Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-737/2024 11.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 7235,93 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 92,36 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair sadələşdirilmiş iş üzrə İddiaçı MMC-nin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “Cavabdeh 7235,93 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 92,36 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi və barışıq əldə edilməsi istiqamətində cavabdehlə danışıqlar aparıldığından iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını bildirsə də, işə sadələşdirilmiş qaydada baxıldığından məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 7235,93 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 92,36 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-737/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-737/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver