Məhkəmə qərarları › İş №e-2-2(117)-758/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-758/2024

31.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-758/2024 31.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 715,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1279,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 341,12 manat məbləğində borcun ödənilməsii təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 715,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1279,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 341,12 manat məbləğində borcun ödənilməsii təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan və ərizədən görünür ki, maraqlı şəxsin qeydiyyat ünvanı müvafiq olaraq ünvan 1əyə cavabdehin qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim olunmuş ərizənin mətn hissəsindəki məhkəmənin adı Gəncə Kommersiya Məhkəməsi olaraq qeyd olunmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəni ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırkı ərizəyə Maraqlı şəxs qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 715,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1279,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 341,12 manat məbləğində borcun ödənilməsii təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar