Məhkəmə qərarları › İş №e-2-2(117)-74/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-74/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-74/2024 22.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 2211,91 manat əsas borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Zaqatala rayonunda yerləşən və cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinə (təndir) təbii qazın verilməsi ilə bağlı qazın alğısatqısına dair xx.xx.2022-ci il tarixdə AMX-3114/22 nömrəli müqavilə bağlanmış və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya abonent kodu verilmişdir. Tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş xx.xx.2023-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akt tərtib edilən tarixə qalıq borc 1883,91 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 2023-cü ilin iyul ayında təbii qaz istehlak olunmuş və istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 2211,91 manat debitor borc yaranmışdır. Cavabdehin 2211,91 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2211,91 manat borcun və ödənilmiş 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Zaqatala rayonunda yerləşən və fiziki şəxs Cavabdeh istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə f/ş Cavabdeh arasında sonuncu dəfə xx.xx.2022-ci il tarixli AMX-3114/22 saylı“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh F/ş Cavabdeh istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00000 saylı saylı qaz hesabında 2211,91 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc G-4T markalı **********2 nömrəli sayğacın 4850 m3 mexaniki göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan debitor borc ödənilmədiyindən cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2023-cü il tarixdə qaynaq vasitəsilə dayandırılmışdır. Tələb olunan 2211,91 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. F/ş Cavabdeh borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə ünvanı üzrə poçt vasitəsilə (yoldaşına) təqdim edilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında Zaqatala rayonunda yerləşən və cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alğı-satqısına dair xx.xx.2022-ci il tarixdə AMX-3114/22 nömrəli müqavilə bağlanmış və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 2211,91 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Cavabdehin 2211,91 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə 2211,91 manat borc cavabdehdən tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 42,12 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 42,12 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödədiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2211,91 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı İB-yə ödənilsin. Ödənilməmiş 42,12 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar