Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-715/2024 21.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyəti Başçısının Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “2351.11 manat əsas borc, cərimə sanksiyası olaraq hesablanmış 235.11 manat cərimə borcu və ödənilmiş 45.86 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC cavabdeh Balakən Rayon İcra Hakimiyyəti Başçısının Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “2351.11 manat əsas borc, cərimə sanksiyası olaraq hesablanmış 235.11 manat cərimə borcu və ödənilmiş 45.86 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, İddiaçı ASC ilə cavabdeh Balakən Rayon İcra Hakimiyyəti Başçısının Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış SA-591 nömrəli 28 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ərzaq məhsullarının alqı-satqısı həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı müqavilənin 1 nömrəli cədvəlində göstərilmiş ərzaq məhsulları ilə cavabdehi təmin etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilənin şərtlərinə əsasən həmin malların dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Satıcı İddiaçı ASC ilə alıcı Balakən Rayon İcra Hakimiyyəti Başçısının Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında xx.xx.2020-ci il tarixdə SA-591 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Balakən rayon İH-nin Yeni Şərif kənd İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Balakən rayon İH-nin Yeni Şərif kənd İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq məhsulların ümumi məbləği 29.400 manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. İş materialları kimi məhkəməyə təqdim olunmuş 2 nömrəli cədvəldən göründüyü kimi iddiaçı tərəfindən miqdarı göstərilməklə 89 adda müxtəlif növ məhsul cavabdehə təhvil verilmiş və həmin sənəd cavabdehin nümayəndəsinin imzası ilə təsdiq olunmuşdur. Cavabdehə təhvil verilmiş malların ümumi məbləği 15267.42 manat təşkil etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar aktından görünür ki, cavabdehə 15267.42 manat məbləğində mal satılmış və cavabdehin həmin hesablaşma üzrə 2177.43 manat borcu qalmışdır. Qarşılıqlı hesablaşmalar aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq olunmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 2351.11 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin və hesablanmış 235.11 manat cərimənin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi cavabdehə rəsmi qaydada təqdim edilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, qarşılıqlı hesablaşmalar aktı, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Satıcı İddiaçı ASC ilə alıcı Balakən Rayon İcra Hakimiyyəti Başçısının Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında xx.xx.2020-ci il tarixdə SA-591 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Balakən rayon İH-nin Yeni Şərif kənd İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Balakən rayon İH-nin Yeni Şərif kənd İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq məhsulların ümumi məbləği 29.400 manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. İş materialları kimi məhkəməyə təqdim olunmuş 2 nömrəli cədvəldən göründüyü kimi, iddiaçı tərəfindən miqdarı göstərilməklə 89 adda müxtəlif növ məhsul cavabdehə təhvil verilmiş və həmin sənəd cavabdehin nümayəndəsinin imzası ilə təsdiq olunmuşdur. Cavabdehə təhvil verilmiş malların ümumi məbləği 15267.42 manat təşkil etmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar aktından görünür ki, cavabdehə 15267.42 manat məbləğində mal satılmış və cavabdehin həmin hesablaşma üzrə 2177.43 manat borcu qalmışdır. Qarşılıqlı hesablaşmalar aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edir ki, tərəflər arasında ərzaq məhsullarının alqı-satqısı ilə bağlı hüquqi münasibətlər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə ərzaq məhsulları verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərini qismən icra etsə də, tam icra etməmiş onun 2177.43 manat borcunun olması sübuta yetirilir. Məhkəmə tərəfindən cavabdehə bildiriş göndərilmiş və cavabdeh iddia tələbinin əksini təsdiq edən hər hansı sənədi və ya iddia tələbinə etirazını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin borcunun 2177.43 manat olmasını qəbul edir. Bu səbəbdən də 2177.43 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. İddia tələbinin “cərimə sanksiyası olaraq hesablanmış 235.11 manat cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən 45.86 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Balakən Rayon İcra Hakimiyyəti Başçısının Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 2177.43 manat əsas borc, 50 manat cərimə və 45.86 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov