Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-730/2025 11.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı xeyrinə 14.263,08 manat əsas borcu, illik gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 228 manat, 133,47 manat dəyərində dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMCyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu ödənilməmişdir. Hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 133,47 manat təşkil edir. İddiaçı tərəfindən qeyd olunan rüsumun ödənilməsini təsdiq edən sübut qismində ********** nömrəli qəbz təqdim edilmişdir. Lakin həmin ödənişin təyinatı hissəsində “icra qeydlərinin aparılmasına görə” və ödənişi qəbul edən təşkilat qimində “Ədliyyə Nazirliyi (icra qeydlərinin aparılması)” qeyd olunmuşdur. Göründüyü kimi dövlət rüsumu iddiaçı tərəfindən düzgün ödənilməmişdir. Həmçinin qəbz Elektron Məhkəmə İnformasiyaları Sisteminə də əlavə edilməmiş, əvəzində iddia ərizəsi verilən zaman “itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər” seçimi ilə iddiaçının rüsumdan azad olunduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan qəbz məlumatları Elektron Məhkəmə İnformasiyaları Sisteminə daxil edilmədiyindən, onun həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən ********** nömrəli qəbz məhkəmə tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilməməli və iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-730/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-730/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver