Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-709/2025 01.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsinə qarşı borc tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsindən təbii qazdan istifadəyə görə yaranmış 30883.32 manat məbləğində əsas borcun, 182.65 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 31065.97 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Ağdaş rayonunda yerləşən tabeçiliyindəki müəssisələrin inzibati binaları müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Sözügedən müəssisələrə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. X4 Təhsil İdarəsinin tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının ümumilikdə 30883.32 manat həcmində olmuşdur. Belə ki, sözügedən müəssisələrin borcları aşağıdakı kimidir: s/s Ağdaş rayonu müəssisənin adı borc Pirəyir kənd 40 şagird yerlik modul tipli orta məktəb 35.71 manat, Dovudlu kənd modul tipli orta məktəbi 449.20 manat, Binələr kənd modul tipli orta məktəbi 484,63 manat, Əmirmahmud kəndin modul tipli orta məktəbi 506,93 manat, Qarağan Şıxlar kənd orta məktəb 591,94 manat, Cardam kənd Orta Məktəbi 672,95 manat, Kükəl kənd Orta Məktəbi 693,12 manat, Bulaqotağı kənd modul tipli orta məktəbi 715,59 manat, Qəribli kənd orta məktəbi 764,66 manat, Güvənkənd kənd orta məktəb 843,5 manat, Orta Ləki kəndində yerləşən orta məktəb binası 902,03 manat, S.Vurğun adına orta məktəb 985,25 manat, Nizami adına 2 saylı tam orta məktəb 996,36 manat, Qaradağlı kənd orta məktəb 1010,62 manat, Orta Məktəb (Gürcuva) 1053,94 manat, 8 saylı tam orta məkəbi 1095,54 manat, 3 saylı Orta Məktəb 1103,52 manat, Təhsil Şöbəsi (Maarif) 1181,4 manat, Zeynəddin 80 şagird yerlik modul tipli ümumi orta məktəb 1199,9 manat, Qumlaq kənd 96 şagird yerlik modul tipli orta məktəb 1249,04 manat, Qulbəndə kənd Orta Məktəbi 1287,3 manat, 5 saylı orta məktəb 1304,71 manat, Yenicə kənd orta məktəbi 1388,8 manat, Aşağı Neymətabad kənd orta məktəb 1518,62 manat, 9 saylı orta məktəb 1614,6 manat, Kotanarx kənd orta məktəbi 1606,52 manat, Ağdaş şəhər 80 yerlik uşaq bağçası 1019,74 manat, Ağdaş şəhərində 60 yerlik uşaq bağçası 1812,12 manat, Uşaq bağçası 2795,08 manat, cəmi 30883.32 manat borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir. X4 Mədəniyyət İdarəsi borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə cavabdeh X4 Mədəniyyət sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında xx.xx.2025-ci il tarixli **********485600 saylı məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmiş və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda iddia ərizəsinə dəqiqləşmənin və tələbin azaldılması ilə bağlı zərurət vardır. İlk növbədə iddia tələbinin xahiş etdi hissəsində cavabdeh qismində texniki səhv olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsi göstərildiyindən həmin hissədə dəqiqləşmə aparılaraq Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsi göstərilməlidir. Digər tərəfdən İddiaçı İB iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehin tabeçiliyində olan 29 müəssisənin ümumilikdə 30883.32 manat həcmində borcu olmuşdur. Keçən müddət ərzində cavabdehin tabeçiliyində olan 29 müəssisədən birinin Ağdaş rayon Təhsil şöbəsinin (Maarif) borcu artaraq 1199.93 manat olmuş, doqquz müəssisədən Qumlaq kənd 96 şagird yerlik modul tipli orta məktəbin borcu azalaraq 81.63 manat, Qulbəndə kənd Orta Məktəbin və Uşaq baxçasının borcu azalaraq 0.02 manat, 5 saylı orta məktəbin, Yenicə kənd orta məktəbin, Aşağı Neymətabad kənd orta məktəbin, 9 saylı orta məktəbin, Kotanarx kənd orta məktəbin və Ağdaş şəhərində 60 yerlik uşaq bağçasının borcu azalaraq 0.01 manat olmuşdur. Ümumilikdə isə dəşiklik üzrə bir müəssisənin borcu 18.53 manat artdığı halda doqquz müəssisənin borcu 14495.06 manat azalmışdır. Ona görə də iddia tələbini həmin hissələrdə azaldılmalı və artırılmalıdır. Göstərilənləri nəzərə alaraq, hazırkı ərizənin icraata götürülməsini, iddia tələbində texniki səhv olan cavabdehin adı dəqiqləşdirilərək Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsi kimi göstərilməsini, iddia ərizəsinin Ağdaş rayon Təhsil şöbəsinə (Maarif) aid hissədə borc artırılmaqla 1199.93 manat, Qumlaq kənd 96 şagird yerlik modul tipli orta məktəbin borcu azalaraq 81.63 manat, Qulbəndə kənd Orta Məktəbin və Uşaq baxçasının borcu azalaraq 0.02 manat, 5 saylı orta məktəbin, Yenicə kənd orta məktəbin, Aşağı Neymətabad kənd orta məktəbin, 9 saylı orta məktəbin, Kotanarx kənd orta məktəbin və Ağdaş şəhərində 60 yerlik uşaq bağçasının borcu azalaraq 0.01 manat təşkil etməsini nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsindən 16406.79 manat əsas borcun və əvvəlcədən ödənilmiş iddia tələbinin həcminə münasibətdə 139.22 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə qətnamə çıxarılması xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən tələb olunan borc məbləği yalnız 2024-cü ilin dekabrından sonra sayğac göstəricisinə əsasən yaranmış debitor borc məbləğidir. Aktlar üzrə yaranmış borc mübahisələndirilməmiş və ödənilmişdir. İddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir, məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsi arasında xx.xx.2024-cü il tarixli AMX- 3415/24 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AMX-3415/24 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əlavə olaraq imzalanan protokolda müqavilə əsasında iddiaçı müəssisənin tabeliyində olan məktəblər, baxçalar və digər təhsil müəssisələrinə qazın verilməsi barədə razılığa gəlinmişdir. Həmin protokolda müqavilə əsasında qazla təmin olunacaq müəssiələrin adları, abonent kodları və onlara məxsus qaz sayğaclarının adları öz əksini tapmışdır. Protokol iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AMX-3415/24 nömrəli müqavilə əsasında tərtib olunan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə istehlak etdiyi təbii qazın dəyəri olan 15386,93 manat və 1019,75 manat məbləğində olmaqla cəmi 16406,68 manat məbləğində borcu yaranmışdır. Aklar iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.
10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, dekabr 2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 022 nömrəli, xx.xx.2024-cü il tarixli 042 nömrəli, xx.xx.2021-ci il tarixli 040 nömrəli, xx.xx.2023-cü il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 021 nömrəli, xx.xx.2021-ci il tarixli 024 nömrəli, xx.xx.2021-ci il tarixli 22 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli 045 nömrəli, xx.xx.2021-ci il tarixli 026 nömrəli, dekabr 2022-cü il tarixli 38 nömrəli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli 009 nömrəli, xx.xx.2022-ci il tarixli 006 nömrəli, xx.xx.2021-ci il tarixli 023 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli 006 nömrəli, dekabr 2021-ci il tarixli 011 nömrəli, xx.xx.2023-cü il tarixli 032 nömrəli, xx.xx.2023-cü il tarixli 25 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, xx.xx.2023-cü il tarixli 030 nömrəli, xx.xx.2023-cü il tarixli 033 nömrəli, xx.xx.2022-ci il tarixli 020 nömrəli, xx.xx.2024-cü il tarixli 47 nömrəli, xx.xx.2024-cü il tarixli 45 nömrəli aktlardan görünür ki, istehlakçı Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsi nəznində olan bir sıra müəssisələrə müxtəlif səbəblərdən qaz borcu hesablanmışdır. Həmin aktlarda qaz sərfiyyatı öz əksini tapmışdır. Həmin aktlar iddiaçının və istehlakçı müəssisələrin nümayəndələri tərəfindən imzalanmışdır.
11. İş materiallarında olan ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı müəssisənin nəznində olan Ağdaş rayon Təhsil Şöbəsinə sayğac yoxlaması nəticəsində əlavə qaz sərfiyyatı itgisi müşahidə olunduğundan əlavə qaz borcu hesablanmış və bu barədə müəssisəyə xx.xx.2023-cü il tarixli qaz borcu barədə tələbnamə göndərilmişdir.
12. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsinin tabeliyində olan müəssisələrə məxsus abonentin saldolarında hər bir müəssisənin ayrılıqda aktlar və sərfiyyat üzrə ümumilikdə 16406,79 manat borcu öz əksini tapmışdır.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə yaranmış qaz borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
VI. Məhkəmənin mövqeyi:
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsə məxsus olan müəssisələri qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak olunan təbii qazın dəyərinin bir qismini ödəmiş, 16406,79 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı, abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin abonentin saldosunda göstərilən aktlar üzrə yaranmış borc cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı məhkəmə araşdırma aparmamışdır.
17. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli AMX-3415/24 nömrəli nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasına qazın alqısatqısı” müqaviləsinə əsasən təbii qazdan istifadəyə görə yaranmış 16406,79 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia həcminin iddiaçı tərəfindən azaldılan hissəsinə münasibətdə ödənilmiş 139,22 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Aran Regional Təhsil İdarəsindən 16406.79 manat məbləğdə borc və ödənilmiş 139,22 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənimiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova