Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-853/2024 03.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “3109.20 manat pulun və 52 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “3109.20 manat pulun və 52 manat dövlət rüsumunun ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 8.90 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 211.20.55.006 nömrəli şəkər çuğunduru üzrə qarışıq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh Şəki rayonu, Dayaq məntəqəsi ərazisində yerləşən 8.90 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu müqavilə əsasında fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, herbisidlər, gübrə təhvil verməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən təhvil verilən mallar və görülən ximətlər nəticəsində ona müvafiq olaraq şəkər çuğunduru bitkisinin suvarılmasını və yetişdirilməsini, həmin məhsulun yalnız alıcıya satılmasını təmin etməli, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etməlidir. Əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli, lazımi diqqət və qayğı göstərməli və riskin aradan qaldırlması üçün alıcıya müraciət etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən fermer istehsal etdiyi şəkər çuğunduru məhsulunu alıcı tərəfindən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq öz vəsaiti hesabına alıcının zavoduna daşımaqla təhvil verməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən təhvil verilmiş şəkər çuğunduru məhsulunun hesablaşma dəyəri alıcı tərəfindən bu müqavilədə müəyyənləşdirilmiş cədvəl üzrə məhsulun şəkərlilik dərəcəsinə uyğun olaraq müəyyən ediləcəkdir. Alıcı tərəfindən əvvəlcədən təhvil verilmiş malların və görülmüş xidmətlərin dəyəri həcmində məhsul təhvil verilmədiyi təqdirdə fermer hesablanmış qalıq borcu pul şəklində alıcıya tam ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Eyni zamanda xx.xx.2023-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 249.2 manat dəyərində toxum səpini həyata keçrilmişdir. Həmin tarixli malların fiziki şəxslərə təhvili-qəbulu qəbzinin surətindən göründüyü kimi isə 2860 manat dəyərində toxum cavabdehə təhvil verilmişdir. Hər iki sənəd Cavabdeh imzası ilə imzalanaraq təsdiqlənmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 3109.2 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, müqavilə, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 8.90 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 211.20.55.006 nömrəli şəkər çuğunduru üzrə qarışıq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh Şəki rayonu, Dayaq məntəqəsi ərazisində yerləşən 8.90 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu müqavilə əsasında fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, herbisidlər, gübrə təhvil verməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən təhvil verilən mallar və görülən ximətlər nəticəsində ona müvafiq olaraq şəkər çuğunduru bitkisinin suvarılmasını və yetişdirilməsini, həmin məhsulun yalnız alıcıya satılmasını təmin etməli, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etməlidir. Əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli, lazımi diqqət və qayğı göstərməli və riskin aradan qaldırlması üçün alıcıya müraciət etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən fermer istehsal etdiyi şəkər çuğunduru məhsulunu alıcı tərəfindən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq öz vəsaiti hesabına alıcının zavoduna daşımaqla təhvil verməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən təhvil verilmiş şəkər çuğunduru məhsulunun hesablaşma dəyəri alıcı tərəfindən bu müqavilədə müəyyənləşdirilmiş cədvəl üzrə məhsulun şəkərlilik dərəcəsinə uyğun olaraq müəyyən ediləcəkdir. Alıcı tərəfindən əvvəlcədən təhvil verilmiş malların və görülmüş xidmətlərin dəyəri həcmində məhsul təhvil verilmədiyi təqdirdə fermer hesablanmış qalıq borcu pul şəklində alıcıya tam ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Eyni zamanda xx.xx.2023-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 249.2 manat dəyərində toxum səpini həyata keçrilmişdir. Həmin tarixli malların fiziki şəxslərə təhvili-qəbulu qəbzinin surətindən göründüyü kimi isə 2860 manat dəyərində toxum cavabdehə təhvil verilmişdir. Hər iki sənəd Cavabdeh imzası ilə imzalanaraq təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh hər hansı bir məhsulu iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddia tələbi ilə bağlı hər hansı bir etiraz və ya vəsatətini məhkəməyə təqdim etməmiş, iddiaya münasibət bildirməmişdir. Məhkəmə tərəfindən tələb məbləği ilə bağlı əks arqumentlər olmadığından əlavə araşdırma aprılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 3109.2 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf ödənilmiş 52 manat dövlət rüsumunun tutulmasını xahiş etsə də, hazırki iddianın məbləği üçün ödənilməli olan dövlət rüsumunun miqdarı 51.10 manat təşkil edir. İddia təmin edildiyindən 51.10 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3109.2 manat borc və 51.10 manat dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov