Məhkəmə qərarları › İş №e-2-2(117)-711/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-711/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-711/2025 05.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X1 qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2116.40 manat əsas borc, 41.17 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 2157.57 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh X1 qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2116.40 manat əsas borc, 41.17 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 2157.57 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 41.17 manat olmalıdır. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən də göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzlə dövlət büdcəsinə 50 manat məbləğində ödəniş edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə xx.xx.2025-ci il tarixdə müraciət edilməsinə baxmayaraq, dövlət rüsumu xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Belə ki, dövlət rüsumu ilə bağlı ödənişin iddiaçı tərəfindən hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət edilən tarixdən xeyli müddət əvvəl ödənilməsi həmin qəbzin daha əvvəl başqa məhkəmə işində istifadə edilməsi ilə bağlı şübhə yaradır. Bundan başqa elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində “Rüsumun adı: Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə” bəndi seçilmişdir ki, hazırkı iş üzrə rüsumun növü “Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: İddia qiyməti 1.000 manatdan 10 000 manatadək olduqda” bəndi olmalı idi. Belə ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bildirir ki, dövlət rüsumunun başqa işdə istifadə edilmə ehtimalı daha yüksəkdir. Çünki qeyd edilən dövlət rüsumunun ödənilməsi artıq digər maliyyə ilinə aid olan ödənişdir və həmin vaxtdan təxminən 4 il vaxt keçmişdir. Ona görə də qanunvericiliyin tələbinə görə "Elektron məhkəmə" informasiya sisteminə ərizəni yerləşdirən zaman dövlət rüsumu ödənilməli və ərizənin sonunda müvafiq ödəniş barədə məlumat göstərilməlidir. İddiaçı 2021-ci il tarixdə ödənilmiş dövlət rüsumunun geri qaytarılması məsələsini qanunla müəyyən edilmiş qaydada geri qaytarmalı və hazırkı iddiada isə tələbdən artıq dövlət rüsumu ödəməməlidir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2116.40 manat əsas borc, 41.17 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 2157.57 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar