Məhkəmə qərarları › İş №e-2-2(117)-781/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-781/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-781/2024 15.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 626,04 manat əsas borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Ağdaş rayonunda yerləşən Cavabdeh inzibati binası müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 saylı abonent kodu verilmişdir. Cavabdeh hüquqi şəxs istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 626,04 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Bu hal abonentin saldosu ilə təsdiq olunur və həmin saldodan göründüyü kimi 626,04 manat məbləğ 2016-cı ilin dekabr ayınadək yaranmış borc məbləğidir ki, iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 19 nömrəli aktdan görünür ki, Birliyin əməkdaşları tərəfindən Mədəniyyət şöbəsinin inzibati binası başqa yerə köçürüldüyü üçün qaz təminatı qaynaq vasitəsilə dayandırılmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 626,04 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh inzibati binası uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00000 saylı qaz hesabında 626.04 manat həcmində olmuşdur. Belə ki, **********00000 saylı qaz hesabı üzrə göstərilən borc Elestr G-6 markalı 28099622 nömrəli sayğacın 3488 m mexaniki göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə Cavabdehnə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsə də, həmin pretenziyalar rəsmi qəbul edilsə də, keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə ünvanı üzrə poçt vasitəsilə (mədəni təşkilatçı Ofeliya Mayılovaya) təqdim edilməsinə baxmayaraq sonuncunun nümayəndəsi iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi Ağdaş rayonunda yerləşən Cavabdeh inzibati binası müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 saylı abonent kodu verilmişdir. Cavabdeh hüquqi şəxs istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 626,04 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Bu hal abonentin saldosu ilə təsdiq olunur və həmin saldodan göründüyü kimi 626,04 manat məbləğ 2016-cı ilin dekabr ayınadək yaranmış borc məbləğidir ki, iddiaçı həmin borcun cavabdehdən tutulmasını iddia edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 19 nömrəli aktdan görünür ki, Birliyin əməkdaşları tərəfindən Mədəniyyət şöbəsinin inzibati binası başqa yerə köçürüldüyü üçün qaz təminatı qaynaq vasitəsilə dayandırılmışdır. Göründüyü kimi cavabdehə qazın verilişi xx.xx.2015-ci il tarixdən dayandırılmışdır ki, həmin vaxtdan sonra abonentin saldosundan da göründüyü kimi 2014-cü ilin dekabr ayından sonra borc məbləğində artma və ya azalma müşahidə olunmamışdır. Bu səbəbdən iddiaçı 626,04 manat borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Sonda məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində borcun qarşılıqlı üzləşmə aktları ilə təsdiq olunduğunu bildirsə də, belə bir aktlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq 626,04 manat borcun mövcudluğu abonentin saldosu ilə təsdiq olunur ki, bu səbəbdən 626,04 manat borc məbləği cavabdeh hüquqi şəxsdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddia tələbinə müəyyən olunmuş müddət ərzində etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin rüsumu cavabdehdən tələb etdiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 626,04 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar