Məhkəmə qərarları › İş №e-2-2(117)-783/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-783/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-783/2024 05.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh Şəki X2rşı “təbii qazdan istifadəyə görə yaranmış 577,25 manat əsas borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Şəki rayonunda yerləşən Cavabdeh müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00008 saylı və **********00001 saylı abonent kodları verilmişdir. Cavabdeh hüquqi şəxs istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə **********00001 saylı hesabında 577,25 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Bu hal abonentin saldoları ilə təsdiq olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 577,25 manat əsas borcun və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 Mərkəzi istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00001 saylı qaz hesablarında cəmi 577.25 manat həcmində olmuşdur. Belə ki, **********00001 saylı saylı qaz hesabı üzrə G-4 markalı **********2 nömrəli sayğacın 2309 m mexaniki göstəricisi ilə 577.25 manat borc yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı 3 hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. X4 Mərkəzinə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh dövlət büdcəsindən məqsədli maliyyələşən təşkilatdır. Təşkilatın saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlər müvafiq tabe olduqları qurum tərəfindən il ərzində hər rüb üçün müəyyələdirilərək ayrılır ki, bu vəsaitlərin xərclənməsi də elektron qaimə əsasında Xəzinədarlıq İdarəsi tərəfindən təsdiqləndikdən sonra icra olunur. Qanunverciliyin tələblərinə uyğun olaraq Dövlət Vergi Xidmətinin əsas elektron bazası olan, new.e-taxes.gov.az saytında tərtib olunan elektron qaimə faktura olmadan X1 Xəzinədarlıq İdarələri maliyyə əməliyyatlarının icrasını təmin etmirlər. Çünki e-qaimə olmadan əməliyyatların icrası həmin xidmət göstərən orqanın vergidən yayınması, kölgə iqtisadiyyatına şərait yaradılması hesab olunur. Cədvəldən və məktuba edilmiş əlavələrdən 65 manat borcun qaldığı və həmin vəsaitin cari ayda tabe olduqları qurum (AMEA) tərəfindən ayrılacaq maliyyələşməyə əsasən ödəniləcəkdir. Eyni zamanda sonuncu xx.xx.2024-cü il tarixli, 1437 nömrəli hesab fakturada təşkilatın 343.22 manat borcunun olduğu əks olunub və həmin məbləğə uyğun elektron qaimə faktura təqdim edilməyənədək ödənişin edilməsi mümkün olmayacaqdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda tələb olunan borc məbləğini ödədiyini göstərmişdir. Bununla əlaqədar bildirmişlər ki, Cavabdeh adına iki sayğac mövcuddur və istehlak edilən qazın hesabı ayrıayrı hesablar üzrə yəni **********00008 saylı və **********00001 saylı hesablar üzrə uçot aparılır. Cavabdeh məktubunda borcunu ödədiyi iddia etdiyi **********00008 saylı hesabdakı borc məbləği olmuş və həmin borc əvvəlki tarixdə ödənilmişdir. Məktubda göstərilən 1950 manat məhz **********00008 saylı hesabda 2024-cü ilin aprel ayında görünməkdədir. İddiaçı "Azəriqaz" İB-nin cavabdehdən tələb etdiyi borc **********00001 saylı hesab üzrə yaranmışdır. Həmin hesabda G-4 markalı **********2 nömrəli sayğacın 2309 m mexaniki göstəricisi ilə 577.25 manat borc yaranmışdır. Qeyd olunan 577.25 manat borc tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 1437 saylı hesab fakturada da öz əksini tapır. **********00001 saylı hesab üzrə abonent saldosundan da göründüyü kimi borcun yaranması 2023-cü ilin dekabr ayından başlamış, tələb olunan borc 577.25 manat təşkil etsə də, hazırda 647.25 manat olmaqla artmış və ümumiyyətlə həmin hesab üzrə cavabdeh ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə Cavabdehnə (Hüseynova Sevinc (sənədlərlə iş şöbəsi)) çatdırılmış, sonuncunun nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə iddia tələbinə münasibət məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Üzləşmə aktları, Abonentin saldoları, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Şəki rayonunda yerləşən Cavabdeh müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00008 saylı və **********00001 saylı abonent kodları verilmişdir. Cavabdeh hüquqi şəxs istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə **********00001 saylı hesabında 577,25 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Bu hal abonentin saldoları ilə təsdiq olunur. Məhkəmə cavabdehin müraciətinə münasibətdə qeyd edir ki, cavabdehin təqdim etdiyi sənədlərdən, eləcə də, xx.xx.2024-cü il tarixli hesab fakturadan göründüyü kimi Cavabdeh (inzibati binası) **********00001 saylı abonent hesabında xx.xx.2024-cü il tarixə təbii qazdan istfadəyə görə qalıq borc 577,25 manat təşkil etmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən də göründüyü kimi cavabdehin iki (**********00008 saylı və **********00001 saylı) abonent hesabı mövcud olmuş və hazırki tələb olunan 577,25 manat borc məbləği **********00001 saylı abonent hesabına əsasən yaranmış borc məbləğidir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər digər, yəni **********00008 saylı qaz hesabı üzrə aparılmışdır. Cavabdeh tərəfindən ümumilikdə 1007,5 manat ödəniş edilsə və buna dair sənədlər məhkəməyə təqdim edilsə də, ərizədən də göründüyü kimi həmin ödənişlər hazırki borcla əlaqədar olmamış, **********00008 saylı abonent hesabı üzrə yaranmış borcun ödənişləridir. Göründüyü kimi cavabdeh 65 manat borcun qaldığını bildirsə də, onun tərəfindən təqdim edilmiş sənədlərlə 577,25 manat borcun mövcudluğu təsdiq edilir. Bu səbəbdən tələb olunan 577,25 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən və 577,25 manat borc abonentin saldosu ilə təsdiqləndiyindən iddia tələbi təmin edilməklə 577,25 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.İddiaçı onun tərəfindən 30.40 manat dövlət rüsumu ödənildiyini iddia etsə də işin sənədindən də göründüyü kimi 30 manat dövlət rüsumu ödəmiş və bu iddianın qiymətinə uyğun olmuşdur. Odur ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 577,25 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar