Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-741/2023 31.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edildiyindən texnikaların: 1 ədəd New Holland T6090 traktor, 1 ədəd ot-küləş presləyən BLY-155, 1 ədəd gövdəli kotan SPA 145 və 1 ədəd taxılsəpənin qaytarılması və ya texnikaların ümumi dəyəri olan 57200 manat pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot-küləş presləyən BLY-155, 5 gövdəli kotan SPA 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri xx.xx.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmiş, müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixdə hüquqi adı dəyişdirilərək İddiaçı QSC adlandırılmış və VÖEN ********** olmaqla dəyişməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-461/2021 nömrəli qətnaməsi ilə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edilməsi və Cavabdeh lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 25766,25 manat pul və 12,32 manat ödənilmiş dövlət rüsumunun hissəsi İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(117)-13/2022 nömrəli qərardadı ilə ərizəçilər İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Qanuni nümayəndə Cavabdeh qarşı müvəqqəti təminat tədbiri barədə ərizələri qismən təmin edilərək cavabdehə məxsus bank hesabına (H/h: AZ37B********************) 63237,09 manat məbləğində həbs qoyulması, həmçinin lizinq obyekti olan kənd təsərrüfatı texnikası 1 ədəd taxılsəpən (kübrəsəpən) AG-TS24, 1 ədəd kotan 5 gövdəli asma (təkərli) SP-145, 1 ədəd ot-küləş presləyən BLY-155 və 1 ədəd New Holland T6090 traktoru istifadəsinin məhdudlaşdırılaraq istismarının qadağan edilməsi, istifadədən götürülərək müvəqqəti olaraq dayanacağa yerləşdirilməsi qərara alınmışdır. İddiaçı son dəqiqləşdirilmiş ərizəsi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edildiyindən texnikaların: 1 ədəd New Holland T6090 traktor, 1 ədəd ot-küləş presləyən BLY-155, 1 ədəd gövdəli kotan SPA 145 və 1 ədəd taxılsəpənin qaytarılması və ya texnikaların ümumi dəyəri olan 57200 manat pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot,küləş presləyən BLY-155, 5 gövdəli kotan SP 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri xx.xx.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bundan əlavə, qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflər arasında lizinq müqaviləsi ləğv edildiyindən, lizinqə verilmiş texnikalar cavabdehdə qalmaqdadır və iddia tələbi irəli sürülmədiyindən həmin texnikalar qaytarılmamışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş üzrə bütün sübutları təqdim ediblər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli 21 nömrəli maliyyə arayışından görünür ki, taxılsəpən gübrəsəpənin (AGTS-24) dəyəri -2832 manat, kotan SP-nin dəyəri 1304,78 manat, ot küləş presbağlayanın dəyəri – 7168 manat, X1 T6090 dəyəri – 45835,22 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot,küləş presləyən BLY-155, 5 gövdəli kotan SPA 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri xx.xx.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmiş, müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-461/2021 nömrəli qətnaməsi ilə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edilməsi və Cavabdeh lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 25766,25 manat pul və 12,32 manat ödənilmiş dövlət rüsumunun hissəsi İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək lizinq obyektlərinin və ya lizinq obyektindən istifadə edilməsi nəticəsində əldə edilmiş gəlirin və əldən çıxmış faydanın ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, məhkəmə iddia tələbinin aydın ifadə edilməsi, tərəflərin mənafeləri ilə ziddiyyətin aradan qaldırılmasını nəzərə alaraq iddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəmənin icraatına qəbul etmişdir. Belə ki, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə lizinq müqaviləsinin ləğv edilməsi və müvafiq vəsaitin tutulması barədə qərar qəbul edilsə də, lizinq obyektlərinin qaytarılması barədə tələb olmadığından məhkəmə tərəfindən həmin tələbə baxılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəllənin: 748-1.12-ci maddəsində göstərilmişdir ki, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: - lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; - lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; - lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.4. Lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Hazırki iddia üzrə lizinq ödənişləri cavabdeh tərəfindən gecikdirildiyindən və icra edilmədiyindən iddiaçıya ziyan dəymişdir. Həmçinin, cavabdeh lizinq obyektini qaytarmamaqla vicdanlılıq prinsipi pozmuş və iddiaçı tərəfindən lizinq obyektindən istifadə edilməsinə mane olmuşdur. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 748-1-ci maddəsində lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Lizinq zamanı mülkiyyət münasibətlərinə dair Mülki Məcəllənin 748-2.1, 748-2.2 və 748-2.5-ci maddələrində göstərildiyi kimi, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Lizinq ödənişləri Mülki Məcəllənin 748-10.1-ci maddəsində lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği kimi müəyyən edilmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Bu Məcəllənin 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ və s. daxildir (Mülki Məcəllənin 748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 748- 11.1.5-ci maddələri). Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə lizinq verənə nəzarət etmək hüququ vermişdir. Belə ki, lizinq alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməlidir (Mülki Məcəllənin 748-12.1 və 748-12.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Bakı şəhəri 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadında qeyd edilmişdir ki, Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz. Yuxarıda sadalanan maddələrin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Tərəflər arasında müqavilə şərtlərində nəzərdə tutulduğu halda lizinq ödənişlər tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. İş materiallarından müəyyən edilir ki, cavabdeh öhdəliklərini icra etməmişdir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmçinin, məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, lizinq obyektlərinin ümumi dəyəri 82696,54 manat məbləğində müəyyən edilsə də, lizinq verən tərəfindən ödənişlər nəzərə alınmış, lizinq obyektlərinin dəyəri olan 57200 manat pulun tutulması tələb edilmişdir. xx.xx.2023-cü il tarixli 21 nömrəli maliyyə arayışından görünür ki, taxılsəpən gübrəsəpənin (AGTS-24) dəyəri -2832 manat, kotan SP-nin dəyəri 1304,78 manat, ot küləş presbağlayanın dəyəri – 7168 manat, X1 T6090 dəyəri – 45835,22 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, bu hal əslində cavabdehin mənafelərinə uyğundur. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi - MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus olan texnikalar: 1 ədəd New Holland T6090 traktor, 1 ədəd otküləş presləyən BLY-155, 1 ədəd gövdəli kotan SPA 145 və 1 ədəd taxılsəpən alınaraq saz vəziyyətdə İddiaçı QSC-yə qaytarılmalı, həmin texnikalar mövcud olmadıqda texnikaların ümumi dəyəri olan 57200 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 261,6 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus olan texnikalar: 1 ədəd New Holland T6090 traktor, 1 ədəd ot-küləş presləyən BLY-155, 1 ədəd gövdəli kotan SPA 145 və 1 ədəd taxılsəpən alınaraq saz vəziyyətdə İddiaçı QSC-yə qaytarılsın. Həmin texnikalar mövcud olmadıqda texnikaların ümumi dəyəri olan 57200 manat pul və 400 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Ödənilməmiş dövlət rüsumu olan 261,6 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-741/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-741/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver