Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-81/2022 10.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı “38 123,50 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 10959 manat əsas borc və 5108,67 manat cərimə, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqavilə üzrə 4041 manat əsas borc və 814,20 manat cərimə, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə isə 11875 manat əsas borc və 4975,63 manat cərimənin, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış “Aqrolizinq “ASC: - 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə şərtlərinə görə dəyəri 37500 manat olan 1 ədəd traktor (MTZ-1221), dəyəri 3200 manat olan kotan (KR-14-5(AG-14-5), dəyəri 6550 manat olan 1 ədəd taxılsəpən (TS-24) və dəyəri 7250 manat olan 6 cərgəli qarğıdalı kultivatoru (AGAÇM-6) olmaqla, ümumilikdə 54500 manat məbləğində kənd təsərrüfatı texnikasını lizinqə vermiş, lizinq verilərkən onun dəyərinin ilkin olaraq 10 faizini ödəmək şərtilə, qalan məbləği isə 31.12.2023-cü il tarixədək müvafiq mövsüm üzrə ödəniş qrafikinə əsasən ödəniş etməklə; - 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqaviləyə əsasən dəyəri 28000 manat olan 1 ədəd traktoru (MTZ-89.2) lizinqə vermiş, lizinq verilərkən onun dəyərinin ilkin olaraq 10 faizini ödəmək şərtilə, qalan məbləği isə 31.12.2023-cü il tarixədək müvafiq mövsüm üzrə ödəniş qrafikinə əsasən ödəniş etməklə; - 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 90 100 manat olan kənd təsərrüfatı texnikasını lizinq verilərkən onun dəyərinin ilkin olaraq 10 faizini ödəmək şərtilə, qalan məbləği isə 31.12.2025-ci il tarixədək müvafiq mövsüm üzrə ödəniş qrafikinə əsasən ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikaları cavabdeh tərəfindən təhvil alınmışdır və hazırda saz vəziyyətdə onun istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçının nümayəndəsi 10.03.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 08.07.2021-ci il tarixə 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 6279 manat əsas borc və 5108,67 manat cərimə, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqavilə üzrə 1753 manat əsas borc və 814,20 manat cərimə, 06.05.2015-ci il tarixli 859- L/15 nömrəli müqavilə üzrə 4975,63 manat cərimənin, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 6279 manat əsas borcu yaranmış və 5108,67 manat cərimə hesablanmış, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqavilə üzrə 1753 manat əsas borcu yaranmış və 814,20 manat cərimə hesablanmış, 06.05.2015ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə isə 4975,63 manat cərimə borcu hesablanmışdır. 25.10.2021-ci il tarixli ********* və ********* nömrəli qəbzlərdən və 17.01.2022-ci il tarixli 857245619, 857252148,857313914, ********* nömrəli qəbzlərdən görünür ki, "xxxx" ASC vastiəsi ilə Aqroservis ASC-nin müvafiq hesabına cavabdeh tərəfindən ayrı ayrılıqda ödəniş aparmaqla ümumilikdə 26 218 manat məbləğində ödəniş edilmişdir. Tərəflər məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müqavilələr üzrə əsas borcu qəbul edir, lakin cərimə borclarını qəbul etmir. Odur ki, cərimə borclarının silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli və 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilələr və müqavilələrin ödəniş qrafikləri, 08.07.2021-ci il tarixli maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi; maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 747.2, 747.3.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X5 arasında 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli və 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilələr bağlanmışdır. 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə şərtlərinə görə dəyəri 37500 manat olan 1 ədəd traktor (MTZ-1221), dəyəri 3200 manat olan kotan (KR-14-5(AG-14-5), dəyəri 6550 manat olan 1 ədəd taxılsəpən (TS-24) və dəyəri 7250 manat olan 6 cərgəli qarğıdalı kultivatoru (AGAÇM-6) olmaqla, ümumilikdə 54500 manat məbləğində kənd təsərrüfatı texnikasını lizinqə vermiş, lizinq verilərkən onun dəyərinin ilkin olaraq 10 faizini ödəmək şərtilə, qalan məbləği isə 31.12.2023-cü il tarixədək müvafiq mövsüm üzrə ödəniş qrafikinə əsasən ödəniş etməklə; - 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqaviləyə əsasən dəyəri 28000 manat olan 1 ədəd traktoru (MTZ-89.2) lizinqə vermiş, lizinq verilərkən onun dəyərinin ilkin olaraq 10 faizini ödəmək şərtilə, qalan məbləği isə 31.12.2023-cü il tarixədək müvafiq mövsüm üzrə ödəniş qrafikinə əsasən ödəniş etməklə; - 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 90 100 manat olan kənd təsərrüfatı texnikasını lizinq verilərkən onun dəyərinin ilkin olaraq 10 faizini ödəmək şərtilə, qalan məbləği isə 31.12.2025-ci il tarixədək müvafiq mövsüm üzrə ödəniş qrafikinə əsasən ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikaları cavabdeh tərəfindən təhvil alınmışdır və hazırda saz vəziyyətdə onun istifadəsindədir. İş materiallarına əlavə edilmiş 08.07.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki: - 13.05.2014-cü il tarixli müqavilə üzrə 10959 manat əsas borcu mövcuddur və ona 5108,67 manat cərimə hesablanmışdır. - 25.06.2014-cü il tarixli müqavilə üzrə 4041 manat əsas borcu mövcuddur və ona 814,20 manat cərimə hesablanmışdır. - 06.05.2015-ci il tarixli müqavilə üzrə 11875 manat əsas borcu mövcuddur və ona 4975,63 manat cərimə hesablanmışdır. Bu hallar cavabdeh tərəf mübahisələndirməmişdir, ona görə də iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. 25.10.2021-ci il tarixli ********* və ********* nömrəli qəbzlərdən və 17.01.2022-ci il tarixli 857245619, 857252148,857313914, ********* nömrəli qəbzlərdən görünür ki, "xxxx" ASC vastiəsi ilə Aqroservis ASC-nin müvafiq hesabına cavabdeh tərəfindən ayrı ayrılıqda ödəniş aparmaqla ümumilikdə 26 218 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən 22.02.2022-ci il tarixdə iddia tələbinin azaldılması barədə müraciəti olduğundan, lakin cavabdeh tərəfindən 25.10.2021-ci il tarixdə və 17.01.2022-ci il tarixdə edilən ödənişlər nəzərə alınmaqla cavabdehin nə qədər borcunun qalmasını müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı 18.01.2022-ci il tarixli məktubundan cavabdehin 1009 manat əsas borcu və ilkin iddia tələbində tələb edilən cərimə məbləğlərinin qaldığını bildirsə də, əsas borcun hansı müqavilə üzrə yarandığını qeyd etməmişdir. Ona görə də məhkəmə 25.10.2021-ci il tarixdə və 17.01.2022-ci il tarixdə edilən ödənişləri nəzərə almamışdır. Bundan əlavə iddiaçı iddia tələbində 08.07.2021-ci il tarixə olan borcu tələb etdiyindən həmin tarixdən sonra edilən 26 218 manat məbləğində ödənişlər nəzərə alınmaqla cavabdehin ümumi borclarından çıxılmalıdır. İddia tələbinin müqavilə üzrə hesablanmış hər üç müqavilə üzrə hesablanmış cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə cavabdeh X2 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 100 manat cərimə, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqavilə üzrə 50 manat cərimə, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 100 manat məbləğində cərimənin tutulmalı olmasını işin hallarına və tərəflərin əmlak mənafelərinə uyğun hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki vəziyyətdə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilsə də, ödədiyi mediasiya xərcinin qaytarılması qərara alındığından və iddia qismən təmin edildiyindən, 158,47 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən, 44,85 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 350 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etmə sayını, iddia tələbinin hazırlanıb məhkəməyə təqdim etməsinı, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 80 manat həddində tutulmasını ağlabatan hesab edir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. X1 08.07.2021-ci il tarixə 13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 6279 manat əsas borc və 100 manat cərimə, 25.06.2014-cü il tarixli 870-L/14 nömrəli müqavilə üzrə 1753 manat əsas borc və 50 manat cərimə, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 100 manat cərimə, 80 manat məbləğində hüquqi xidmət haqqı və 200 manat ilkin mediasiya xərci olmaqla, ümumilikdə 8562 (səkkiz min beş yüz altmış iki manat) tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 158,47 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. 44,85 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-81/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-81/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver