Məhkəmə qərarları › İş №e-2-2(117)-725/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-725/2023

21.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-725/2023 21.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs1 qarşı “fiziki və hüquqi şəxslərin dövlət büdcəsinə olan ümumilikdə 6196,24 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 17837,25 manat, İşsizlikdən Sığorta Fonduna olan 154,09 manat, İcbari Tibbi Sığorta Fonduna olan 987,94 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü Yevlax rayonunda doğulmuş Maraqlı şəxs1 (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi –xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxslər və fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən Maraqlı şəxs1 İcbari Tibbi Sığorta Fonduna 0,62 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,93 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,44 manat, "xxxx" MMM-in İşsizlikdən Sığorta Fonduna 154,07 manat, dövlət büdcəsinə vergi üzrə 6196,24 manat, İcbari Tibbi Sığorta Fonduna 987,32 manat, Dövlət Sosial Müdafiə Fonduna 17834,88 manat borcu vardır. Hüquqi şəxslərin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs1 "xxxx" MMC və "xxxx" MMM-in rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 İcbari Tibbi Sığorta Fonduna 0,62 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,93 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,44 manat, "xxxx" MMM-in İşsizlikdən Sığorta Fonduna 154,07 manat, dövlət büdcəsinə vergi üzrə 6196,24 manat, İcbari Tibbi Sığorta Fonduna 987,32 manat, Dövlət Sosial Müdafiə Fonduna 17834,88 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə arayışlar və ərizələrlə müraciət edərək bildirmişdir ki, maraqlı şəxsin övladı xəstədir və xəstəliyi ilə əlaqədar hər il mütəmadi olaraq İsrail dövlətinin həkimləri ilə müalicə kursu alır. Maraqlı şəxsin övladı həkimlərin dəvəti ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında xaricdə müalicə kursu keçməlidir ki, bununla da bağlı maraqlı şəxs övladı ilə birlikdə ölkə xaricinə çıxmaq məcburiyyətindədir. İşə humanist yanaşaraq uşağın ağır xəstə olması və maraqlı şəxsin xx.xx.2023-cü il tarixdə ölkəni tərk etməsi vacibliyini nəzərə alaraq ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasında iştirak etməməinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxslərin və fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyiciləri olan Maraqlı şəxs1 İcbari Tibbi Sığorta Fonduna 0,62 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,93 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,44 manat, "xxxx" MMM-in İşsizlikdən Sığorta Fonduna 154,07 manat, dövlət büdcəsinə vergi üzrə 6196,24 manat, İcbari Tibbi Sığorta Fonduna 987,32 manat, Dövlət Sosial Müdafiə Fonduna 17834,88 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin və hüquqi şəxslərin rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqqını, icbari tibbi sığorta haqqını və işsizlikdən sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və onlar, qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduqlarından iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Sonda məhkəmə maraqlı şəxsin nümayəndəsi və vəkili tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlər və ərizəyə münasibətdə onu qeyd edir ki, xx.xx.2023-cü il tarixli arayışla (rus dilində təqdim edilmiş) maraqlı şəxsin oğlu X1 autizm diaqnozu ilə müalicə alması öz təsdiqini tapsa da, ərizədə qeyd edildiyini kimi məhz xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə müayinə və ya müalicəyə dəvət edilməsi, habelə dəvətə əsasən həmin xəstəxanaya gedəcək olması ilə bağlı hər hansı sübutlar (xəstənadan dəvət, çağırış, aviabilet və s.) məhkəməyə təqdim edilməmişdir. Belə sübutlar mövcud olmadığı təqdirdə maraqlı şəxsin üşağını müalicə etdirmək üçün ölkəni tərk etmək məcburiyyətində olmasına dair dəlillər əsaslı sayıla bilməz. Sübutların təqdim edilməsi üçün maraqlı şəxsin vəkilinə ötən məhkəmə iclasında şərait yaradılmasına və məhkəmə iclasının təxirə salınmasına baxmayaraq iddia olunanları sübut edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, maraqlı şəxsin ölkədən getmək hüququ birdəfəlik deyil, İcbari Tibbi Sığorta Fonduna olan 0,62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,93 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna olan 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,44 manat, "xxxx" MMM-in İşsizlikdən Sığorta Fonduna olan 154,07 manat, dövlət büdcəsinə olan vergi üzrə 6196,24 manat, İcbari Tibbi Sığorta Fonduna olan 987,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 17834,88 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Belə ola halda maraqlı şəxs dövlət qarşısında vergi öhdəliklərini icra edərək ölkə ərazisini tərk edə bilər. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü Yevlax rayonunda doğulmuş Maraqlı şəxs1 (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi –xxxxxxx) ölkədən getmək Maraqlı şəxs1 İcbari Tibbi Sığorta Fonduna olan 0,62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,93 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna olan 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,44 manat, "xxxx" MMM-in İşsizlikdən Sığorta Fonduna olan 154,07 manat, dövlət büdcəsinə olan vergi üzrə 6196,24 manat, İcbari Tibbi Sığorta Fonduna olan 987,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 17834,88 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs1 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar