Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-809/2025 04.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 1165,51 manat, dövlət büdcəsinə olan 897,65 manat, İşsizlikdən Sığorta Fonduna olan 36,09 manat, İcbari Tibbi Sığorta Fonduna olan 121,78 manat borcunun ödənilməsini təmin etmək üçün X1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair işə baxaraq, müəyyən etdi: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 1165,51 manat, dövlət büdcəsinə olan 897,65 manat, İşsizlikdən Sığorta Fonduna olan 36,09 manat, İcbari Tibbi Sığorta Fonduna olan 121,78 manat borcunun ödənilməsini təmin etmək üçün X1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizəçi ərizənin forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçi hazırkı iş üzrə məhkəməyə sadəcə elektron iddia ərizəsini təqdim edərək müraciət etmiş, tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı elektron ərizəyə və iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 1165,51 manat, dövlət büdcəsinə olan 897,65 manat, İşsizlikdən Sığorta Fonduna olan 36,09 manat, İcbari Tibbi Sığorta Fonduna olan 121,78 manat borcunun ödənilməsini təmin etmək üçün X1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-809/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-809/2025
04.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver