Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-764/2025 30.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4669,01 manat, dövlət büdcəsinə 93552,23 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 746,34 manat, İşsizlikdən sığorta fonduna 186,76 manat, “xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 244,6 manat, dövlət büdcəsinə 4705,26 manat məbləğində, İşsizlikdən sığorta fonduna 58,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 1470,48 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 44,02 manat, dövlət büdcəsinə 126683,9 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 266,51 manat olmaqla, ümumilikdə 232627,94 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx.xx.2000-ci il, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyiciləri olan “xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4669,01 manat, dövlət büdcəsinə 93552,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 81898,93 manat, faizlər üzrə 11653,3 manat), İcbari Tibbi Sığorta Fonduna 746,34 manat, İşsizlikdən sığorta fonduna 186,76 manat, “xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 244,6 manat, dövlət büdcəsinə 4705,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 2704,32 manat, faizlər üzrə 2000,94 manat), İşsizlikdən sığorta fonduna 58,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 1470,48 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 44,02 manat, dövlət büdcəsinə 126683,9 manat məbləğində (o cümlədən, vergilər üzrə 28698,96 manat, faizlər üzrə 5769,38 manat, maliyyə sanksiyası üzrə 92215,56 manat), Dövlət Sosial Müdafiə Fonduna 266,51 manat olmaqla, ümumilikdə 232627,94 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********401000, xx.xx.2025-ci il tarixli **********668300, xx.xx.2024-cü il tarixli **********110200, xx.xx.2025-ci il tarixli **********669000, xx.xx.2024-cü il tarixli **********990600, xx.xx.2025-ci il tarixli **********237000, xx.xx.2024-cü il tarixli **********439600, xx.xx.2024-cü il tarixli **********591600, xx.xx.2025-ci il tarixli **********400300, xx.xx.2025-ci il tarixli **********236300, xx.xx.2025-ci il tarixli **********235600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, işlədiyi restoranda bir nəfər onu aldadaraq adına VÖEN açdırmış, onun əsasında göstərilən vergi borcu yaranmışdır. Onun heç bir şirkətin yaradılmasından və fəaliyyətindən xəbəri olmamışdır. Vergi orqanına bu barədə müraciət etmiş, lakin hələ cavab verilməyib. Hazırki ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddələrinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs “xxxx" MMC-nin, “xxxx" MMC-nin rəhbəridir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, Ucar rayonunda doğulmuş Maraqlı şəxs ünvan 1i ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında və fiziki şəxs haqqında məlumatlardan görünür ki, “xxxx" MMC, “xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs isə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “xxxx" MMC, “xxxx" MMC-yə və fiziki şəxs Maraqlı şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cu il tarixli və xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cu il tarixli, xx.xx.2024-cu il tarixli, xx.xx.2024-cu il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli sərəncamlarına əsasən “xxxx" MMC-nin, “xxxx" MMC-nin və fiziki şəxs Maraqlı şəxs vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün "xxxx" ASC-dəki, "xxxx" ASC-dəki bank hesablarına sərəncamlar verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, vergi ödəyicisi Maraqlı şəxs hər hansı daşınar, daşınmaz əmlakı və ya aktivləri müəyyən edilməmişdir. Maraqlı şəxs və rəhbəri olduğu hüquqi şəxslərin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin və fiziki şəxsin xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi vergi ödəyicisi olan “xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4669,01 manat, dövlət büdcəsinə 93552,23 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 746,34 manat, İşsizlikdən sığorta fonduna 186,76 manat, “xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 244,6 manat, dövlət büdcəsinə 4705,26 manat məbləğində, İşsizlikdən sığorta fonduna 58,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 1470,48 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 44,02 manat, dövlət büdcəsinə 126683,9 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 266,51 manat olmaqla, ümumilikdə 232627,94 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün “xxxx" MMC, “xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü, Ucar rayonu Çiyni kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) “xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 4669,01 manat, dövlət büdcəsinə 93552,23 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 746,34 manat, İşsizlikdən sığorta fonduna 186,76 manat, “xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 244,6 manat, dövlət büdcəsinə 4705,26 manat məbləğində, İşsizlikdən sığorta fonduna 58,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 1470,48 manat, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 44,02 manat, dövlət büdcəsinə 126683,9 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 266,51 manat olmaqla, ümumilikdə 232627,94 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-764/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-764/2025
30.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver