Məhkəmə qərarları › İş №e-2-2(117)-77/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-77/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-77/2020 19.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “2250 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5 % miqdarında 225 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2250 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5 % miqdarında 225 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş üzrə elektron qaydada imzalanmış iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, işə baxılması üçün nəzərdə tutulmuş dövlət rüsumu iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən mövcud olmayan Şəki İnzibati-İqtisadi Məhkəməsinin hesabına ödənilmişdir. İddiaçı mövcud olmayan məhkəmənin hesabına ödənilmiş dövlət rüsumundan istifadə edərək məhkəməyə müraciət etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarlımalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “2250 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5 % miqdarında 225 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar