Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-796/2025 25.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 14 158.27 manat pulun, 2000 manat cərimənin və 138.48 manat dövlət rüsumunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən iddiaçının xeyrinə 14 158.27 manat pulun, 2000 manat cərimənin və 138.48 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, S-777 nömrəli malların təchizatı müqaviləsi bağlanmışdır. Müqavilə qüvvədə olduğu müddətdə iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında və layiqincə yerinə yetirərək, cavabdehə müqavilə üzrə malları təhvil vermişdir. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malların dəyəri ödənilməmişdir. Cavabdehlə aralarında davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmiş və həmin elektron qaimələrin reyestri iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 389.1-ci, 399.1-ci, 399.4-cü, 425-ci, 430.1-ci, 442-ci, 448.1-ci, 567-ci, 600.1-ci, 600.4-cü maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-796/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. İşdə olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (təchizatçı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 777 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, təchizatçı özünün idxal etdiyi müxtəlif növ malları alıcını təchiz etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində bu müqavilə və ona əlavələr və qoşmalarla müəyyənləşdirilmiş qaydada və miqdarda pul məbləğini təchizatçıya ödəməyi və öz adından həmin məhsulları yalnız ona təhvil verilən marketdə pərakəndə satışını həyata keçirməyi öhdəsinə götürür. 5.3-cü bəndinə əsasən, məhsul dəyərinin ödənilməsi təchizatçı tərəfindən göndərmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan 30 gün müddətində həyata keçirilir. 5.5-ci bəndinə əsasən, ödəniş müddətinin alıcı tərəfindən pozulduğu halda (əlavə razılaşmaya əsasən ödəniş müddətinin uzadılması zamanı) təchizatçı alıcıdan hər gecikdirmə günü üçün borc pulun 0.2 faizi həcmində dəbbə pulu tələb edə bilər. Həmin dəbbə pulu alıcı tərəfindən ödənilməlidir. 5.6-cı bəndinə əsasən, alıcı, borcu haqda məlumat aldıqda yaranan borcu bu məlumatı borcu aldığı gündən etibarən 10 gün ərzində ödəməli və ya yazılı şəkildə əsaslandırılmış cavab təqdim etməlidir. 7.2-ci bəndinə əsasən, alıcı bu müqaviləyə əsasən qaimə üzrə aldığı məhsulların dəyərini həmin məhsulları nağd satış qaydasında aldıqda dərhal, nisyə (taksit) satış qaydasında aldıqda isə nisyə verilmə müddətini limitini keçməmək şərtilə, ona verilmiş müddət bitdikdə təchizatçıya ödənilməsini təmin etməlidir.
16. İşdə olan 12 iyul 2024-cü il tarixli üzləşmə aktından göründüyü kimi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında üzləşmə aparılmış və nəticədə həmin tarixə cavabdehin 7303.24 manat borcu olduğu tərəflərin imzaları ilə təsdiqlənmişdir.
17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 2508/13-01 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, üzləşmədən sonra (xx.xx.2024-cü il tarixdən sonra) cavabdehlə aralarında 37 919.37 manat mal dövriyyəsi olmuş, bu dövriyyədən 457.14 manat geri qaytarma olmuşdur. Yəni, xx.xx.2024-cü il tarixdən sonra 37462.23 manat borc yaranmışdır. Cavabdeh tərəfindən həmin borcdan 30607.20 manat ödəniş edilmiş və xx.xx.2024-cü il tarixdən sonra yaranmış borc 6855.03 manat olmuşdur. Nəticə olaraq xx.xx.2024-cü il tarixədək olan 7303.24 manat borc və həmin tarixən sonra yaranmış 6855.03 manat borc olmaqla, cavabdehin iddiaçıya cəmi 14158.27 manat borcu mövcuddur.
18. MT2407 seriyalı olan xx.xx.2024-cü il tarixli 11333942 nömrəli (1763.87 manat), MT2408 seriyalı olan xx.xx.2024-cü il tarixli 10267689 nömrəli (1748.67 manat), xx.xx.2024-cü il tarixli 10423786 nömrəli (359.80 manat), xx.xx.2024-cü il tarixli 10632354 nömrəli (1070.45 manat), xx.xx.2024-cü il tarixli 10765032 nömrəli (694.26 manat), xx.xx.2024-cü il tarixli 11810196 nömrəli (1115.99 manat), MT2409 seriyalı olan xx.xx.2024-cü il tarixli 10605420 nömrəli (590.16 manat), xx.xx.2024-cü il tarixli 10768219 nömrəli (968.64 manat), xx.xx.2024-cü il tarixli 11041086 nömrəli (895.58 manat), xx.xx.2024-cü il tarixli 11371525 nömrəli (1370.12 manat), xx.xx.2024-cü il tarixli 11813058 nömrəli (1975.60 manat), MT2410 seriyalı olan xx.xx.2024-cü il tarixli 10935512 nömrəli (1026.47 manat), xx.xx.2024-cü il tarixli 11822134 nömrəli (1197.6 manat), xx.xx.2024-cüil tarixli 10202071 nömrəli (1511.74 manat), xx.xx.2024-cü il tarixli 10604236 nömrəli (2906.73 manat), xx.xx.2024-cü il tarixli 11039665 nömrəli (1757.34 manat), xx.xx.2024-cü il tarixli 11209217 nömrəli (872.98 manat), xx.xx.2024-cü l tarixli 12371160 nömrəli (950.83 manat), MT2412 seriyalı olan xx.xx.2024-cü il tarixli 10287325 nömrəli (1950.99 manat), xx.xx.2024-cü il tarixli 10816515 nömrəli (1442.8 manat), xx.xx.2024-cü il tarixli 11006390 nömrəli (1027.95 manat), MT2501 seriyalı olan xx.xx.2025-ci il tarixdə 10349084 nömrəli (2991.44 manat), xx.xx.2025-ci il tarixli 10450193 nömrəli (1008.28 manat), MT2502 seriyalı olan xx.xx.2025-ci il tarixli 11562250 nömrəli (1097.78 manat), xx.xx.2025-ci il tarixli 11673034 nömrəli (3232.29 manat), xx.xx.2025-ci il tarixli 11917634 nömrəli (969.6 manat), xx.xx.2025-ci il tarixli 12021415 nömrəli (890.99 manat), MT2503 seriyalı olan xx.xx.2025-ci il tarixli 11094742 nömrəli (532.16 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan göründüyü kimi 37921.11 manat məbləğində mal dövriyyəsi olmuşdur.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000İPX12421951D1 nömrəli (MT2406 10281610, MT2406 10393155, MT2406 10756520, MT2406 11093243 qaiməyə əsasən 3635.68 manat), xx.xx.2024-cü il tarixli 000İPX1242543D89 nömrəli (MT2407 10701095 qaiməyə əsasən 2260.88 manat), xx.xx.2024-cü il tarixli 000İPX********** nömrəli (MT2407 11333942, MT2408 10267689 qaiməyə əsasən 2976.72 manat), xx.xx.2024-cü il tarixli 000İPX124299411F nömrəli (MT2408 10423786, MT2408 10632354, MT2408 10765032, MT2408 11810196, MT2409 10605420, MT2409 10768219 qaiməyə əsasən 4067.2 manat), xx.xx.2024-cü il tarixli 000İPX12433732D5 nömrəli (MT2409 11041086, MT2409 11371525 qaiməyə əsasən 1920.08 manat), xx.xx.2024-cü il tarixli 000İPX********** nömrəli (MT2409 11813058 qaiməyə əsasən 1674.23 manat), xx.xx.2024-cü il tarixli 000İPX1243635EBD nömrəli (MT2410 10935512, MT2410 11822134, MT2411 10202071, MT2411 11039665 qaiməyə əsasən 4654.77 manat), xx.xx.2025-ci il tarixli 000İPX12505213D6 nömrəli (MT2411 10604236, MT2411 11209217, MT2411 12371160 qaiməyə əsasən 4008.93 manat), xx.xx.2025-ci il tarixli 000İPX1250714F0C nömrəli (MT2411 11209217 qaiməyə əsasən 739.81 manat) ümumilikdə 9 ədəd köçürmə qəbzindən göründüyü kimi Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin hesabına 25 938,3 manat məbləğində ödəniş edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
23. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halı iddiaçı "xxxx" MMC (təchizatçı) və Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli 777 nömrəli müqavilənin bağlanmasından, 12 iyul 2024-cü il tarixli üzləşmə aktının imzalanmasından ibarətdir.
24. İşin mübahisələndirilən hallarına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun mövcud olub-olmaması halı aiddir, məhkəmə üçün bu halın müəyyən edilməsi zəruridir. Buna baxmayaraq bu halı cavabdeh məhkəmə iclaslarından məlumatlı olsa damübahisələndirməmişdir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
25. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 777 nömrəli müqavilə bağlanmış, bundan sonra 12 iyul 2024-cü il tarixdə tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı ilə cavabdeh həmin tarixə 7303.24 manat borcunun olduğunu qəbul etmişdir.
26. Bundan başqa iddiaçı üzləşmə aktında qeyd edilən borcdan əlavə olaraq tərəflər arasında münasibətlər davam etdiyindən 37 919.37 manat məbləğində mal dövriyyəsi olduğunu, həmin dövriyyədən 457.14 manat məbləğində malın geri qaytarıldığını, cavabdeh tərəfindən həmin borcun 30607.20 manat hissəsinin ödənildiyini, nəticədə qeyd edilən mal dövriyyəsinə görə yaranmış borcdan hazırkı dövrə ödənilməmiş 6855.03 manat borcun qaldığını bildirmişdir. İddiaçı, tərəflər arasında qeyd edilən mal dövriyyəsinin olduğunu və cavabdehin bu əsasla borcunun yarandığını təsdiqləyən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
28. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar sadəcə özlüyündə iddiaçı tərəfindən cavabdehə qeyd edilən məhsulların təhvil verildiyini birbaşa təsdiq etmir. Lakin məhkəməyə təqdim edilmiş 9 ədəd köçürmə qəbzindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin hesabına xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ümumilikdə 25 938,3 manat məbləğində ödəniş edilmiş və cavabdeh ödəniş edərkən ödənişin təyinatı və əsası olaraq yuxarıda adı çəkilən elektron qaimə-fakturaların seriya və nömrəsini daxil etmişdir. Göründüyü kimi elektron qaiməfakturalar köçürmə qəbzləri ilə paralel şəkildə araşdırıldıqda tərəflər arasında həqiqətən də üzləşmə aktının imzalandığı 12 iyul 2024-cü il tarixindən sonrada mal dövriyyəsi olduğu öz təsdiqini tapır.
29. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 12 iyul 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə 7303.24 manat və elektron qaimə-fakturalara əsasən 6855.03 manat olmaqla, ümumilikdə 14 158.27 manat əsas borcu cavabdehdən tələb etməkdə haqlıdır. Bu hal iş materiallarına əlavə edilmiş qarşılıqlı üzləşmə aktı, elektron qaiməfakturalar və köçürmə qəbzlərinin qarşılıqlı araşdırılması zamanı öz təsdiqini tapır.
30. Məhkəmə tələbin 2000 manat cərimə borcunun tutulması hissəsinə münbasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.
31. Tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən, ödəniş müddətinin alıcı tərəfindən pozulduğu halda təchizatçı alıcıdan hər gecikdirmə günü üçün borc pulun 0.2 faizi həcmində dəbbə pulu tələb edə bilər.
32. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...
33. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borcun 5%-i həcmində, yəni 707.91 manat cərimə borcu tələb etməkdə haqlıdır.
34. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
37. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
38. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
39. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə hər hansısa etiraz və ya münasibət bildirməmiş, iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
40. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh 14 158.27 manat əsas borc, 707.91 manat cərimə borcu olmaqla, ümumilikdə 14866.18 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
41. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 134.6 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən, iddianın təmin edilən hissəsinə münasibətdə 127.41 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddianın təmin edilməyən hissəsinə münasibətdə dövlət rüsumunun 7.19 manat hissəsi və artıq ödənilmiş hissəsi iddiaçıya aid edilməldir.
Vİİİ Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 14 158.27 manat əsas borc, 707.91 manat cərimə olmaqla, cəmi 14866.18 pul və 127.41 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov