Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-778/2024 02.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh Şəki rayon Psixiatriya Xəstəxanasına qarşı “təbii qazdan istifadəyə görə yaranmış 9924,23 manat əsas borcun və 119,25 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Şəki rayonunda yerləşən Şəki rayon Psixiatriya Xəstəxanası müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********50000 saylı abonent kodu verilmişdir. Cavabdeh hüquqi şəxs istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 9924,23 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. xx.xx.2023-cü il tarixə tərəflər arasında tərtib edilmiş üzləşmə aktı üzrə yekun borc akt tərtib edilən tarixə 5389,98 manat, xx.xx.2024-cü il tarixə tərəflər arasında tərtib edilmiş üzləşmə aktı üzrə isə yekun borc 12035,48 manat olmuşdur. Bundan sonrakı dövrlər üzrə borcun məbləğində azalma olmuş və abonentin saldosundan da göründüyü kimi 2024-cü ilin may ayına son borc 9924,23 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 9924,23 manat əsas borcun və 119,25 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon Psixiatriya Xəstəxanası istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********50000 saylı qaz hesabında 9924.23 manat (doqquz min doqquz yüz iyirmi dörd manat 23 qəpik) həcmində olmuşdur. Belə ki, **********50000 saylı saylı qaz hesabı üzrə göstərilən borc Elestr G-40 markalı 77057117 nömrəli sayğacın 212262 m mexaniki və 665607 m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Şəki rayon Psixiatriya Xəstəxanasına borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə Şəki rayon Psixiatriya Xəstəxanasının elektron kabinetində yerləşdirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qarşılıqlı üzləşmə aktları, Abonentin saldosu, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Şəki rayonunda yerləşən Şəki rayon Psixiatriya Xəstəxanası müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********50000 saylı abonent kodu verilmişdir. Cavabdeh hüquqi şəxs istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 9924,23 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. xx.xx.2023-cü il tarixə tərəflər arasında tərtib edilmiş üzləşmə aktı üzrə yekun borc akt tərtib edilən tarixə 5389,98 manat, xx.xx.2024-cü il tarixə tərəflər arasında tərtib edilmiş üzləşmə aktı üzrə isə yekun borc 12035,48 manat olmuşdur. Bundan sonrakı dövrlər üzrə borcun məbləğində azalma olmuş və abonentin saldosundan da göründüyü kimi 2024-cü ilin may ayına son borc 9924,23 manat təşkil etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən və 9924,23 manat borc abonentin saldosu ilə təsdiqləndiyindən iddia tələbi təmin edilməklə 9924,23 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 119,24 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 119,24 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 119,25 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmiş olsa da, iddianın qiymətinə uyğun hesablanmış 119,24 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şəki rayon Psixiatriya Xəstəxanasından təbii qazdan istifadəyə görə yaranmış 9924,23 manat borc və ödənilmiş 119,24 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-778/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-778/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver