Məhkəmə qərarları › İş №e-2-2(117)-674/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-674/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-674/2024 04.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əlieva Mələk Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli Spark-012/2024 saylı alqı-satqı müqaviləsi üzrə 52646.88 manat borcun, 247.94 manat dövlət rüsumunun tutularaq iddiaçı ********** vöen ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli Spark-012/2024 saylı alqı-satqı müqaviləsi üzrə 52646.88 manat borcun, 247.94 manat dövlət rüsumunun tutularaq iddiaçı ********** vöen ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər iştirak etmədiyindən və bubarədə üzürlü səbəb bildirmədiyindən məhkəmə tərəflərin iştirakı olmadan işə baxmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddianı baxılmamış saxlayır. Cavabdehin məhkəmə iclasları barədə xəbərdar edilsə də, nümayəndəsinin məhkəmədə iştirak etməməsi onun işi mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin “247.94 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə” hissəsinə münasibətdə bildirir ki, MPM-in 114.1.5-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli Spark-012/2024 saylı alqı-satqı müqaviləsi üzrə 52646.88 manat borcun, 247.94 manat dövlət rüsumunun tutularaq iddiaçı ********** vöen ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçının xx.xx.2024-cü il tarixdə saat 14:31:07 tarixində ********** nömrəli qəbzlə ödədiyi 247,94 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar