü həmin texnikanın ona təhvil verilməsini təsdiq etmiş, qeyd edilən texnikaların şassi nömrələri fərqli olmuşdur. Belə ki, cavabdehə təhvil verilmiş eyni adlı texnikanın şassi nömrəsi 81038 olmuş, təhvil verilməyən texnikanın isə şassi nömrəsi 81086 olmuşdur. Qeyd edilən akt isə 81038 şassi nömrəli eyni adlı texnika ilə bağlıdır. Bundan əlavə, cavabdehin məhkəməyə təqdim etdiyi 01.01.2011-ci il tarixli dekabr ayı üçün servis xidməti haqqında hesabatdan da müəyyən edilir ki, cavabdehin istifadəsində 12 ədəd yuxarıda qeyd edilən texnikalar olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə təhvil verilən texnikalar üzrə ödənişlər ümumilikdə həyata keçirildiyindən ödəniş olunan zaman təyinat dəqiq müəyyən edilməmişdir. Məhkəmə iş materiallarından belə qənaətə gəlir ki, qeyd edilən cavabdehə təhvil verilməyən 2 ədəd texnika üzrə də ödənişlər edilmişdir. Belə ki, cavabdehə təhvil verilməyən texnikaların ümumi dəyəri 26840 manat, tələb edilən gecikdirilmiş əsas borc məbləği isə 22631,20 manat təşkil edir. Cavabdehin ünvanlı olmayan artıq ödəniş etməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə təhvil verilməyən texnikaların cavabdehə təhvil verilməsi faktını təsdiq edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.10.2021-ci il tarixli 2-2(102)-454/2021 nömrəli iddiaçı "xxxx" ASC-nin cavabdeh X7 qarşı iş üzrə Qərarında qeyd edilmişdir ki, iddiaçı müqavilə əsasında lizinq obyekti olan texniki avadanlığın cavabdehə təhvil verilməsi öhdəliyini daşısa da, avadanlıq cavabdehə təhvil verilməmiş və faktiki olaraq əvvəlki lizinq götürənin təsərrüfatında qalmışdır. Əvvəlki lizinq götürənin isə öz təsərrüfatında qalmış avadalıqdan istifadəyə davam etməsi istisna olunmur ki, bu da cavabdehin həmin avadanlıqdan öz məqsədləri üçün istifadəsini mümkünsüz edir. Belə olan halda, lizinq obyekti olan avadanlıqdan faktiki olan istifadə etmək imkanından məhrum olan cavabdehdən lizinq ödənişlərinin tələb edilməsi hüquqi əsasa söykənməyən hal kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı, cavabdeh tərəfindən hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir, cavabdeh tərəfindən öhdəliklərinin iddiaçı qarşısında yerinə yetirilməməsi hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, həmin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iddia tələbini gecikdirilmiş əsas borca münasibətdə əsassız hesab edərək əsas tələblə bağlı olan öhdəliyin mövcud olmadığı qənaətinə gəlindiyindən əsas öhdəlikdən asılı olan və ondan yaranan əlavə öhdəliklərin də mövcud olmadığı mövqeyindən çıxış edərək “32820,01 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə də əsassız hesab edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı olmadığından, iddia rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi təmin edilmədiyindən iddiaçının tələb etdiyi xəclər cavabdehdən tutulmamalıdır. Eyni zamanda, iddia tələbinə görə ödənilməli olan dövlət rüsumu 257,4 manat təşkil etsə də, iddiaçının 400 manat məbləğində mediasiya xərci ödəməsi və ödənilməli dövlət rüsumu mediasiya xərcindən az olması səbəbindən iddiaçı qanunvericiliyə əsasən dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Nəticəvi hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “18.03.2011-ci il tarixli 307-L nömrəli müqavilə üzrə 22631,20 manat gecikdirilmiş əsas borc və hesablanmış 32820,01 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 55801,01 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-66/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-66/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver