Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-704/2023 31.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “014-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 34987,41 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Oncalı kəndi ərazisində 25 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 75 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhdul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 75000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 12 nömrəli malların təhvil qəbul aktı ilə 3750 manat dəyərində amafos, 3750 manat dəyərində nitra amafos və 1750 manat dəyərində toxum, GP seriyalı 41 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində amonium nitrat, GP seriyalı 48 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində karbomit təhvil verilmiş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 11250 manat məbləğində avans verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini tam yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə mallar təhvil verilməsi malların təhvil qəbul aktları və ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, avans qismində ilkin ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 37192,05 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən təhvil verilmiş məhsulun dəyəri 2204,64 manat təşkil etmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 34987,41 manat qalıq borcu qalmışdır. İdidaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 25 hektar əraziyə soya əkmiş, iddiaçı tərəfdən bununla bağlı 11250 manat avans almışdır. Ona verilən gübrə, toxum, dərman kimi məhsulların dəqiq dəyərini bilmir. Əkdiyi 25 hektardan 12 hektar ərazi yararsız olmuşdur. Bu yararsız olan ərazi ilə bağlı akt tərtib olunacağını bildirsələr də, lakin heç nə tərtib olumamışdır. Bundan başqa verilən gübrənin də endirimli olacağı deyilsə də, ona həmin gübrə 80 manat olmasına baxmayaraq 100 manatdan hesablanaraq verilib. Bundan başqa torpağa görə hər hektara 600 manatdan çox icarə haqqı verirdi. Lakin iddiaçı torpaq icarəsi üçün ona hektara 300 manat pul vermişlər. Qalan pulu isə öz hesabına qoymuşdu. Hətta öz adına da 25000 manat kredit almışdır. 2022-ci ilin noyabr ayında məhsul yığımı olmuş, lakin məhsulun böyük bir hissəsi yerdə itib-batmışdır. 80 manat olan gübrənin ona 100 manatdan hesablanmasını başqa fermer yoldaşlardan eşitmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Malların qəbul təhvil aktları, Ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, təhvil verilmiş paxlanın dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Oncalı kəndi ərazisində 25 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 75 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhdul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 75000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 12 nömrəli malların təhvil qəbul aktı ilə 3750 manat dəyərində amafos, 3750 manat dəyərində nitra amafos və 1750 manat dəyərində toxum, GP seriyalı 41 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində amonium nitrat, GP seriyalı 48 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində karbomit təhvil verilmiş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 11250 manat məbləğində avans verilmişdir. Beləliklə də, icraçının avans pul və aldığı gübrə və toxumun dəyəri olmaqla ümumilikdə 26350 manat dəyərində borcunun olması iş materiallarında olan mallatın təhvil qəbul aktı və ödəniş tapşrığı ilə öz təsdiqini tapır. Bundan başqa iddiaçı ərizəsində cavabdeh tərəfindən ümumi dəyəri 2204,64 manat təşkil edən məhsul təhvil verildiyini bildirmişdir ki, belə olan halda cavabdeh tərəfindən ödənilməli olan 26350 manat borcdan təhvil verdiyi məhsulun dəyəri çıxılmaqla ümumilikdə 24145,36 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı avans qismində ilkin ödəniş, gübrə və toxum da daxil olmaqla cavabdehə ümumilikdə 37192,05 manat məbləğində vəsait ödənilməsii iddia etsə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbu ki, hər bir tərəf hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllə maddə- 77.1). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (34987,41 manat) ödənilməli dövlət rüsumu 194,96 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən ödənilməmiş dövlət rüsumunun 60,38 manat hissəsi iddiaçıdan, 134,48 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı onun tərəfindən ödənilmiş 200 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 134,48 manat dövlət büdcəsinə və iddiaçıdan 60,38 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 60,38 manat dövlət rüsumu çıxılmaqla 139,62 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 60,38 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 134,48 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 194,96 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24145,36 manat borc və 139,62 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 194,96 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-704/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-704/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver