Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-69/2024 30.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “4437,40 manat əsas borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Yevlax rayonunda yerləşən cavabdehin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə AMX-5282/19 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcunu lazımınca ödəmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 4437,40 manat borcun və ödənilmiş 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış və Yevlax şəhəri, F.İsayev küçəsində yerləşən qeyri-yaşayış obyektinə təbii qazın verilməsi təmin edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozmuş, yaranmış borcu bugünədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir. İddia edilən 4437,40 manat borc əsassız yazılmışdır. Belə ki, o çörək sexinin sahibi olaraq qaz sayğacından istifadə edərlən heç bir əsassız istifadə etmə hallarına yol verməmişdir. Həmçinin, tərtib edilmiş aktdan göründüyü kimi, xx.xx.2019-cu il tarixdə sayğacın yoxlama tarixi və göstəriciləri müəyyən edilmişdir. Ona görə də iddia müddətinin axımı xx.xx.2019cu il tarixdən hesablanmalı və iddia müddəti ötürülmüş hesab edilməlidir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə cavabdehin etirazına bildirdiyi münasibətdə qeyd etmişdir ki, cavabdehin etiraz ərizəsində göstərilən iddia müddətinin ötürülməsi bağlı tələbi əsassızdır, İddiaçı İB-nin X4 İstismar İdarəsi tərəfindən dəfələrlə debitor borcun ödənilməsi tələbi ilə pretenziyalar göndərilmişdir. Sonuncu dəfə 27 oktyabr 2022-ci il SOCAR**********30490075X00714 saylı pretenziya məktubu göndərilmişdir. Cavabdeh tərəfindən hər hansı ödəniş olmadığı üçün xx.xx.2022-ci ildə Mediasiya Prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh bununla bağlı münasibət bildirmədiyi üçün adiyyatı Mediasiya Təşkilatına mediatorun təyin olunması ilə bağlı müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin tələbi əsassız olduğundan rədd olunmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Qanunun 2.1-ci madəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə o, cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci,13-cü,20.1-ci və 34.1-ci maddələri şamil edilir. Göründüyü kimi, iddiaçı cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi yerə gəlməklə müqavilə şərtlərinin yerinə yetirilməsi tələbi etməmiş, cavabdehin müraciəti və sayğac oxunması zamanı sayğacın göstəricisinin işləməməsi səbəbindən iddiaçının iştirakı ilə akt əsasında sayğac növbədən kənar yoxlamaya göndərilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının əməkdaşları müəssisəyə daxil olaraq hər hansı yoxlamanın aparılmasından söhbət gedə bilməz. Sayğacın həm cavabdehin müraciəti, həmdə iddiaçının işçiləri tərəfindən aşakrlanması zamanı dövlət yoxlamasına göndərilməsi sahibkarlıq fəailiyyətinin həyata keçirildiyi yerə gəlməklə müqavilənin tələblərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyət olmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamalrın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə düşmür, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2019-cü il tarixdə İddiaçı nümayəndələri tərəfindən Cavabdeh müəssisəsinə quraşdırılmış ona məxsus G-25 markalı ******* nömrəli rotor tipli “SİQNAL” qaz sayğacına baxış keçirilib və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən İstehlakçının iştiraçı ilə ******* saylı Akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, İmpuls ötürücüsünun naqlinin şteykeri yoxdur, naqil qırıqdır, Ekranda “EROR” işarəsi olub, xx.xx.2019-01.1220219-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.97 bar qaz həcmi qeydə alınmamışdır. İmpuls ötürücüsünün şteykerinin nasazlığı səbəbindən elektro göstərici V mexaniki göstəricidən (mexaniki 011387m3 – elektron ******* m3 = 11312 m3) 11312 m3 azdır. Sayğacın nasazlıq səbəbindən mexaniki hissədən keçən 11312 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İstehlakçının istifadə etdiyi təbii qazın sayğacda qeyd olunmayan (1.97 bar x 11312 m3 = 22285 – 11380= 10905 m3) qaz həmi 10905 m3 müəyyən olunmuşdur. Tarif şurasının qərarına uyğun olaraq 10905 m3 x 0.20 qəpik =2181 manat məbləğ hesablanmışdır. istehlakçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Cavabdehin ümumilikdə olan 4437.40 manat borcun 2181 manat sayğacın nasazlığı səbəbindən olan borcdur, qalan 2256.40 manat təbii qazdan istifadə edib ödəmədiyi borcdur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Debitor borcun ödənilməsi tələbi barədə” pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin 01 yanvar 2020-ci il tarixinə 2181 manat borcu mövcuddur. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında 200 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2019-cu il tarixdə yoxlama keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. İmpuls ötürücüsünün naqilinin şteykeri yoxdur. Naqil qırıqdır. Ekranda “Error” işarəsi var. Göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal yüksək təzyiq P=1,97 bar, qaz həcmi qeydə alınmamışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 11312 kub metr azdır. AR Energetika Nazirliyi Enerji X2 Mingəçevir filialının məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.İddiaçı İB tərəfindən yoxlama keçirilən zaman AR NK-nin xx.xx.2014-cü il tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə cihazlarının toxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in normalarına riayət edilməmişdir. 2.AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti “Azərbaycan Metereologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi”nin “Sərf, həcm, təzyiq, tempratur ölçmə vasitələri” bölümünün 2-ci bəndinə əsasən, sənaye qaz sayğacları (rotorlu, turbinli, diafraqmalı) 3 ildə 1 dəfə dövrü yoxlanılmalıdır. Hazırki iş üzrə cavabdehə məxsus G-25 markalı ******* nömrəli rotor tipli “SİQNAL” qaz sayğacına baxış keçirildiyi və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən istehlakçının iştirakı ilə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş, G-25 markalı ******* nömrəli qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənərək növbədən kənar yoxlamaya göndərildiyi göstərilmişdir. Göründüyü kimi, sayğac növbədənkənar dövrü yoxlamaya göndərilmişdir, lakin yoxlamanın aparılması üçün Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən Çıxarış yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
3. AR Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Həmin Qaydalara əsasən, qaz sayğacının zədələnməsində istehlakçının təqsiri olduğu təqdirdə bu hal sübuta yetirilməlidir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, arayış, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, MM: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında Yevlax rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə AMX-5282/19 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2019-cu il tarixdə yoxlama keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. İmouls ötürücüsünün naqilinin şteykeri yoxdur. Naqil qırıqdır. Ekranda “Error” işarəsi var. Göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal yüksək təzyiq P=1,97 bar, qaz həcmi qeydə alınmamışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 11312 kub metr azdır. Məhkəmə əvvəlcə cavabdehin etirazının əsası olan iddia müddətinə münasibətdə bildirməyi zəruri hesab edir. MM-nin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə müəyyən edir ki, sonuncu dəfə 2019-cu ilin dekabr ayında 200 manat ödəniş edilmiş və xx.xx.2020-ci ildən iddia müddətinin axımı başlanılmışdır. İddiaçı tərəfindən mediasiya təklifi xx.xx.2022-ci il tarixdə qarşı tərəfə mediasiya təklifi təqdim edilmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2020-xx.xx.2022-ci il aralığında dövrdə 35 ay iddia müddətinin axımı hesablanmışdır. xx.xx.2023-cü il tarixdə mediasiyaya dair aryaış təqdim edildiyindən həmin tarixdən iddia müddətinin axımı davam etmiş və iddia məhkəməyə verilən tarixə, yəni, xx.xx.2023-cü ilədək yəni, 14 gün davam etmişdir. Odur ki, ümumilikdə iddia müddətinin axımının başlandığı tarixdən 35 ay 14 gün sonra iddia ərizəsi məhkəməyə verilmiş və qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. İşin mahiyyətinə münasibətdə isə məhkəmə bildirir ki, iddia tələbi 1-ci hissədə - 2268 manat hissədə təbii qazdan istifadə nəticəsində yaranmış borc, ikinci hissədə isə 2181 manat akt əsasında cavabdehin təqsiri ucbatından sayğacda nasazlıq səbəbindən hesablanmış borc məbləğindən ibarətdir. İddia tələbinin “2268 manat pulun tutulması” hissəsinə münasibətdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş abonent saldosu ilə təsdiq edilir ki, cavabdehin 01 yanvar 2020-ci il tarixinə 2268 manat borcu mövcuddur. Odur ki, iddiaçı həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddia müddəti ötürülməmişdir. İddia tələbinin “hesablanmış 2181 manat borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin iddiasına əsasən, sayğacın nasazlıq səbəbindən mexaniki hissədən keçən 11312 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İstehlakçının istifadə etdiyi təbii qazın sayğacda qeyd olunmayan (1.97 bar x 11312 m3 = 22285 – 11380= 10905 m3) qaz həmi 10905 m3 müəyyən olunmuşdur. Tarif şurasının qərarına uyğun olaraq 10905 m3 x 0.20 qəpik =2181 manat məbləğ hesablanmışdır. İstehlakçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. Bununla bağlı halların müəyyən edilməsi məqsədi iəl məhkəmə tərəfindən AR Energetika Nazirliyi Enerji X1 mütəxəssis rəyinin verilməsi ilə bağlı müraciət edilmiş və məhkəməyə daxil olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakı hallar müəyyən edilmişdir: İddiaçı İB tərəfindən yoxlama keçirilən zaman AR NK-nin xx.xx.2014-cü il tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə cihazlarının toxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in normalarına riayət edilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti “Azərbaycan Metereologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi”nin “Sərf, həcm, təzyiq, tempratur ölçmə vasitələri” bölümünün 2-ci bəndinə əsasən, sənaye qaz sayğacları (rotorlu, turbinli, diafraqmalı) 3 ildə 1 dəfə dövrü yoxlanılmalıdır. Hazırki iş üzrə cavabdehə məxsus G-25 markalı ******* nömrəli rotor tipli “SİQNAL” qaz sayğacına baxış keçirildiyi və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən istehlakçının iştirakı ilə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş, G-25 markalı ******* nömrəli qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənərək növbədən kənar yoxlamaya göndərildiyi göstərilmişdir. Göründüyü kimi, sayğac növbədənkənar dövrü yoxlamaya göndərilmişdir, lakin yoxlamanın aparılması üçün Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən Çıxarış yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. AR Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Həmin Qaydalara əsasən, qaz sayğacının zədələnməsində istehlakçının təqsiri olduğu təqdirdə bu hal sübuta yetirilməlidir. Məhkəmə işin faktiki hallarını digər sübutlarla birlikdə qiymətləndirib hesab edir ki, iddiaçı tərəfindən akt tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”AR Qanununun tələblərinə riayət edilməmiş, həmçinin, yoxlama iddiaçı tərəfindən sayğacda mövcud olan nasazlıqların yaranmasında cavabdehin təqsirini təsdiq edən halları sübut edə bilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. AR Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın: 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8. Qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 2.9. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır. 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11. Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus obyektə baxış növbədənkənar müayinə və baxış olmuşdur. Bundan əlavə “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2019-cu il tarixdə yoxlama keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. İmpuls ötürücüsünün naqilinin şteykeri yoxdur. Naqil qırıqdır. Ekranda “Error” işarəsi var. Göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal yüksək təzyiq P=1,97 bar, qaz həcmi qeydə alınmamışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 11312 kub metr azdır. Göründüyü kimi qeyd edilən qaz sayğacında “sayğacın daxili çirkli olması, İmpuls ötürücüsünün naqilinin şteykerinin olmaması, naqilin qırıq olması, ekranda “Error” işarəsinin olması” ilə bağlı növbəti deyil, növbədənkənar yoxlama aparılmış, eyni zamanda bu halların bəziləri qeyd edilən sayğaca müdaxilə ilə bağlı olan hallar ola bilər. Ona görə də yuxarıda qeyd edilən Qaydaların 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Ona görə də yoxlayıcı orqan 2181 manat borca münasibətdə müvafiq yoxlamaı rəsmiləşdirməklə, sahibkarlıq subyektlərində yoxlamanın aparılması ilə bağlı müvafiq reyestrdən çıxarış təqdim etməli idilər. Digər tərəfdən mübahisə predmeti olan sayğacın işlək vəziyyətdə saxlanması cavabdeh fiziki şəxsin deyil, iddiaçının vəzifəsi olaraq qanunvericilikdə qeyd edilir. Qaydaların: 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, 2181 manat məbləğində borcun cavabdehdən tələb edilməsi qanunun tələblərinə uyğun olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Ona görə də iddia qismən təmin edilməli, 2256.40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 64,37 manat təşkil edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 31,47 manatı iddiaçıdan, 32,90 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödədiyindən, həmin məbləği cavabdehdən tələb etdiyindən və iddia qismən təmin edildiyindən iddiaçı 30,67 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2256,40 manat əsas borc və 30,67 manat mediasiya xərci tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 64,37 manat dövlət rüsumunun 31,47 manatı İddiaçı İB-dən, 32,90 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov