Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-809/2023 10.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “6650,52 manat məbləğində pul vəsaiti, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “6650,52 manat məbləğində pul vəsaiti, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmə araşdırması zaman müəyyən olunduğu kimi, tərəflər arasında bağlanan və mübahisə predmeti olan borcun əsasını təşkil edən xx.xx.2019-cu il tarixli 036/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin 8-ci bəndində əsasən tərəflər razılaşmışlar ki, hazırki müqavilənin icra yeri Bakı şəhər Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaqdır. Göründüyü kimi, tərəflər mübahisə predmeti olan borcun əsasını təşkil edən alqısatqı müqaviləsini bağlayarkən müqavilədən irəli gələn mübahisələr üzrə məhkəmə aidiyyətini özləri müəyyən etmişlər ki, məhkəmə hesab edir ki, müqavilədə qeyd olunduğu kimi mübahisənin satıcı olan iddiaçının qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəmədə baxılması qanunvericiliyin tələblərinə zidd deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göründüyü kimi, tərəflər mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı razılığa gəlmişlər və bu razılıq mübahiyə baxılmasının ərazi aidiyyətini satıcının qeydiyyatda olduğu ünvan üzrə müəyyən etmişdir ki, hazırki iş üzrə satıcı olan iddiaçının qeydiyyat ünvanı ünvan 1ən məhkəmə hesab edir ki, satıcının qeydiyyat ünvanı Bakı şəhəri olduğundan, tərəflər müqaviləyə dair mübahisəyə satıcının qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması ilə əlaqədar razılığa gəldikdlərindən və iş hazırki məhkəmə tərəfindən aidyyət qaydalarına görə düzgün icraata qəbul etmədiyindən iş ərazi aidiyyəti üzrə baxılması Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı “6650,52 manat məbləğində pul vəsaiti, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-809/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-809/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver