Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-675/2023 11.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixdə bağlanmış “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC soyuducusunun dəyərinin iki misli həcmində, yəni 2000 ABŞ dolları, 260 manat xidmət haqqı (110 manat vəkil xidmət haqqı və 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) və 100 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İstifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 1 ədəd Cooler SDVC markalı Coca-Cola soyuducusunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. İddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş soyuducunun qaytarılmasını tələb edərək əks təqdirdə cərimə ödəyəçəyi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq mübahisə həllini tapmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin əmlak dəyəri 1000 ABŞ dolları olan 1 ədəd Cooler SDVC soyuducunu Cavabdeh əvəzsiz istifadəyə vermişdir. Müqavilənin 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Cavabdeh əmlakı təhvil vermədiyindən onun dəyərinin 2 misli həcmində, yəni 2000 dollar məbləğində pulun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Soyuducunun hərəkət əmrindən görünür ki, 1 ədəd Cooler SDVC markalı Coca-Cola soyuducusu cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə ünvanı üzrə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, Soyuducunun hərəkət əmri, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 1 ədəd Cooler SDVC markalı Coca-Cola soyuducusunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 1 ədəd SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermiş, müqavilə şərtlərinə uyğun soyuducunu tələb etmiş, lakin 3 gün müddətində soyuducu qaytarılmadığından müqavilə şərtlərinə əsasən soyuducunun dəyəri olan 1000 ABŞ dollarının 2 misli məbləğində cərimə tələb etmişdir. Cərimənin tələb edilməsi tərəflərin razılaşmasından irəli gəldiyindən və müqavilə predmetinin iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq soyuducu iddiaçıya qaytarılmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 260 manat (110 manat vəkil xidmət haqqı və 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Hazırki iş üzrə hüquqi xidmət göstərilməsi ilə bağlı iddiaçının vəkillə təmsil olunmasını, müqavilə bağlamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən 110 manat xidmət haqqı cavabdehdən tutulmamalıdır. 150 manat mediasiya işlərinin aparılmasına görə tələb edilən xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, mediasiya işlərinin aparılması üçün 150 manat xidmət haqqı ödənilməsini təsdiq edən sübut iş materiallarına mövcud deyildir. Mediasiya arayışı ilə iddiaçı tərəfindən yalnız 60 manat rüsum ödənilməsi öz təsdiqini tapır ki, iddiaçı da həmin vəsaiti dövlət rüsumu kimi tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, mediasiya işlərinin aparılmasına görə tələb edilən 150 manat xidmət haqqı da cavabdehdən tutula bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (2000 ABŞ dolları = 2000 x 1,700 = 3400 manat) ödənilməli dövlət rüsumu 54 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 54 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 2000 ABŞ dolları və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 54 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-675/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-675/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver