Məhkəmə qərarları › İş №e-2-2(117)-844/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-844/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-844/2024 25.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi X7, Cavabdeh nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon Uşaq İncəsənət Məktəbinin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 36473.14 manat əsas borcun və 201.84 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 37278.14 manat əsas borcun və 201.84 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin azaldılaraq “36473.14 manat əsas borcun və 201.84 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının xx.xx.2024-cü il tarixli protokol qərarına əsasən Zaqatala Rayon Uşaq İncəsənət Məktəbi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmiş və nümayəndəsinin izahatı dinlənilmişdir. İddiaçı (bundan sonra mətndə-İddiaçı) ilə Cavabdehnə (bundan sonra mətndəcavabdeh) arasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi ilə bağlı qazın alqısatqısına dair xx.xx.2023-cü il tarixdə AMX-3803/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 36473.14 manat borcun və ödənilmiş 201.84 manat məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tabeliyindəki Uşaq İncəsənət məktəbi (Balakən), Uşaq musiqi məktəbi (Oğuz), X12 İdarəsi (Oğuz), Almalı kənd Mədəniyyət evi (Qax), Rəsm Qalereyası (Qax), X16 Bədii Qoruğu (Qəbələ), Uşaq İncəsənət məktəbi (Qəbələ), Qəbələ Rayon Mədəniyyət şöbəsi (Qəbələ), Qəbələ rayon X14 (Qəbələ), Şəki rayon X14 (Şəki), B.Vahabzadənin ev muzeyi (Şəki), Şəki şəhəri 4 saylı Musiqi Məktəbi (Şəki), M.F.Axundovun ev muzeyi (Şəki), İ.S.Nakam adına Mərkəzi Kitabxana (Şəki), Uşaq İncəsənət Məktəbi (Zaqatala), Zaqatala rayon X14 (Zaqatala) müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və nəticədə 36473.14 manat borc yaranmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı Regional maliyyə müfəttişliyinin və aidiyyəti qurumun mütəxəssislərinin iştirakı ilə aparılmış Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aparılmış maliyyə yoxlamasının nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X15 İstismar İdarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş ******* nömrəli Aktla Zaqatala rayon Uşaq İncəsənət məktəbi tərəfindən 67500 m3 qaz yanacağının qeyri-qanuni istifadəsi rəsmiləşdirilmiş və istifadə edilmiş qazın dəyəri 16875,00 manat məbləğində qiymətləndirilmişdir. Aparılan yoxlama zamanı İddiaçı İB-nin X15 İstismar İdarəsinə Zaqatala rayon Uşaq İncəsənət məktəbi ilə bağlanılmış müqavilələr, üzləşmə aktları, təbii qazın istifadəsinə görə sərfiyyat göstəriciləri və işin məzmunu ilə bağlı digər sənədlərin təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. X15 İstismar İdarəsinin 16 mart 2020-ci il tarixli cavab məktubunda **********00000 saylı “Qaz payılayıcısı ilə qazın alqı-satqı barədə” ***-**-** nömrəli müqavilə bağlanılması, istehlakçının yəni Zaqatala rayon Uşaq İncəsənət məktəbinin 2015-ci ilin mart ayından sonra təbii qazdan istifadə etməməsi və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı” ilə 2017-ci ilin fevral ayında “AGİS” bazasında qaz hesabının “Passiv” statusa keçirilməsi bununla yanaşı qaz paylayıcısı tərəfindən müəssisəyə xidmət göstərilməsinin dayandırıldığı bildirilmişdir. Habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə məktəbdə təbii qazdan sayğacla istifadə olunmadığı əsas gətirilərək sərfiyyat aktları və qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları tərtib edilmədiyi cavab məktubunda qeyd olunmuşdur. Bundan başqa, tərtib olunmuş akt, abonentin saldosu, dəymiş ziyanın bərpasına dair tələbnaməyə baxış keçirilmiş və bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilən dəymiş ziyanın həcminin hesablanması xanasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İstehsalat təqvimi” üzrə 2021 və 2022-ci illərdə qeyri iş (bayram) günləri nəzərə alınmamışdır. Uyğun olaraq aylar üzrə qeyri iş günləri nəzərə alınmayaraq 139 iş gününə qarşı 150 iş günü o cümlədən, 2021-ci ilin 15 noyabr tarixindən 16 iş gününə qarşı 16 iş günü, dekabr ayında 30 iş gününəqarşı 30 iş günü, 2022-ci ilin yanvar ayında 27 iş gününə qarşı 31 iş günü və ya 4 gün çox, fevral ayında 28 iş gününə qarşı 28 iş günü, mart ayında 24 iş gününə qarşı 31 iş günü və ya 7 gün çox, 15 aprel tarixədək 14 iş gününə qarşı 14 iş günü üzrə aktlaşdırılma aparılmışdır. Məktəblərdə İşin başlama və bitmə tarixi nəzərə alınmadan o cümlədən, iş gününün başlama vaxtı saat 09:00 və başlama vaxtından əvvələ 1 (bir) saat, habelə bitmə vaxtı saat 19:00 nəzərə alınaraq ümumilikdə 11 (on bir) iş saatına qarşı 18 (on səkkiz) iş saatı və ya 7 (yeddi) saat çox hesablanma aparılmışdır. Yoxlama zamanı Zaqatala X1rıcı qazanların iş prinsipinin müəyyənləşdirilməsi və mütəxəssis rəyinin verilməsi üçün Zaqatala rayon Uşaq İncəsənət məktəbinin 14 mart 2023-cü il 13 nöməli məktubu ilə müraciət edilmişdir. Yoxlamanın gedişində xx.xx.2023-cü il tarixdə X9 İstismarı Sahəsinin rəisi X11 tərəfindən qazanxanaya baxış keçirilmiş və verilmiş rəyə əsasən qazanxanada quraşdırılımış 2 (iki) ədəd su qızdırıcı qazandan məktəbin qızdırılması üçün 1 (bir) ədəd qazanın kifayət etməsi, digər su qızdırıcı qazanın isə ehtiyat qazan olması müəyyən olunmuşdur. Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq dəymiş ziyan yenidən hesablanmışdır. Belə ki, qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir. Eyni zamanda Zaqatala Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə X9 İstismarı Sahəsinin rəisi X11 tərəfindən qazanxanaya baxış keçirilmiş və verilmiş rəyə əsasən qazanxanada quraşdırılmış 2 ədəd su qızdırıcı qazandan məktəbin qızdırılması üçün 1 ədəd qazanın kifayət etməsi, digər su qızdırıcı qazanın isə ehtiyyat qazan olması müəyyən olunmuş, həmçinin qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin hazırki borcu 36473.14 manatdır, həmin borcun 16875 manat hissəsi təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində itirilmiş zərər, digər 19598.14 manat hissəsi isə sayğac göstəricilərinə əsasən yaranmış borcdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının tələbinin 36473.14 manat hissəsinin aktla yazılan 16875 manat hissəsini qəbul etmirlər, qalan hissəssini qəbul edirlər, aktla yazılan zərər hissədə isə Zaqatala Rayon Uşaq İncəsənət Məktəbinin 4778.13 manat borcunu qəbul edirlər. Məhkəmə icraatına cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı müəssisənin borcu olması barəsində heç vaxt onlara müraciət etməyib, məsələ ilə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılmış, eyni zamanda Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamaya əsasən müəyyən edilmişdir ki, məktəbdə qaz sərfiyyatının məbləği 4778.13 manat olar bilər, istirahət günləri nəzərə alınmadan gündəlik 18 saat qaz sərfiyyatı hesablanmışdır. Lakin gündəlik iş saatı 11 saat, qeyd edilən istilik aparatlarının isə bir ədədi ehtiyat qazan olduğundan heç vaxt işləməmiş, eyni zamanda qaz xətti ayrılan vaxtdan dizel yanacağından istifadə etməklə məktəbin istiliyini təmin etmişlər. İddianı 4778.13 manat hissədə təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə AMX-3803/23 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”-dən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş “Abonentin saldoları”-dan görünür ki, Cavabdeh müxtəlif sayğaclar üzrə ümumilikdə 36473.14 manat borcu mövcuddur. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktdan da görünür ki, Uşaq İncəsənət Məktəbinə xidmət edən sayğac sərfiyyata uyğun olmadığı üçün çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, qaz təminatı dayandırılmışdır. Sayğaca rezin boru birləşdirilərək qeyri-qanuni qazdan istifadə edilmişdir. Bu səbəbdən də dəymiş ziyan hesablanaraq cavabdehdən tələb olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən də görünür ki, iddiaçı tərəf itirilmiş qazın sərfini 2 ədəd istilik qazanının hər birinin saatlıq qaz sərfi 12,5 kub metr olmaqla, orta günlük iş rejimi 18 saat olmaqla, 2021ci il 15 noyabr tarixindən 15 aprel 2022-ci il tarixədək hesabat apararaq (12,5 kub mettr X 2 ədəd X18 saat X 150 günə=67500) 67500 m3 hesablamışdır. Məhkəməyə təqdim edilmiş **********00 nömrəli “Abonentin saldosu”-dan görünür ki, Zaqatala Uşaq İncəsənət Məktəbi 2010-cu il üzrə 1263 kub metr, 2011-ci il üzrə 3669 kub metr, 2012-ci il üzrə 5301 kub metr, 2013-cü il üzrə 3742 kub metr, 2014-cü il üzrə 4113 kub metr, 2015-ci il üzrə 2853 kub metr qaz sərfiyyatı olmuş, 2015-ci ildən sonrakı dövrdə qaz sərfiyyatı olmamış, 2022-ci ildə 67500 kub metr qaz sərfinə görə 16875 manatlıq borc akt əsasında hesablanmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldoları, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-ci bəndinə əsasən qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. 2-1-ci bəndinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “ Qazdan istifadə Qaydaları”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə AMX-3803/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdeh tabeliyindəki Uşaq İncəsənət məktəbi (Balakən), Uşaq musiqi məktəbi (Oğuz), X12 İdarəsi (Oğuz), Almalı kənd Mədəniyyət evi (Qax), Rəsm Qalereyası (Qax), X16 Bədii Qoruğu (Qəbələ), Uşaq İncəsənət məktəbi (Qəbələ), Qəbələ Rayon Mədəniyyət şöbəsi (Qəbələ), Qəbələ rayon X14 (Qəbələ), Şəki rayon X14 (Şəki), B.Vahabzadənin ev muzeyi (Şəki), Şəki şəhəri 4 saylı Musiqi Məktəbi (Şəki), M.F.Axundovun ev muzeyi (Şəki), İ.S.Nakam adına Mərkəzi Kitabxana (Şəki), Uşaq İncəsənət Məktəbi (Zaqatala), Zaqatala rayon X14 (Zaqatala) müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və nəticədə 36473.14 manat borc yaranmışdır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh ümumilikdə 36473.14 manat borcun 16875 manat hissəsi (aktla yazılmış təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində itirilmiş zərər olaraq hesablanmış borc) istisna olmaqla 19598.14 manat hissəsi isə sayğac göstəricilərinə əsasən yaranmış borc olduğundan onu qəbul edir. Lakin, işdə olan sübutların araşdırılması zamanı müəyyən edilmişdir ki, 16875 manat hissəsi xx.xx.2022-ci il tarixli ******* saylı aktla Zaqatala Rayon Uşaq İncəsənət məktəbinə münasibətdə hesablanmış itirilmiş təbii qazın dəyəridir. Məhkəmə qeyd edir ki, qeyd edilən yoxlama sahibkarlıq sahəsində aparılan yoxlama olmadığından vahid reyestrində qeydiyyata alınmaması qanunsuz olmamış, çünki Zaqatala Uşaq İncəsənət Məktəbinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məhkəmə əsasən cavabdeh orqan bu hissədə iddianı qəbul etmədiyi, zərər hesablandığı təqdirdə Maliyyə Nazirliyi və Zaqatala Rayon Prokurorluğunun apardığı yoxlama nəticəsində müəyyən edilmiş sübutlarda qeyd edilən məbləğə uyğun borcun tutulmasını qəbul etmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı Regional maliyyə müfəttişliyinin və aidiyyəti qurumun mütəxəssislərinin iştirakı ilə aparılmış Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aparılmış maliyyə yoxlamasının nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X15 İstismar İdarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş ******* nömrəli Aktla Zaqatala rayon Uşaq İncəsənət məktəbi tərəfindən 67500 m3 qaz yanacağının qeyri-qanuni istifadəsi rəsmiləşdirilmiş və istifadə edilmiş qazın dəyəri 16875,00 manat məbləğində qiymətləndirilmişdir. X15 İstismar İdarəsinin 16 mart 2020-ci il tarixli cavab məktubunda **********00000 saylı “Qaz payılayıcısı ilə qazın alqı-satqı barədə” ***-**-** nömrəli müqavilə bağlanılması, istehlakçının yəni Zaqatala rayon Uşaq İncəsənət məktəbinin 2015-ci ilin mart ayından sonra təbii qazdan istifadə etməməsi və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı” ilə 2017-ci ilin fevral ayında “AGİS” bazasında qaz hesabının “Passiv” statusa keçirilməsi bununla yanaşı qaz paylayıcısı tərəfindən müəssisəyə xidmət göstərilməsinin dayandırıldığı bildirilmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilən dəymiş ziyanın həcminin hesablanması xanasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İstehsalat təqvimi” üzrə 2021 və 2022-ci illərdə qeyri iş (bayram) günləri nəzərə alınmamışdır. Uyğun olaraq aylar üzrə qeyri iş günləri nəzərə alınmayaraq 139 iş gününə qarşı 150 iş günü o cümlədən, 2021-ci ilin 15 noyabr tarixindən 16 iş gününə qarşı 16 iş günü, dekabr ayında 30 iş gününəqarşı 30 iş günü, 2022-ci ilin yanvar ayında 27 iş gününə qarşı 31iş günü və ya 4 gün çox, fevral ayında 28 iş gününə qarşı 28 iş günü, mart ayında 24 iş gününə qarşı 31 iş günü və ya 7 gün çox, 15 aprel tarixədək 14 iş gününə qarşı 14 iş günü üzrə aktlaşdırılma aparılmışdır. Məktəblərdə İşin başlama və bitmə tarixi nəzərə alınmadan o cümlədən, iş gününün başlama vaxtı saat 09:00 və başlama vaxtından əvvələ 1( bir) saat, habelə bitmə vaxtı saat 19:00 nəzərə alınaraq ümumilikdə 11( on bir) iş saatına qarşı 18 (on səkkiz) iş saatı və ya 7 (yeddi) saat çox hesablanma aparılmışdır. Yoxlama zamanı Zaqatala X2rıcı qazanların iş prinsipinin müəyyənləşdirilməsi və mütəxəssis rəyinin verilməsi üçün Zaqatala rayon Uşaq İncəsənət məktəbinin 14 mart 2023-cü il 13 nöməli məktubu ilə müraciət edilmişdir. Yoxlamanın gedişində xx.xx.2023-cü il tarixdə X9 İstismarı Sahəsinin rəisi X11 tərəfindən qazanxanaya baxış keçirilmiş və verilmiş rəyə əsasən qazanxanada quraşdırılımış 2 (iki) ədəd su qızdırıcı qazandan məktəbin qızdırılması üçün 1 (bir) ədəd qazanın kifayət etməsi, digər su qızdırıcı qazanın isə ehtiyat qazan olması müəyyən olunmuşdur. Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq dəymiş ziyan yenidən hesablanaraq qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir. Zaqatala Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı hazırkı mövcud mübahisə də daxil olmaqla digər məsələlərlə bağlı olmuş və hazırkı qeyd edilən aktla yazılmış itirilmiş qazın dəyərinin hesablanmasının düzgün olub-olmaması yoxlanılmış, qeyd edilən qərardad yuxarıda göstərilən maliyyə yoxlaması sənədlərinə və ekspert rəylərinə əsaslanmışdır. Qeyd edilən Qaydaların tələbindən də göründüyü kimi itirilmiş qazın dəyərinin hesablanması zamanı avadanlıqların saatlıq sərfiyyatı və istifadə müddəti nəzərə alınmalıdır. Həmin Qaydaların tələbinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Belə ki, tələbnamədən də göründüyü kimi iki ədəd “Ünmak” markalı istilik qazanının bir saatlıq qaz sərfiyyatı 12.5 m3 göstərilmişdir. Eyni zamanda istilik avadanlıqları 2021-ci ilin noyabr ayının 15-dən 2022-ci ilin aprel ayının 15-dək gündəlik 18 saat olmaqla 150 gün istifadə olunduğu göstərilmişdir. Eyni zamanda itirilmiş qazın ümumi həcmi 67500 m3 müəyyən edilmişdir (12.5 x 2 x 18 x 150 = 67500 ;67500 x 0.25 = 16875). Məhkəməyə təqdim olunmuş Zaqatala Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli qərarından isə görünür ki, qaz işlədicilərindən bir ədəd istilik qazanı maksimal sərfi 12.5 m3 olmaqla günlük iş vaxtı 11 saat qızdırılma, mövsümü (15 noyabr 2021-ci il tarixindən 15 aprel 2022-ci il tarixinədək) 139 gün qəbul edilməklə 1 kub metr qazın qiyməti 0.25 manat olmaqla qanunsuz istifadə olunmuş qazın dəyəri (1 x 12.5 m3 x 11 saat x 139 gün = 19112.5 m3) x 0.25 manat = 4778.13 manat təşkil edir. Bundan əlavə həmin yoxlama aktında və istintaq qərarında qeyd edilən Uşaq İncəsənət məktəbində istiliyi təmin edən qeyd edilən avadanlıqlar, 2020-2022-ci illərdə hər il təxminən 3 ton dizel yanacağı istifadə edilərək, dizel yanacağı ilə işləyən aparatların işləməsi təmin edilmişdir. Həmin qərardad qeyd edilən məktəbin istiliyini təmin edən avadanlıqların, eyni zamanda dizel yanacağı ilə işləməsini təsdiq edən mütəxəssis rəyinə də istinad edilmişdir. Bundan əlavə, **********00 nömrəli “Abonentin saldosu”-dan görünür ki, Zaqatala Uşaq İncəsənət Məktəbi 2010-cu il üzrə 1263 kub metr, 2011-ci il üzrə 3669 kub metr, 2012-ci il üzrə 5301 kub metr, 2013-cü il üzrə 3742 kub metr, 2014-cü il üzrə 4113 kub metr, 2015-ci il üzrə 2853 kub metr qaz sərfiyyatı olmuş, 2015-ci ildən sonrakı dövrdə qaz sərfiyyatı olmamış, 2022-ci ildə 67500 kub metr qaz sərfinə görə 16875 manatlıq borc akt əsasında hesablanmışdır. Qeyd edilən 2010-2015-ci illər ərzində istifadə olunan təbii qazın ümumi həcmi toplamaqla 5 il ərzində 20 941 kub metr qaz sərfi olduğu müəyyən edilir. Qeyd edilən qaz sərfini isə həmin illərə bölünərsə (20941/5=4 188,2) 4188,2 kubmetr qaz sərfi düşər, həmin qaz sərfi 0,25 manata vurularsa 1 047,05 manat vəsait hesablana bilər. Qeyd edilən alternativ illər üzrə qaz sərfini müəyyən edən hesablama olsa da, qeyridəqiq olduğundan, məhkəmə bu sahədə xüsusi biliyi olan mütəxəssis və ekspert rəyləri əsasında tərtib edilmiş maliyyə yoxlaması aktının və cinayət mühakimə icraatı çərçivəsində qəbul edilmiş qərarların hüquqi nəticələrini əsas tutur. Ona görə də Zaqatala Uşaq İncəsənət məktəbinin xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış zərər məbləğini qeyd edilən hüquqi sənədlər əsas tutulmaqla 19112,5 kub metr, 0,25 qəpiyə vurmaqla əldə edilən 4778.13 manat olduğunu qəbul edilməsi qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, hazırkı iş üzrə əsas tutulan cinayət mühakimə icraatı çərçivəsində qəbul edilən qərar hazırkı mübahisə üzrə tam preyudisial əhəmiyyət daşımasa da, cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıması qanunvericiliyin tələbi olduğundan qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə- MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə sayğaclar üzrə cəmi 19597.74 + 4778.13 = 24375.87 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 201.84 manat təşkil edir. Həmin məbləğ iddiaçı tərəfindən ödənildiyindən və iddia qismən təmin olunduğundan 201.84 manat dövlət rüsumunun 134.89 manatı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Dövlət rüsumunun qalan 66.95 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 24375.87 manat məbləğində borcun və 134.89 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar