Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-707/2023 31.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “11946,34 manat borc və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 1608,36 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 11098 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5191,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5105,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 4704,60 manat və xx.xx.2021-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 4171,80 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə kassa mədaxil orderləri ilə qismən ödənişlər etmiş və nəticədə 11946,34 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, 62.1 nömrəli hesabın kartı və kassa mədaxil orderləri ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh fərdi sahibkar Cavabdeh ilə "xxxx" ATSC arasında bağlanmış, 12 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən "xxxx" ATSC, alıcı kimi çıxış edən Cavabdeh müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı ilə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvafiq mühasibat sənədləri ilə rəsmiləşdirilməklə Cavabdeh ümumilikdə 35054,34 manat məbləğində alkoqollu içkilər satılmışdır. Sözügedən müqavilənin ödəmə şərtlərini tənzimləyən 3.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən mal alındıqdan sonra 5 iş günü müddətində nağd və ya köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədə olmuşdur. Hazırkı vaxtadək Cavabdeh yuxarıda sözügedən müqavilə üzrə satılan məhsulların dəyərinin 23108 manat məbləğində olan hissəsi onun tərəfindən "xxxx" ASC-yə ödənilsə də, Cavabdeh satılmış malların dəyərinin qalan hissəsi, yəni 11946,34 manatı bu günədək ödənilməmiş qalmışdır. Həmçinin Cavabdeh müvafiq elektron qaimələr təqdim edilsə də, cavabdeh, hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmiş, beləliklə də Cavabdeh 11946,34 manat borcu yaranmışdır. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, o, "xxxx" ATSC-dən mal almışdır. Aldığı mallara görə müəyyən ödənişlər etmişdir. Qəbzlər ondadır, onları gələn məhkəmə iclasında təqdim edə bilər. İddia tələbində onun 11.946,34 manat borcunun olduğu bildirilib. Ancaq onun təxminən 8000 manat borcu vardır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, elektron qaimələr, kassa mədaxil orderləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 1608,36 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 11098 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5191,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5105,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 4704,60 manat və xx.xx.2021-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 4171,80 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə kassa mədaxil orderləri ilə qismən ödənişlər etmiş və nəticədə 11946,34 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, 62.1 nömrəli hesabın kartı və kassa mədaxil orderləri ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni hesabın çıxarışı, habelə cavabdeh tərəfindən aparılmış ödənişlərlə, yəni kassa mədaxil orderləri ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahatında onun iddiaçı ilə alğı-satqı ilə bağlı münasibətlərinin olduğunu və onun hesabatı ilə təxminən 8000 manat borcunun olmasını etiraf etmiş və bunu təsdiq edən sübutları növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Lakin cavabdeh hazırki məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və dediklərini təsdiq edəvək sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 125,84 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 125,84 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11946,34 manat borc, 200 manat mediasiya xərci tutularaq "xxxx" ASC-yə ödənilsin. Ödənilməmiş 125,84 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-707/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-707/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver