Məhkəmə qərarları › İş №e-2-2(117)-712/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-712/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-712/2025 05.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 4750.84 manat əsas borc və 67.51 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 4818.35 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 4750.84 manat əsas borc və 67.51 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 4818.35 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 67.51 manat olmalıdır. Buna baxmayaraq elektron iddia ərizəsinin məzmunudan da göründüyü kimi iddiaçı tərəfindən 12.51 manat dövlət rüsumu ödənilmiş, qalan dövlət rüsumu isə ödənilməmiş qalmışdır. Bundan başqa iddiaçı tərəfindən iş materiallarına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 55 manat məbləğində dövlət rüsumu ilə bağlı məlumat da əlavə edilmişdir. Göründüyü kimi iddiaçı ödənilməli olan 67.51 manat məbləğində dövlət rüsumunu tam deyil, hissəhissə ödənilməsini özündə əks etdirən ödəniş məlumatları təqdim etmişdir. Belə ki, elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində sadəcə 12.51 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə edilmişdir. Dövlət rüsumun 55 manat məbləğində hissəsi isə AR Mülki Prosessual Məcəlləsinə əsasən müəyyən edilmiş qaydada ödənilməmişdir. Eyni zamanda ödəniş haqqında məlumatdan görünür ki, həmin ödəniş məhkəməyə müraciət edilən tarixdən daha əvvəlki tarixdə (xx.xx.2025-ci il) ödənilmişdir. Qeyd edilən hal və həmin ödənişlə bağlı qəbzin elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində öz əksini tapmaması həmin qəbzin daha əvvəl başqa məhkəmə işində istifadə edilib-edilməməsi ilə bağlı şübhə yaradır. Belə ki, iddiaçı tərəfindən 67.51 manat dövlət rüsumu ödənilməli və həmin məbləğ haqqında məlumat elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsinə əlavə edilməlidir. Hazırkı vəziyyətdə isə qeyd eidlən iş üzrə 12.51 manat rüsumun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 12.51 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 4750.84 manat əsas borc və 67.51 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 4818.35 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 12.51 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar