Məhkəmə qərarları › İş №e-2-2(117)-797/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-797/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-797/2025 02.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı “əsas borca görə 516.85 manat, hesablanmış cərimə borcuna görə 103.2 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 650.05 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdi: İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı “əsas borca görə 516.85 manat, hesablanmış cərimə borcuna görə 103.2 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 650.05 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, texniki səhv səbəbilə məhkəmə aidiyyatı ilə bağlı səhvə yol verilmişdir. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in: 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçı Şirvan Kommersiya Məhkəməsinin hesabına dövlət rüsumu ödədiyindən həmin rüsumu qaytarmaqla bağlı qərarı həmin məhkəmə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı “əsas borca görə 516.85 manat, hesablanmış cərimə borcuna görə 103.2 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 650.05 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar