Məhkəmə qərarları › İş №e-2-2(117)-837/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-837/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-837/2025 21.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2 X3 Trade CO., LTD və Cavabdeh2na qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X2 X3 Trade CO., LTD və Cavabdeh2na qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)-837/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 avqust 2025-ci il tarixli, 2-2(107)-130/2025 nömrəli qərardadı ilə İddiaçı QSC tərəfindən verilmiş şikayətin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2-2(117)- 837/2025 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı QSC-nin cavabdehlər “X4 X5 Trade CO.,” LTD və Cavabdeh3 qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş materiallarının Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə etiraza yenidən baxılması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmış və həmin qərardad qanuni qüvvəyə minmişdir. Bundan əlavə olaraq Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 avqust 2025-ci il tarixli, 2-2(107)-130/2025 nömrəli qərardadında qeyd edilmişdir ki: - Bununla yanaşı, qeyd etməyi zəruri hesab etmişlər ki, iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh3 “Cavabdeh1” adlı xarici hüquqi şəxsin nə qanuni nümayəndəsi, nə də biznes tərəfdaşı deyildir. Hazırkı prosessual situasiyada, iddiaçının Cavabdeh3 cavabdeh qismində işə cəlb etməsi, obyektiv hüquqi maraqla deyil, Mülki Prosessual Məcəllənin 443cü maddəsinin tətbiqinə uyğun olaraq mübahisənin Azərbaycan Respublikası məhkəmələrinin yurisdiksiyasına verilməsi üçün süni əsas yaratmaq niyyəti ilə izah oluna bilər. Belə davranış prosessual hüquqlardan sui-istifadə elementi daşımaqla yanaşı, məhkəmə yurisdiksiyası məsələsində yanıldıcı hüquqi vəziyyətin formalaşdırılması məqsədi daşıyır. (15-ci bənd) - Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. (25-ci bənd) - Lakin iş materiallarına cavabdeh “X4 X5 Trade CO.,” LTD-nin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əlavə edilməmiş, birinci instansiya məhkəməsi isə bu halı müəyyən etməmişdir. (26-cı bənd) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilkin olaraq Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə etiraza baxılmasından əvvəl, iddiaçı tərəfindən Cavabdeh3 qarşı iddianın irəli sürülməsi əsasları, cavabdeh “X4 X5 Trade CO.,” LTD-nin qeydiyyata alındığı ölkədə mövcud olması (ləğv olunmaması) və fəaliyyət göstərdiyi müəyyən edilməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən qeyd edilən halları özündə əks etdirən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli e-2- 2(117)-837/2025 nömrəli məhkəmə bildirişi ilə iddiaçı tərəfə bildirilmişdir ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh X2 X3 Trade CO., LTD arasında bağlanmış müqavilənin tərəfi olmadığı halda Cavabdeh3 qarşı iddianın irəli sürülməsi əsasları, həmçinin cavabdeh hüquqi şəxsin xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərməsinə dair sənədi növbəti məhkəmə iclasındadək məhkəməyə təqdim etməsi təklif edilir. Qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə iddia ərizəsi baxılmamış saxlanılacaqdır. Lakin iddiaçı tərəfindən məhkəmə bildirişinin qeyd edilən hissəsinə münasibət bildirilməmiş və qeyd edilən nöqsanlar aradan qaldırılmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili məhkəməyə ərizə ilə müraciət edərək başqa məhkəmədə əvvəlcədən təyin edilmiş iclası olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, MPM-in: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 775 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2 X3 Trade CO., LTD və Cavabdeh2na qarşı “cavabdehlərdən vurulmuş maddi ziyan olaraq 265131.00 USD məbləğində pul vəsaitinin (ödəniş günü manata olan məzənnə ilə), 4950 manat sertifikatın alınmasına çəkilmiş xərcin və ödənilmiş 775 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X1nda və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 775 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar